Ərdəbildə 3 nəfər edam edilib

idamSANANEWS: Son zamanlar İran İslam Cümhuriyyətində edam sayılarının artdığı müşahidə olunur.

Aprelin 21-də  yayılan xəbərdə bildirilir ki, Güney Azərbaycanın Ərdəbil şəhərində 3 nəfər edam edilib. Bu barədə mətbuat Ərdəbil Vilayəti Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb.

Ərdəbil zindanında edam edilən məhbuslar narkotik (müxəddir) maddələrinin qaçaqmalçılığında günahlandırılıb.  Edam hökmü   ölkənin Ali Məhkəməsi tərəfindən təqdiqləndikdən sonra icra olunub.

Edam olunan şəxslərin kimliyi barəsində heç bir məlumat verilməyib.

(381)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *