İran rəsmisi: “Sepah”ın çevriliş etməyə ehtiyacı yoxdur”

resmiSANANEWS: İran silahlı qüvvələri baş qərargahının milli təhlükəsizlik və araşdırmalar mərkəzi rəisinin canişini, general Həsən Rəstigar Pənah aprelin 22-də “Sepah”ın yaradılmasının 36-cı ildönümü münasibətilə Tehranda çıxan “Qanun” qəzetinə müsahibə verib.

Həsən Rəstigar Pənah deyib ki, “Sepah” ölkədə heç bir siyasi və iqtisadi cərəyana qoşulmur, özü üçün artıq pay istəmir: “Əlbəttə fərdi şəkildə qanun pozuntuları ola bilər. Bu isə bütün inqilablarda baş verir. Lakin “Sepah” heç vaxt deməyib ki, əlimə silah aldığıma görə mənim hansısa siyasi payım olmalı və ya deputatlarla nazirlərin misal üçün bir qismini mən təyin etməliyəm. Halbuki dünyada baş verən inqilablarda əməyi olanlar həmin inqilablardan öz payını tələb edirlər.

Bəziləri deyir ki, “Sepah” ölkədə çevriliş etmək istəyir. Bu düzgün deyil. Çünki “Sepah”ın hakimiyyətdə öz yeri var və onun çevriliş etməyə ehtiyacı yoxdur. Bu günkü “Sepah” 1979-u ildəki “Sepah”dan tam fərqlidir. Hazırkı “Sepah”, inqilab dəyərlərini qoruyub saxlamaq üçün daha düzgün metod və üsullardan yararlanmağa, mədəniyyət sahəsində rol oynamağa çalışır.

Hakimiyyətin “Sepah”a xüsusi diqqət və dəstək verdiyi ilə bağlı iddialara gəlincə isə deməliyəm ki, bu belə deyil. Bu sözü əcnəbilər cəmiyyətə aşılamaq istəyirlər. Halbuki bu belə deyil. Misal üçün bu gün Neft Nazirliyinin işçilərinə “Sepah”dan çox yetişilir, önəm verilir. Nəzərə almaq lazımdır ki, bu kimi fikirlərin səsləndirilməsi sadəcə olaraq “Sepah”a qarşı təxribat xarakteri daşıyır”.

Qeyd edək ki, son vaxtlarda İranda siyasi və iqtisadi durum çətinləşdikcə, cəmiyyətdəki insanlar arasında “Sepah”ın tez-gec hərbi çevriliş edərək ölkənin idarəsini ələ alacağı barədə şayiələr yayılır.

(475)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *