Tofiq Yaqublu üçün BAO müraciət etdi

BAOSANANEWS: Bütöv Azərbaycan Ocaqları (BAO) Tofiq Yaqublunun azadlığa çıxması üçün Prezidetə müraciət edıb. Müraciətin mətnin olduğu kimi sizlər təqdim edrik. Cənab Prezident, Hazırda məhbus həyatı yaşayan Azərbaycan vətəndaşı Tofiq Yaqublunun ailəsində baş vermiş ağır faciə ilə əlaqədar ona 7 günlük azadlıq verildiyi üçün Sizə minnətdarlığımızı bildiririk. Hesab edirik ki, dövlətimiz öz vətəndaşlarına yönəlik bu cür humanist davranışla vətəndaş –dövlət münasibətlərinin yaxşılaşmasına təkan verir. Çox istərdik ki, Tofiq Yaqublunun himayəsində azyaşlı uşaq olduğunu, Qarabağ qaziliyini, ziyalılığını, övladının vaxtsız ölümünü, ölkəmizin inkişafı üçün çalışdığını, üstəlik itirdiyi övladından yadigar qalan körpəyə diqqətin vacibliyini nəzərə alaraq barəsində seçilmiş həbs qərarına yenidən baxılsın. Əminik ki, onun azadlığa çıxması humanist bir addım kimi dövlətimizin vətəndaşına, Azərbaycan insanına verdiyi dəyər kimi qiymətləndiriləcək və milli həmrəyliyimizi sərgiləyən bir güzəşt olacaq. Biz Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərinə nümunə olacaq bu addımın vətəndaş sülhünün və insanlar arasında birliyin bərqərar olması, milli və dövlətçilik maraqlarının qorunması baxımından faydalı olacağına, insanlarda dövlətə daha böyük güvənc yaradacağına, onların qayğını başqa yerlərdə deyil, öz ölkələrində tapmalarına inam yaradan bir hadisə kimi yaddaşlarda qalacağına inanırıq. Hörmətli Prezident, Sizdən xahiş edirik ki, bütün bunları nəzərə alaraq səlahiyyətinizdən istifadə edib Tofiq Yaqublunun əfv olunması haqqında sərəncam verəsiniz. Hörmətlə, Bütöv Azərbaycan Ocaqları Bakı, 25.04.2015

(505)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *