“Traxtur” takımı “Peykanı” öz şəhərində məğlubiyyətə uğradaraq cədvəlin 1-ci pilləsində qaldı

traxtooorSANANEWS: Təbrizin məşhur “Traxtur” futbol takımı Tehranın “Peykan” komandasını öz şəhərində məğlub etdi.

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 27-ci həftəsində keçirilən müsabiqə yerli vaxtla saat 17:00-da Qüds stadionunda start götürmüşdür.

Bu müsabiqədə “Traxtur” tərəfindən vurulan 2 qol qarşılıqsız qaldı. Fərşad Əhmədzadə 7 və Lusanyo Edinyo 80-cı dəqiqələrdə “Traxtur”un xeyirinə qol vurdular.

Bununla da “Traxtur-Peykan” müsabiqə (2 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

Bu nəticədən sonra “Traxtur” 53 imtiyazlı (bal) oldu və öz imtiyazını artıraraq cədvəlin 1-ci pilləsində qaldı.

(462)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *