Azərbaycanlı fəal tutulub

Hafiz serdarpurSANANEWS: Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Germidən olan milli-mədəni fəal Hafiz Sərdarpur (Qızıl Güney) tutulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Hafiz Sərdarpuru mayın 29-da sübh saat 11 radələrində tutaraq bilinməz istiqamətə aparıb. Azərbaycanlı fəalın həbsinin konkret səbəbi və onun hazırda harada saxlandığı barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, fəal Hafiz Sərdarpur milli zəmindəki dinc fəaliyyətlərinə görə 2010-cu ildə daha 6 muğanlı fəalla birlikdə tutulsa da az sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı. Fəal həm də azərbaycanlıların milli hüququ ilə bağlı tədbirlərə qatıldığına görə ali təhsilini bitirməkdən məhrum edilib.

(650)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *