hər biri 13 il həbs cəzasına məhkum edilib

sananews:İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri səngimək bilmir. Fəallardan ikisi Hüseyn Əliməhəmmədi və Taha Kirmani hər biri 13 il həbs cəzasına məhkum edilib. Xəbərin təfərrüatı bundan ibarətdir:

“Ötən ay (ordibeheşt ayının 22-də) Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.”13

Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən də təsdiqlənib.

Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də (1393-cü il fərvərdinin 26-da) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Taha Kirmani ilə birlikdə və bənzər ittihamlarla yaxalanan Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O son dəfə 2015-ci il martın 1-də (1393-cü il isfəndin 10-da) yaxalanıb və Təbriz zindanına intiqal edilib.

(569)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *