onların əsas hədəfi Dəməşqi ələ keçirib Bəşər Əsəd rejimini devirməkdir.

sananews:Suriyada Bəşər Əsəd rejiminə qarşı silahlı mübarizə aparan “Nüsrət” Cəbhəsinin rəhbəri Əbu Məhəmməd əl-Colani “Əlcəzirə” telekanalına müsahibəsində İranın Suriya hökumətində yardımından və bölgədəki rolundan danışıb.

Əbu Məhəmməd əl-Colani deyib ki, İran hökuməti Bəşər Əsəd rejiminə yardım göstərmək üçün öz hərbi müşavirlərini Suriyaya göndərir: “Nüsrət” Cəbhəsi Suriyada İranın dəstəklədiyi bütün qruplara qarşı mübarizəni davam etdirəcək. Biz bunda qərarlıyıq. Biz İranın əlini bölgədən kəsəcəyik. İranın özünə gəldikdə isə onunla daxildən üz-üzə gələcəyik.10

Bu gün belə bir söz gəzir ki, İraqa tamamilə İran nəzarət edir. Lakin reallıq odur ki, İraqı işğal edib onu qızıl məcməinin içinə qoyub İrana təqdim edən Amerikadır”.

Üzü bağlı şəkildə müsahibəyə qatılan “Nüsrət” Cəbhəsinin lideri bildirib ki, onların əsas hədəfi Dəməşqi ələ keçirib Bəşər Əsəd rejimini devirməkdir.

Qeyd edək ki, “Nüsrət” Cəbhəsi bundan əvvəl Əl-Qaidə təşkilatının rəhbəri Eymən əl Zəvahiri ilə beyət edərək onunla əməkdaşlığa başlayan qruplardan biri sayılır.

(690)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *