milli-mədəni fəal Əmir Abbas Bənayi Kazim azadlığa buraxılbi

 

KAZIMSANANEWS: Azərbaycanlı milli-mədəni fəal Əmir Abbas Bənayi Kazimi iyulun 11-də (tirin 20-də) azadlığa buraxılıb. O 2 həftə saxlandıqdan sonra kəfalət qərarı ilə Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

Saxlandığı müddətdə aclıq aksiyası edən azərbaycanlı fəal bir neçə gün öncə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsindən bu şəhərin mərkəzi zindanına intiqal edilmişdir.

Xəbər verdiyimiz kimi, Əmir Abbas Bənayi iyunun 28-də (tirin 7-də) Təbrizdə öz şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal Azərbaycanın milli və mədəni hüquqları uğrunda apardığı mübarizəyə görə bundan öncə də dəfələrlə saxlanılıb və rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

  (684)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *