Səid Şirzad zindanın siyasi bölümünə köçürülüb

 

 

SIRZAD SEIDSANANEWS: Uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan uşaq haqları müdafiəçisi Səid Şirzad zindanın siyasi bölümünə intiqal edilib.

Məsullar nəhayət ki, iyulun 12-də (tirin 21-i) fəalın uzunmüddətli qanuni istəyi ilə razılaşıb və onu saxlandığı Rəcayişəhr zindanının 12-ci bölümünə köçürüblər. Bu barədə “Herana” xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, S.Şirzad hazırda 14-cü aydır həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır. Saxlandığı müddətdə fəalın vəkili onun dosyesi ilə tanış olmaq üçün dəfələrə müraciət edib, lakin bütün cəhdlərə baxmayaraq heç bir nəticə əldə edilməyib. S.Şirzad isə bu vəziyyətə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib. Buna baxmayaraq hələ də vəkil S.Şirzadın dosyesini mütaliə edib və onunla görüşə bilməyib. Qeyd edək ki, S.Şirzad 2014-cü il  iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

 

  (833)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *