İŞİD Türkiyəni yeni terror aktları ilə hədələyib

 

ishidSANANEWS: İŞİD (İraq və Şam İslam Dövləti) terror qruplaşması və onun tərəfdarları Türkiyəni yeni terror aktları ilə təhdid edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların sosial şəbəkələrdə aktivliyini araşdıran SITE ekspertləri bildirib.

Məlumata görə, qruplaşmanın müvafiq bəyanatı Türkiyənin terrorçuların mövqelərinə hava zərbələri endirməsindən sonra verilib.  

Qeyd edək ki, Türkiyə mətbuatının bundan əvvəl verdiyi xəbərə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) və Türkiyə arasında uzun sürən danışıqlardan sonra Vaşinqton Suriyanın şimalında 90 km-lik Türkiyə-Suriya sərhədi boyunca 50 km enində uçuşsuz bufer məntəqəsinin yaradılmasına razılıq verib. Bunun müqabilində Ankara ABŞ-a  “İncirlik” aviabazasından (hava payqahı) Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatların aparılması üçün istifadə etməyə icazə verib. 

  (749)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *