Ərdəbil zindanında tanınmış azərbaycanlı fəalın soyadı təhrif edilib

 

lisaniSANANEWS: Xəbər verdiyimiz kimi, tanımış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən A.Lisani zindanın 7-ci bölümünə salınıb. Bu barədə azərbaycanlı fəal öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. Bildirək ki, 7-ci bölüm narkomanlar (motadlar) və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca çətindir.

Əldə etdiyimiz məlumata görə, zindanın 7-ci bölümündə məhbusların sayının həddən artıq olması səbəbindən bəzi məhbus və zindan məsulları A.Lisaniyə təxt (yataq, kravat) üstündə yatmağı təklif ediblər, lakin o bildirib ki, “məsullar, məhbusların sayının həddən artıq olmasından sorumludur və mən bu vəziyyət düzələnə və təxt sırası mənə çatana qədər yer üstündə yatacağam.”

Bundan öncə A.Lisani öz ailəsi ilə qısa telefon əlaqəsində bildirmişdir ki, “bank və telefon kartı Abbas Əmani adı ilə çıxarılıb”. O həbsxanada bir gün qaldıqdan sonra öz soyadının təhrif olunduğuna yenidən şahid olub. Belə ki, səsgücləndirici ilə onu Abbas Amani adı ilə çağırıblar. Həmçinin zindan məsulları 7-ci bölümə müraciət edərkən onu Abbas Əmani adı ilə səsləyiblər.

A.Lisani bu məsələni zindan məsullarına çatdırınca onlar deyiblər ki, “onun adı təhlükəsizlik qüvvələri tərəfindən Abbas Əmani kimi qeyd olunub və bu adla zindana gətirilib”. Zindan məsulları əlavə edib ki, onlar bu yalnışı yuxarıdan (ETTELAAT idarəsindən) göstəriş olmadan islah edə bilməzlər. Bu arada adının açıqlanmasını istəməyən zindan məsullarından biri cənab Lisaniyə bildirib ki, “ETTELAAT məmurları digər bölümlərdə saxlanılan məhbusların sizin burada olmağınızdan xəbər tutmamaları üçün, sizi bu adla qeydiyyata alıblar.”

Qeyd edək ki, tanınmış fəalın adının bu şəkildə təhrif edilməsi nigaranlıqlara səbəb olmaqla yanaşı müxtəlif təhlillərə yol açıb. Bəzi fəallar bu məsələni soydaşlarımızın cənab Lisaniyə olan həssasiyyəti və rejimin ehtiyat etməsi ilə əlaqələndirir.

Bəziləri isə bildirir ki, “Əmani soyadı keçmiş illərdə şübhəli şəkildə yol qəzasında dünyasını dəyişən azərbaycanlı fəallardan birinə aid olduğu üçün, Lisani bəyi bu adla çağırmaq, ona qarşı bir növ təhdid hesab oluna bilər. Ona görə də tanınmış fəalın can güvənlyi və səlamətliyindən məhkəmə orqanları və səlahiyyətli məsullar sorumluluq daşımalıdır.”

Qeyd edək ki, Mühəndis Qulamrza Əmani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri olub. O bir neçə il öncə  2 qardaşı ilə birlikdə şübhəli yol qəzasında dünyasını dəyişib.

  (1335)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *