Dr.Çehreganlı:Biz, İran rejiminin gözündə bu qaranlıq sistemi yıxa biləcək ən böyük gücük.

 

37SANANEWS: Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri, hazırda ABŞ-da mühacirətdə yaşayan Mahmudəli Çöhrəqanlı modern.az saytının suallarını cavablandırıb.  50000000.info həmin müsahibəni təqdim edir:

– Neçə vaxtdır gündəmdə deyilsiniz. Yəqin ki, başınız elə işlərə qarışıb ki, siyasi proseslərdən kənarda dayanmısınız…

– Bildiyiniz kimi, 2006-cı ildə Güney Azərbaycanımızda baş verən milli qiyamdan bu yana Türkiyə və Quzey Azərbaycana gedişim oranın hakimiyyətləri tərəfindən yasaqlanıb. Haradasa 11-12 il qardaş vətənlərdən uzaqda, sürgündəyik. Ailəcə Amerikada mühacir olaraq yaşamaqdayıq. Əl-qolumuzun bilərəkdən bağlanıldığı bu həssas sürəcdə əlimizdən gələni millətimizin oyanışı və intibahı üçün əsirgəmirik. Bölgəmizdə olub-keçənləri yaxından təqib edir, millətimizin gələcəyi ilə bağlı xeyirli olan plan-proqramları reallaşdırmaq üçün çaba göstərməkdəyik.

– Türkiyədə Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı oldu və siz iştirak etmədiniz. Bilirik ki, Türkiyə sizi “arzuolunmaz şəxs” hesab edir. Həmin qurultaya qatılmamağınızın başqa səbəbi də var idimi?

– Məni Türkiyə hökuməti İran rejiminin istəyinə əsasən “arzuolunmaz şəxs” olaraq damğalayıb. Qurultayda iştirak etməməyimin yeganə səbəbi giriş qadağamın olmasıdır.

– Ümumiyyətlə, DAK-ın fəaliyyətinin qənaətbəxş hesab edirsinizmi? – Azərbaycan türkünün diaspor fəaliyyət ümumiyyətlə, dünya arenasında zəifdir. Bunun da başlıca səbəbi Azərbaycan hökumətinin yürütdüyü diaspor siyasətidir. 20 ildən çoxdur Qarabağ işğal altındadır. Haradasa bütün beynəlxalq hüquq-müdafiə təşkilatları erməniləri Qarabağda işğalçı olaraq sayırlar, amma bir nəticə yoxdur.  Diaspor aktivlərimizi gücləndirmək üçün yüksək səviyyədə intibah və milli mənfəətlərin şəxsi maraqlardan üstün tutulması lazımdır.

– Nə vaxtda qədər Amerikada yaşamağı düşünürsünüz?

– Amerikada qalmağımın səbəbini açıqladım. Azərbaycan və Türkiyə hələlik qardaş qapılarını üzümüzə bağlı tuturlar. Təəssüf ki, biz öz vətənimizdən uzaqda yaşamağa məhkum edilmişik. Amma inanırıq ki, yaxın gələcəkdə hər iki qardaş ölkədə türkün üzü güləcək. –

Azərbaycana gəlmək planlarınızdan vaz keçmisiniz?

– Sonuncu dəfə 2006-cı ildə Bakıdan deportasiya edildim. Bu, İran rejiminin istəyi ilə olmuşdu, hətta sağlam mənbələrə dayanaraq deyə bilərik ki, bunda Rusiyanın da barmağı olub. Bölgəmiz çox həssas transformasiyalardan keçir.  Görünən odur ki, daha ciddi dəyişikliklər baş verəcək. Bu gün Azərbaycanın tək günahı millətini sevərək onun üçün ürəyi çırpınan çöhrəqanlıları deportasiya etməkdir. Biz onları qınayırıq. 2012-ci ilin avqust ayında – 6 il aradan sonra gəldiyimiz qardaş ölkənin qapısından bizi geri qaytardılar. Amma mən yenə də Azərbaycana gəlməkdən vaz keçməmişəm.

– GAMOH fəaliyyətini davam etdirirmi? GAMOH Güney Azərbaycanla bağlı Amerikada hansı işləri görür?

– Güney Azərbaycan Milli Oyanış Hərəkatı, adı üstündə güneyimizdə millətimizin iradəsi ilə meydana çıxan aktiv hərəkatdır. Qarşımızda duran rejim isə demokratiyanı tanımayan, bu gün Qərbə sözdə meydan oxuyan fars-molla rejimidir. Bizim durumumuz bəllidir. Biz, İran rejiminin gözündə bu qaranlıq sistemi yıxa biləcək ən böyük gücük. Sayımızın ölkə əhalisinin yarısına çatması, gənclərimizin aktiv olaraq hərəkatda sülh metodlarını istifadə edərək yer alması mühümdür. Haradasa bütün dünyanın bizi bu, ya da başqa şəkildə boykot etməsinə baxmayaraq, içəridə millətimizin haqq harayının daha da yüksəlməsi oyanış hərəkatımızın qazanclarıdır. Bu qazancda çoxumuzun payı var və bu qazanc hamımızındır. Hazırda GAMOH tərəfdarları, üzvləri, fəaliyyət göstərməkdədirlər. Amerikada və başqa ölkələrdə də imkan olduqca millətimizin haqq səsi lazımi yerlərə çatdırılmaqdadır.

– Düşünmək olarmı ki, Güney Azərbaycanda artıq əvvəlki kimi ictimai-siyasi fəallıq yoxdur?

– 1995-ci ildən bəri hərəkatımızın başladı. Lakin tarixdən bizə dəstək gəlmək yerinə zərər gəlib. Türkiyə bunu anlamalıdır ki bölgədə dostu yoxdur, başqa dostu da uzaqda axtarmağın mənası yoxdur. Yəni başında 30-35 milyon türkü görməməzlikdən gələrsə, öz itkisi olacaq. Güney Azərbaycanı bir baraj olaraq saysaq, bu baraj suyu çox yüksəklərə çatıb və oyanışımız da bu suyun yüksəlməsidir, yəni getdikcə milli şüur prizmasından qazanc əldə etməkdəyik. Təcrübə toplayırıq, gələcəyimiz üçün kadrlar yetişir, gənclər formalaşır. İçəridə çoxlu sayda soydaşımız davamlı olaraq həbs olunur, işgəncəyə məruz qalır. Meydanlarda isə soydaşlar Azərbaycan və türklük sevdalarını qorxmaz biçimdə dilə gətirirlər. Məncə, biz doğru yoldayıq, millətimizin özgürlüyü və topraqlarımızın azadlığı yaxındadır.

  (1251)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *