Azərbaycan Avropa Hərəkatı MSŞA Koalisiyasına üzv oldu

SANANEWS: Azərbaycan dövləti üçün böyük əhəmiyyəti olan, yüzdən çox Vətəndaş Cəmiyyəti İnstitutunun 9434531337_herekatüzv olduğu və beynəlxalq nüfuza malik “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası Azərbaycan Avropa Hərəkatının namizədliyini dəyərləndirib.

Gizli səsvermə yolu ilə həyata keçirilən seçkilər nəticəsində Ramin Hacılı təmsilçi olmaqla Azərbaycan Avropa Hərəkatı Koalisiyaya üzv kimi qəbul olunub.
Hərəkatın prezidenti Ramin Hacılı məsələyə münasibət bildirərkən bunları deyib: “Ölkə rəhbərliyininin də xüsusi diqqət ayırdığı qurumlardan olan MSŞA Azərbaycanda inkişaf etməkdədir. Düşünürəm ki, xüsusilə İdarə Heyətinin sədri Fredrik Reyfeldin ölkəmizə səfəri ərəfəsində Koalisiyanın Azərbaycanda canlanması dövlətimizə əlavə nüfuz gətrəcək”.
Qeyd edək ki, 14 ildir koalisiya üzvü olan Azərbaycan koalisiyanın İdarə Heyəti ilə sıx əməkdaşlıq içindədir. Təsadüfü deyil ki, 1 – 2 fevral tarixlərindən İdarə Heyətinin sədri Fredrik Reyfeldin ölkəmizə səfəri zamanı dövlət başçısı ilə görüşü nəzərdə tutulub.

(193228)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *