“Traxtur-Perspolis” müsabiqəsində 10 nəfərdən çox soydaşımız tutuqlanıb

SANANEWS: Dünən Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” takımı ilə Tehranın “Perspolis” takımı arasında futbol müsabiqəsi keçirildi.

IMG_9815Super liqa rəqabətləri çərçivəsində keçirilən müsabiqədə ən azı 45000 nəfər tamaşaçı qismində iştirak edib. “Traxtur”  tərəfdarları bu müsabiqədə də milli şüarlar səsləndirdilər.

Məlumata görə,  “Səddləri sındırın – Urmu gölün doldurun”, “Yaşasın Traxtur”, “Urmu gölü can verir – İran onun qətlinə fərman verir”, “Türklərin iftixari – Traxtur, Traxtur”, “Tehranın Perspolisi – Əfqanıstanın sevimlisdir” və s. kimi şüarların səsləndirilməsi təhlükəsizlik qüvvələrinin qəzəbinə səbəb olub və onlar şüar deyən soydaşlarımıza hücum edib, onların bir neçəsini döyüb və stadionun çölünə çıxarıblar.

Həmçinin təhlükəsizlik qüvvələri 10 nəfərdən çox soydaşımızı yaxalayıb. Onların bəzilərinin kimlityi də artıq müəyyənləşib: Qasim Dərəfşi, Əkbər Dərəfşi, Saleh Savadpur, Behnam İslami, Həsən Əhmədi, Əli Məsumi, Hüseyn Nərimanzadə, Əmir Təvizi, Mutafa Kəmali, Cavad Kəmali, Əkbər Tahiri və … .

Qeyd edək ki, “Traxtur-Perpolis” müsabiqəsi (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

(609)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *