Milli fəal və mədəniyyət xadimi ETTELAAT-a çağırılıb

SANANEWS: Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan, türk kimliyi uğrunda dinc şəkildə mübarizə aparmaqla milli mədəniyyətin rəsmi status qazanması ideyasını müdafiə edən, məşhur incəsənət və teatr xadimi Bəhaəddin Kərəmi milli zəmində apardığı sivil fəaliyyətlərinə görə İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağırılıb.

behaeddin20keremiYanvarın 26-da ETTELAAT-ın Tikantəpə (Tikab) şöbəsindən incəsənət xadiminə zəng vuraraq ondan apardığı fəaliyyətləri ilə bağlı ifadə vermək üçün ETTELAAT-a gəlməsini tələb ediblər. Azərbaycanlı incəsənət xadiminin konkret nədə günahlandırıldığı bilinməsə də, onun ETTELAAT-a çağırılması onun son vaxtlar Güney Azərbaycanda türk dilində bir neçə tamaşanı səhnələşdirməsi və milli teatrı təbliğ etməsi ilə əlaqələndirilir. 

(553)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *