İsrafil Sultanian azadlığa buraxılıb, Səccad Əfruzian isə Marağa zindanın İntiqal edilib

SANANEWS: Azərbaycanlı milli-mədəni fəal İsrafil Soltanian Tehranın Evin zindanından azadlığa buraxılıb.

اسرافیل-سلطانیان1Tehranda fevralın 21-i Dünya Ana Dili Günündə mərasim keçirərkən tutuqlanan İ.Soltanian fevralın 26-da  azadlığa buraxılıb. Lakin onunla birlikdə tutulan Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthi hələ də Evin zindanında saxlanılır.

Tehranda tutulan fəalların durumu ilə bağlı xatırladaq ki, iki ayağından əlil olan İsrafil Soltanian, Əziz Fərşi, Mənsur Fəthi və Muctaba Musəvi digərlərindən daha çox döyülüb və işgəncələrə məruz qalıblar. Hətta Mucata Musəvinin durumunun ağır olduğu xüsusi qeyd olunur. Onun işgəncələr nəticəsində ciddi problemlərlə rastlaşdığı və sidiyində qan müşahidə olunduğu bildirilir. M.Musəvinin astma xəstəliyində əziyyət çəkməsi onun vəziyyətini daha da pisləşdirib.

Məlikanlı milli-mədəni fəal Səccad Əfruzian isə fevralın 25-də Məlikanın ETTELAAT  idarəsindən Marağa zindanına intiqal edilib. S.Əfruzian fevralın 20-də  Məlikanda Kərim Fəyyazi ilə birlikdə tutulub 2 gün polis idarəsində saxlanıldıqdan sonra Marağa zindanı, sonra isə Məlikanın ETTELAAT idarəsinə intiqal edilmişdir. O hazırda aclıq aksiyası  keçirrir. ETTELAAT məmurları onun ailəsini təhdid ediblər: “Əgər S.Əfruzian aclığa son qoymazsa onun üçün yaxşı olmayacaq”. Lakin milli-mədəni fəal öz ailəsi ilə qısa telefon əlaqəsi saxlarkən bildirib ki, aclıq aksiyasını dayandırmaq fikri yoxdur.

(722)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *