Tutuqlu fəallar məhkəmə orqanlarına etiraz məktubu yazıblar

SANANEWS: Tutulan 7 nəfər azərbaycanlı fəal işgəncə edildiklərinə görə rejimin məhkəmə orqanlarına etiraz məktubu yazıblar.

7-nefer-300x167Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Əbulzad və Abbas Nəzəri yazdıqları məktubu Əhər prokurorluğuna  göndəriblər. Məktubda rejimin təhlükəsizlik qüvvələrinin günahsız fəallara qarşı vəhşilikləri əks etdirilib. Fəalların məktubuna əsasən söyüşlə təhqir, təpik və yumruqla döymək, batumla zərbə endirmək, şallaqlamaq, fəalların başını divara çırpmaq, məcburi etiraf almaq və s. onlara verilən işgəncələrdəndir. Həmin fəallara işgəncə verilməklə yalan etiraf alıb imza etdiriblər.

Qeyd edək ki, adını çəkdiyimiz fəallar Dünya Ana Dili Günü ərəfəsində mərasim keçirmək məqsədi ilə toplaşdıqları evdə yaxalanıblar. Əhərdə təxminən 100 nəfər milli-mədəni fəal tutuqlanmışdır.

(578)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *