Əhərdə bir neçə azərbaycanlı fəal vəsiqə qarşılığında azadlığa buraxılıb

SANANEWS: Dünya Ana Dili Günü mərasimində Əhərdə tutulanlardan bir neçəsi vəsiqə qarşılığında sərbəst buraxılıb.

1604855_408180735992519_1749095388_nDünən fevralın 26-da  azadlığa buraxılan fəalların kimliyi bunlardan ibarətdir: Cəfər Rüstəmi, Əsgər Nadiri, Səccad Colani, Meysəm Colani, Beytullah Bərzgər və Behzad Əbdi.

Qeyd edək ki, fevralın 20-də  Əhərdə Əkbər Əbulzadənin evində Dünya Ana Dili Gününü ağırlamaq istəyən 100-ə yaxın fəal təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmışdır. Onlar yaxalanarkən döyülüb və zorakılığıa məruz qalmışdılar.

Xatırladaq ki, yuxarıda adlarını çəkdiyimiz fəallarla birlikdə tutulan Abbas Lisani, İbrahim Rəşidi, İbrahim Nuri, Behzad Əbdi, Abbas Nəzəri, Saleh Mola Abbasi və Əkbər Əbulzadə Əhər zindanına intiqal ediliblər və hələ də aclıq aksiyalarını  davam etdirirlər.

(704)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *