Güney Azərbaycandan olan siyasi mühacirimiz Ağrı Qaradağlı Cəfər Paştu ilə səmimi söhbət…

agriiSANANEWS: Güney Azərbaycandan olan siyasi mühacirimiz Ağrı Qaradağlı Cəfər Paştu ilə səmimi söhbət…

Onların fealiyyətlərini nə dərəcədə izləyirsiniz?

        Dünyada yaşayan mühacirlər hər biri layiqincə fəaliyyət göstərməyə çalışırlar, məndə həm bu fəaliyyətləri izləyirəm həmdə əlimdən gəldiyi qədər onlara yardımcı olmağa çalışıram.

 Siz necə özünüzü mühacir hesab edirsinizmi?

        Mən 2003-cü ildən mühacir həyatı yaşayıram, bu illər ərzindədə Güney Azərbaycan Milli Oyanış hərəkatı (GAMOH)-da millətimiz üçün əlimdən gələni etməyə can atmışam, bütün sahələrdə millətimizə olan borcumu ödəməyə çalışmışam.

Bir qələm adamı kimi sizə verilən dəyər qiymət sizi qane edirmi?

         Mən özümü qələm adamı hesab etmirəm, o qədər dəyərli qələm adamlarımız var ki, mən onların yanında şagird hesab olunuram. Mən qələm adamından çox siyasi fəaliyyətlərimlə millətimiz içində tanınıram, bu günə kimi ən az 15 dəfə İran səfirliyi önündə piket düzənləmişəm, ən az 20 dəfə Güneylə bağlı mətbuat konfransı keçirmişəm və Güneydə baş verən hadisləri dünya mediyası o cümlədən Azərbaycan mediyasına çatdırmışam.

Maddi yaxud mənəvi dövlətimizdən və oxucularınızdan görmək istədiyiniz layiq olduğunuz hörməti diqqəti görmüsünüzmü?

        Mən bu günə kimi nə dövlətimizdən, nə oxucularımızdan maddi bir bəkləntim olmayıb və olmayacaq, amma təbii ki mənəvi diqqət və dəstək görməyə hər kəsin olduğu kimi mənimdə hər zaman ehtiyacım olubdur.

Hazırkı durumunuzdan, şəraitinizdən razısınızmı?

          Qürbətdə yaşamaq və millətimizdən uzaqda olmaq çox çətindir, könül istərdi ki, qürbətdə deyil xalqımızla iç-içə yaşayıb və mücadiləmizi onlarla birlikdə edərdik, amma nə yazıq ki, mühacir həyatı yaşamaya məhkum edilmişik. Şükürlər olsun ki durumumuz pis deyil və bundan sonra daha da yaxşı olacaq.

Hər hansı bir problemlə üzləşdikdə ilk çalacağınız qapı kim ola bilər?

           Milli davamızda ətrafımda bir çox dostlarımız vardır, təbii ki, pis gündə də, yaxşı gündə də bir-birimizin yanında olmağa çalışırıq, bir problem olduğunda da dostlarımızın qapısını çalmaqdan çəkinmərik.

Yıxılsanız sizə kimlər balta vurar?

         Milli mücadiləmizdə düşmanlarımız çoxdur və hər zaman bizim yıxılmamızı istəyiblər və yaxud yıxıldığımızı gördüyündə baltalamağa çalışıblar, bu düşmənin ən böyük İran rejimi yaxud fars şovinizmidir.

 

Sizcə Qarabağı almaq asandır yoxsa Güney Azərbaycanı?

         Mənim fikrimcə beynəlxalq birliklər ikisinində müstəqil olmasını istəmirlər, amma millətimizin iradəsi olduqdan sonra hər kəs məcbur buna qatlanacaqlar, Qarabağın arxasında Azərbaycan dövləti olduğuna görə alınması daha asandır.

Hansı daha tez bizə qayıdar?

       Esas olan budur  ki, ikisidə bizimdir və bundan millətimiz heç bir zaman vaz keçməyəcək, amma qaldı  gec-tezinə hansı tez olarsa olsun yeter ki, olsun!!!

Bu yaşınıza qədər öz sənətinizlə bağlı çatmaq istədiyiniz mümkün mərtəbəyə yetişmisinizmi?

 Mən nə məqama, nə mərtəbəyə önəm verirəm, əsas odur ki millətimiz və xalqımız buna qiymət versin.

Sizcə Güney Azerbaycan şöbəsinin fəaliyyətinin ikiyə bölünmüş vətənin rifahına xeyri dəyirmi və şöbənin rəhbəri Sayman Aruz haqqında düşüncələriniz nələrdir?

 

          Ədəbiyyat sahəsində Güney Azərbaycan şöbəsinin olması və fəaliyyətləri təbii ki, bütöv Azərbaycan üçün yararlıdır, və nəşr olunan kitablar və yazılarla oxucuları sevindirir, millətimizə xeyir verməyə çalışır.

          Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin olması millətimiz üçün önəmli bir nöqtədir, fəaliyyətləridə təqdirəlayiqdir, Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz mənim dostumdur və düşünürəm ki bu sahədə əlindən gələni edib və etməyə davam edir, Sayman bəyə başarılar arzu edirəm.

 

                                                                   Kəmalə Yusifli

(774)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *