İranda Evindən sonra daha bir həbsxanaya hücum olub!

basqın hebsSANANEWS: Aprelin 28-də günortadan sonra Tehran şəhərinin yaxınlığındakı Vəramin rayonunun Qərçək zindanında qadın məhbusların saxlanıldığı bölümə hücum olub.

Medianın yaydığı məlumata görə, həbsxana məmurlarının həyata keçirdiyi yoxlama zamanı qadın məhbusların sərt şəkildə döyüldüyü və onlardan bəzilərinin yaralandığı bildirilir. Bu yoxlamanın bəzi məhbusların gizlətdikləri siqaretlərə görə həyata keçirildiyi qeyd edilib. Sonda həbsxana rəsmilərinin məhbuslara siqaret çəkməyi qadağan etdiyi vurğulanır.

Bu xəbər hələlik heç bir rəsmi orqan tərəfindən təsdiqlənməyib.

Keçən günlərdə isə oxşar vəziyyət Tehranın Evin zindanında yaşanmışdır. Zindan məmurları və mülki paltarlı (şəxsi paltar) təhlükəsizlik qüvvələri Tehranın Evin zindanının 350-ci bölümünə  hücum edib və məhbusları vəhşicəsinə döymüşdülər.  Aprelin 17-də  baş verən hücum hadisəsində tanınmış azərbaycanlı siyasi məhbus Səid Mətinpur ağır yaralanıb və musiqi sənətçisi, azərbaycanlı məhbus İsmail Bərzgərin isə qabırğası qırılmıdır. Məmurlar məhbusları döyüb və işgəncə etdikdən sonra Səid Mətinpuru təknəfərlik kameraya aparmışdılar. Ümumiyyətlə döyülən məhbuslardan 30-dan çoxu yaralanıb və onlardan ən azı 4 nəfəri ağır yaralandığı üçün zindandan xaric şəhər xəstəxanasına intiqal edilməli olmuşdur. 32 nəfər isə döyüldükdən sonra təknəfərlik kameraya aparılmışdır. Batum (polis dəyənəyi) və digər vasitələrlə məhbusları döyən hücumçuların sayı 100 nəfərdən çox olmuşdur.

(560)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *