Aclıq aksiyası keçirən tanınmış siyasi məhbus Səid Mətinpurla görüş yasaqlanıb!

0c83d7e46b38caf9c89c9757e86c01bfSANANEWS: Tehranin Evin zindanında təkadamlıq məhbəsdə aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus, tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurla görüş yasaqlanıb.
Fəalın həyat yoldaşı Ətiyyə xanım məhbusla görüş üçün getdiyində məlum olub ki, rejim fəalı cəzalandırmaq üçün onu ailəsi ilə görüş haqqından məhrum edib. Bu barədə Facebook səhifəsində məlumat yazan Ətiyyə xanım bildirib ki, Səid Mətinpur aclıq aksiyasında olduğu halda təkadamlıq məhbəsdə saxlanılır və onunla ailəsinin görüşü də qadağan edilib. Fəalın ailəsinin onun sağlamlıq durumundan nigaran olduğu bildirilir.

Xatırladaq ki, Azərbaycan türklərinin milli və mədəni hüquaları uğrunda fəaliyyət göstərən tanınmış fəal və jurnalist Səid Mətinpur qondarma ittihamlarla Tehranın inqilab məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, 6 ilə yaxındır Evin zindanında məzuniyyətsiz  bir şəkildə məhbus həyatı yaşayır.

(560)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *