Həbsdə olan Həmid Mənafinin xəstəxanada müalicə almasına icazə verilmir, onun həyatı təhlükədədir!

0e8e28df6548e865f4761a279fb8a599SANANEWS: Tehranın Evin zindanında saxlanan azərbaycanlı milli-mədəni fəal Həmid Mənafinin həyatı təhlükədədir.
Evin zindanının 209-cu bölümündə saxlanan, döş qəfəsindəki ağrılardan və bir sıra digər xəstəliklərdən əziyyət çəkən Həmid Mənafi həbsxana klinikasına köçürülüb. Lakin durumunun ağır vəziyyətdə olmasına baxmayaraq onun şəhər xəstəxanasında müalicə almasına icazə verilmir.

Həmçinin Həmid Mənafinin həbsxanada müxtəlif ruhi təzyiqlərə məruz qoyulduğu bildirilir.

Ötən 21 fevral-Dünya Ana Dili Günü mərasimi ilə bağlı tutuqlanan fəalın həyat yoldaşı da keçən günlərdə müstəntiq Rəcəbi tərəfindən həbs edilməklə hədələnib!

Qeyd edək ki, ETTELAAT-ın  Tehran şöbəsinin məmurları azərbaycanlı fəalı martın 8-də öz iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, Həmid Mənafiyə məxsus bir sıra əşyalar götürülüb.

Fəalı tutarkən ETTELAAT əməkdaşlarının onunla kobud rəftarına etiraz bildirən Həmid Mənafinin həyat yoldaşı da təhqir edilib.

Milli-mədəni fəalın nədə günahlandırıldığı dəqiq məlum deyil.

(532)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *