Tanınmış milli-mədəni fəalın azadlığa buraxılması üçün mülki vəsiqə təyin edilib

farşiSANANEWS: İslamşəhrin inqilab məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb.
Ötən 21 fevral-Dünya Ana Dili Günündə bu önəmli günlə bağlı keçirilən mərasimdə tutuqlanıb və Evin zindanına aparılan fəal 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxıla bilər. Bildirək ki, Dünya Ana Dili Günü ilə bağlı mərasim Tehranın İslamşəhr məntəqəsində keçirilmişdir.

Həmin mərasimlə bağlı tutulan azərbaycanlı fəallar Əkbər Azad, Həmid Mənafi, Behnam Şeyxi və Mahmud Ocaqlu hazırda qeyri-müəyyən vəziyyətdə saxlanılır. Mərasimdə tutulanlardan Rüstəm Kazimpur və Mənsur Fəthi isə 1 ay saxlanıldıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıblar.

Bu arada Behnam Şeyxi öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq aprelin 23-dən aclıq aksiyasında olduğunu bildirib. Həmid Mənafi isə döş qəfəsindəki ağrılardan və bir sıra digər xəstəliklərdən əziyyət çəkdiyinə görə 10 gündən çoxdur Evin zindanının klinikaslndadır.

(586)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *