Abbas Lisani yenidən məhkəməyə çağırılıb

abbas_lesaniSANANEWS: İran rejiminin məhkəmə orqanları ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi və təsiri altında milli-mədəni fəallara, xüsusi ilə tanınmış fəallara qondarma dosyelər düzəldərək onların gələcək fəaliyyətlərini əngəlləməyə çalışır.
Son xəbərlərə görə, Ərdəbil məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqqında yeni qondarma dosye yaratmaq qərarına gəlib. Aprelin 29-da Ərdəbilin inqilab məhkəməsi A.Lisaniyə yazılı çağırış göndərib. Çağırışa əsasən azərbaycanlı fəal 2014-cü il iyunun 9-da məhkəmənin 1-ci şöbəsində olmalıdır.

Məhkəmə məsulları tanınmış fəalın dinc və demokratik çərçivədə apardığı mədəni fəaliyyətləri önləmək üçün onu qondarma ittihamlarla suçlayıb. Çağırış məktubunda A.Lisani ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub. Və müxtəlif münasibətlərlə bildiri yaymaq, ittihamlara əsas kimi göstərilib. Qeyd etmək lazımdır ki, sözü gedən dosye yetərli arqument olmadığından dəfələrlə istintaq şöbəsinə qaytarılıb.

Xatırladaq ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı milli-mədəni fəal son aylarda bir neçə dəfə təhlükəsizlik və məhkəmə məsulları tərəfindən çağırılıb və sorğu-suala tutulub. O keçmiş illərdə də dəfələrlə tutuqlanıb və uzun müddətli həbslərə məruz qalıb. A.Lisani hər zaman təqib və təzyiqlərə məruz qaldığına görə, kütləvi informasiya vasitələri və beynəlxalq insan haqları təşkilatlarının diqqət mərkəzində olub!
Çağırış məktubu:

dadgosteri

(551)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *