2 nəfər azərbaycanlı fəalın məhkəməsi keçirilib

seidSANANEWS: Azərbaycanlı milli-mədəni fəallar Səid Hüseyni və Nasir Əbdülhüseynzadə Parsabadın inqilab məhkəməsində mühakimə olunub.

Sistemə qarşı təbliğat aparmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandırılan fəalların məhkəməsi qapalı keçib. Məhkəmənin azərbaycanlı fəallara çıxardığı hökm haqda hər hansı məlumat yayılmayıb.

ETTELAAT-ın Muğan bölgəsindəki Parsabad şöbəsinin əməkdaşları hər iki fəalı fevralın 17-də  tutublar. Fəalların evində yoxlamalar aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb.

Səid Hüseyni və Nasir Əbdülhüseynzadə bir ay Ərdəbil zindanında saxlanıblar, martın sonunda hər biri 30 milyon tümənlik mülk girovu qarşılığında şərti azadlığa buraxılıb. Azərbaycanlı fəallar saxlandıqları müddətdə müxtəlif psixi  təzyiqlərə məruz qalıblar.

Qeyd edək ki, İranda uzun illərdir azərbaycanlı milli-mədəni fəallara qarşı müxtəlif təzyiqlər var. Hazırkı prezident Həsən Ruhani qüdrətə gəldikdən sonra milli-mədəni fəallara qarşı təzyiqlər xüsusi vüsət alıb. Hazırda çoxsaylı azərbaycanlı fəal rejimin müxtəlif təqibləri altındadır və onlardan bir neçəsi həbsxanalarda məhbus həyatı yaşayır.

(806)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *