Bu sətirləri yazmaqda, içimdə duyduğum qayğıları siz dostlarımla paylaşmaq istəyimdəndir..

10341886_10152406601184596_2513419400458585694_nSANANEWS: Bu sətirləri yazmaqda, içimdə duyduğum qayğıları siz dostlarımla paylaşmaq istəyimdəndir. Həyəcan təbilinə çalmağımı anlayın lütfən. 

1. Global və bölgəsəl güclərin son oyununu hamımız izləməkdəyik. Süriyyədən İraqa uzanan bir vəhşət axımı bütün dünyanı olmasada ən azı orta doğu insanını nigaran və tədirgin etmişdir. Köhnə və üstü hələdə qapanmamış məzhəb savaşlarının tam içinə doğru gedirik. Qorxulu məzhəb savaşları.

Bir yandan Kürdlərin Sünni islama mənsubiyyətləri, obir yandan İraqda yaşıyan Türklərin milli şüürdan yoxsunluğu və bölük bölük olmaları və sonda isə Ərəb dünyasının yeni baş ağrısı olan grup gələcəyə heç gözəl mənzərə ved etmir. Kürdlərin yaşadığı bölgələrdə asayış sürərkən, Türk və Şiələrin bölgələri qan içində. Bu, Batı dünyasının son oyunu deyildir. Son oyun İran üzərində oynanacaqdır. 
Hələki İran prezidenti ev şalvarı ilə Fars İftixari adlanan rasistliklə bəzənmiş futbol yığmasının oyununa baxır və bizim gənc Ariyayi Azərilərimiz də onu paylaşmaqdadırlar. Hələlik bir məsələ yox. Hələlik. 
2. Güney Azərbaycanda gedən milli oyanış və Tehran rejiminin əritmə siyasətinə qarşı dirənişi yolundan caydırmağa çalışan İran, yeni oyuna start vermişdir. Əgər Türkləri İrançılıq və Ariyayizm təfəkkürü ilə mərkəzə bağlaya bilmirsənsə o zaman məzhəbi qullan! Ağıllı fikir! 500 illik bir silah ki hələdə kəsərini itirmir. Nədə olsa İranda son 100 ildə sağlam bir mədəni toplum formalaşmayıbdır. Milləti həyəcanlandırıb və sonu bəlli olmayan məzhəb savaşına aparmaq mümkün görünür. Milli dirənişin yönünü məzhəbi dirənişə dəyişmək! Budur İranın son oyunu. Sünni Kürd ilə Şiə Türkü milli və torpaq məsələsi uğrunda yox, məzhəbi məsələ uğrunda bir birinə salmaq. Bu halda İran coğrafiyasında yaşıyan Türklərin tək məzhəbsəl müttəfiqi olan Şiə Farslar həm özünə üzün müddətli məzhəbsəl dost tapıb həmidə bizim bölgəni sonu bəlli olmayan məzhəbi savaşa sürəcəkdir. Güc və silahın bol olduğu Mərkəz, sərhəddə (Kürd və Türk bölgələri) olan məzhəbi savaşı yatıştırmaq üçün Türklərə üzdə, Kürdlərə isə dolayı yollarla öz insan sevər! yardımlarını göndərəcək. Möhtəmələn savaşın sonu 1-0 Şiə məzhəbinin xeyrinə bitsədə, viran olmuş Kürd və Türk bölgələri uzun zaman İran boyunduruğu altında qalacaq. Yeni məzhəbi birlik isə Fars-Türk Şiəliyidir. Qorxuncdur deyilmi? Sizinlə razıyam. Çox qorxuncdur. Ama bunun önünü almaq olar. Fikrimə çatan yolların bir neçəsini yazıram.
Güney Azərbaycanda və özəlliklədə Batı-Qərbi Azərbaycanda mümkün olduğu qədər Sünni-Şiə tartışmalarının qabağını almaq və onu yaymağa çalışan İran Ettelaatina əngəl olmaq.
Güney Azərbaycanda Türk milli kimliyi üzərində hər zamandan daha çox durmaq və Tehran ilə siyasi və ictimai məsələlərimizi sadəcə bu yöndən dəyərləndirmək.
Güney Azərbaycanda və özəlliklədə Batı-Qərbi Azərbaycanda silahlanma tabusu və qorxusunu yıxmaq. Bu silahlanma tabusunu yıxmaq bölgədə axacaq qanın qarşısını alacaq və yüz minlər insanın həyatını qurtaracaqdır. Yoxsa sonumuz Qarabağ, Kərkük, Mosul və Tələfər kimi ola bilər.
İran dövlətinin Güney Azərbaycanda olan ordu və ərteşinin sur satı və silahlarına güvənməmək. Lazım olan zaman bütün bu sur sat bir gecə ərzində bölgəmizdən Tehrana doğru aparıla bilər.

Həyəcan təbilinə çaldığımı anlayın dostlarım. Biz barış və sülh sevər olsaq da bizə qarşı yarışanlar bu özəlliklərə sahib görünmürlər.

Barış, sənin güclü olduğun zaman sağlanar!

Aslan Soltani
Stockholm 2014.06.18

(850)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *