3 günlük məzuniyyətə buraxılan Səid Mətinpur böyük sayqı və sevgi ilə qarşılandı – FOTO

SANANEWS: Azərbaycanlı siyasi məhbus Said Mətinpur ilə güney azərbaycanlı millətçilər arasında qrup-qrup görüşlər keçirilib.

İyulun 29-da (Mordadın 7-də) milli Faallar Urmu, Tehran, Məlikkəndi, Binab və digər şəhərlərdən ustad Huşəng Cəfəri ilə birlikdə Azərbaycanın İgid diyarı, azadlıq mübarizəsinin  doğulduğu şəhərlərdən biri Zəncanda Said bey Mətinpur ilə görüşüblər. Görüşdə ustad Huşəng Cəfəri görüşə gələn faalları salamlayaraq onları təqdim edib (tanıdıb), Said bey və həyat yoldaşının çəkdiyi əziyyətlərdən söz açıb və onları alqışlayıb. İrəlləyən diqiqələrdə Səid bəyin şərəfinə Zəncan Şeri xüsusi həyəcanla oxunub.

Milli-mədəni fəal Qulam Qulizadə isə milli Faalların Said beyə olan sayqı və sevgisini dilə gətirərək onun həbs edilməsini ədalətsizlik kimi dəyərləndirib: “Said bey azadlıq uğrunda bir mübarizdir, o vətəni Azərbaycan və öz millətinin hüquqlarını başarılı şəkildə savunduğuna görə həbs edilib və buna görə də, casusluq və kimlərləsə əlaqədə olmaq ittihamı ilə suçlanıb. Lakin bu kimi bütün böhtanlar Səid bəyi millətimizin gözündə daha da yüksəldib.”

Q.Qulizadə sözlərinin davamında onun həyat yoldaşı Ətiyyə xanım, milli fəallar və aydınlarımızdan Səid bəyin haqq səsini dünyaya çatdırmaqda çəkdikləri zəhmətlərə görə təşəkkür edib. Və Səid bəyə azadlıq diləyib.

Görüş zamanı Səid bəy fəallarla tək-tək tanış olub. Fəallar isə Səid bəyin Milli Hərəkat və fəaliyyətlər barəsində fikirini öyrənmək istəyilərb və bu barədə geniş söhbət ediblər.

Görüşün sonunda fəallar Səid bəylə xatirə şəkilləri çəkib və bir daha Səid bəyə öz sevgi və sayqılarını bildirərək onun azadlığı uğrunda mübarizə aparacaqlarını vurğulayıblar.

Qeyd edək ki, 2009-cu il iyulun 11-dən (1388-ci il tirin 20-dən) Evin zindanında həbsdə olan siyasi məhbus iyulun 27-də 5 il həbsdən sonra 3 günlük (mordadın 5-də) məzuniyyətə (murəxəsi) çıxıb. O bu müddətdə görüşünə gedən çoxlu milli-mədəni fəal və ictimai xadimlərlə görüşüb.

Görüşlərdən bir neçə FOTO:

MMM7 MMM1 MMM2 MMM3 MMM4 MMM6

(702)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *