Təbrizdə Beynəlxalq kitab sərgisi keçirilir – FOTO

SANANEWS: Təbrizdə bir neçə yerli məsul və İranın yüksək rütbəli şəxslərinin iştirakı ilə beynəlxalq kitab sərgisinin açılışı olub.

12-ci Beynəlxalq Təbriz Kitab Sərgisinin dünən keçirilən açılış mərasimində İranın Mədəniyyət nazirliyinin müavini Seyid Abbas Salihi, İran Mili Kitabxanası və Sənədlər Təşkilatının rəisi Rza Salihi Əmiri və Şərqi Azərbaycan Vilayətinin  bir neçə məsulu o cümlədən valiliyin  rəsmi şəxsləri iştirak edib. 
Mərasimdə Mədəniyyət nazirinin müavini S.A.Salihi bildirib: “Təbriz və ümumiyyətlə Azərbaycanın hər yeri  bütün iranlılar üçün xatirə dolu bir məkandır. Ona görə ki, İranın Səfəvilər dövründən başlayan yeni kimliyi bu nöqtədən başlayıb.”
O sərgidən danışaraq bildirib ki, “heç nə kitabı əvəz edə bilməz. Kitab millətin ümumi hafizəsini qoruyub saxlayır. Kitab təməddün yaratmağın anası və cövhəridir”.
Sözü gedən sərgi və birinci digital kütləvi informasiya vasitələrinin sərgisi İranın mədəni sərgilər müəssisəsi və Mədəniyyət Nazirliyinin Mədəni İşlər Qurumunun dəstəyi ilə sentyabrın 29-dan oktyabrın 5-dək  Təbrizin beynəlxalq sərgilər mərkəzində fəaliyyət göstərəcək. Sərgiyə maraq göstərənlər saat 10:00-dan 20:00-dək müraciət edə bilərlər.

S_T_1 S_T_2 S_T_3 S_T_4 S_T_5 S_T_6

(807)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *