Səid Mətinpur Zəncan zindanına intiqal edilib

5d62e850a45c13f103f033fd7d575a9bSANANEWS: Tanınmış azərbaycanlı siyasi məhbus Tehranın Evin zindanından Zəncan həbsxanasına intiqal edilib.

Səid Mətinpur saytına istinadən yaydığı məlumata görə, azərbaycanlı fəal sentyabrın 28-dəməcburi olaraq Zəncan zindanına intiqal edilib. Bu intiqal Evin zindanının 350-ci bölümünün  ləğv edilməsindən sonra baş verib. S.Mətinpur hazırda Zəncan zindanının ağır bölümlərinin birində saxlanılır.

Bundan öncə azərbaycanlı siyasi məhbus onlarla məhbusla birlikdə Evin zindanının 350-ci bölümündən 7-ci bölümə intiqal edilmişdir.

Qeyd edək ki. S.Mətinpur tanınmış azərbaycanlı milli-mədəni fəallardan biridir. O jurnalist, insan haqları fəalı, veblaqçı, “Yarpaq” və “Moc-i Bidari” və yerli Azərbaycan qəzetlərinin əməkdaşı olub. Azərbaycanlı fəal 2007-ci il mayın 25-də  Güney Azərbaycanın Zəncan şəhərində tutuqlanıb və Evin zindanının 209-cu bölümünə  intiqal edilib. O müvəqqəti olaraq 278 gün saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Tehranın islamı inqilab məhkəməsinin 15-ci şöbəsi azərbaycanlı milli-mədəni fəalı xaricilərlə irtibatda olmaq ittihamı ilə 7 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq 8 il həbsə məhkum edib. O 2009-cu il iyulun 11-də  həmin məhkəmə şöbəsinə çağırılıb. Məhkum məhkəməyə müraciət edincə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və Evin zindanına aparılıb.

S.Mətinpur  hazırda 5 ildən çoxdur müxtəlif cismi və ruhi işgəncələr altında məhbus həyatı yaşayır.

(859)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *