BÜTÖV AZƏRBAYCAN HƏRƏKATI YARATMAQ BİR ZƏRURƏTDİR- Yasəmən Qaraqoyunlu.

yasemenSANANEWS: BÜTÖV AZƏRBAYCAN HƏRƏKATI YARATMAQ BİR ZƏRURƏTDİR.
Jurnalist Xəyalə Günəşin AMEA Fəlsəfə və Hüquq institutunun elmi işçisi, Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin Prezidenti
Yasəmən Qaraqoyunlu ilə müsahibəsi
Sual: Sizin Azərbaycanın geosiyasəti və mədəniyyəti haqqında hansı düşüncələriniz var.
Cavab. Azərbaycan Tarixi Qara Dəniz-Xəzər-Kəngər körfəzi arasındkı ərazilərdə böyüyüb, kiçilmə tarixidir. Qara dəniz-Xəzər-Kəngər (Bəsrə) körfəzi arasında yerləşən Azərbaycan tarix boyu həm qədim Şərq ölkələri və mədəniyyətləri içində, həm də bütövlükdə Ümumdünya mədəniyyətinin qurulması və inkişafı prosesində fəallıq faktoru kimi çıxış etmişdir.
Hər bir mədəniyyətin formalaşmasında rol oynayan əsas ünsürlərdən biri məkan anlayışının olmasıdır. Mədəniyyətlər varlıq –elm-dəyər düşüncə parametrlərini bir məkana əks etdirdiklərini və o məkanı bu parametrlər əsasında şəkilləndirdikləri ölçüdə formalaşır və bir mərkəz xüsusiyyəti qazanır…Hər bir mədəniyyət öz yarandıgı məkana mərkəz mənası yükləyir. Mədəniyyət və dünyagörüş parametrlərinin məkanda əks etdirilməsi, o məkanla etnos-millət ünsürünün bütünləşməsi mədəniyyətlərin xarakterini müəyyənləşdirən faktordur.
Tarix boyu Azərbaycan mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus bir mövqeyə sahib olmuşdur. Afro-Avrasiya qitəsinin optimal mərkəzində yer alan Azərbaycan insanlıq tarixinin qədim mədəniyyət mərkəzlərinin həm mirasçısı, həm də qonşu hövzə mədəniyyətləri arası əlaqələrin qurulmasında bir mərkəz mədəniyyət hövzəsi rolu oynamaqdadır. Turan, İran, Sami, Ellin mədəniyyətlərinin geokültür mərkəzləri və cografiyaları olan Mesapotomiya, Türküstan(Mərkəzi Asiya), İran, Anadolu bölgələrini bir cografi və mədəni bag kimi bir birinə baglayan Azərbaycan həm də Misir, İran, Hind, Çin,Türkiyə mədəniyyətlərinin formalaşdıgı geokültürəl xətt üzərində yerləşən məkan kimi, bu mədəniyyətlərlə qarşılıqlı alışveriş sisteminə daxil olmuşdur. Qədim mədəniyyət xəzinələrinin varisi olan Azərbaycan ənənəvi Şərq-İslam mədəniyyəti ilə Yunan-Roma mədəniyyət ənənələri üzərində yüksəlmiş Qərbin Modernləşmə prosesinin universal ideyalarını sintezləşdirməklə “mədəniyyət baxımından şərq-qərb, ənənəvi-çagdaş, qədim-modern, iqtisadi-siyasi mənada şimal-cənub qarşıdurmalarını öz mədəniyyətində əks etdirən və geniş şəkildə yaşayan ölkələrdən biridir. Azərbaycan mədəniyyət baxımından şərqin düşüncə hikməti ilə qərbin rasional və praqmatik düşüncə ənənəsini, şimalın iqtisadi yüksəlişi ilə cənubun iqtisadi ədalət axtarışını birlikdə içsəlləşdirərək mədəniyyətində əks etdirmə və tarix sahəsinə daşıma qabiliyyətinə malik olan bir ölkədir.
Azərbaycan mədəniyyəti özünün 7000 illik tarixi inkişaf prosesində Ön Asiya(Anadolu və İkiçayarası), Qafqaz, Orta Şərq(İran) cografiyalarında mövcud olan mədəniyyətlərlə qarşılıqlı əlaqə şəklində inkişaf edərək, bu mədəniyyət hövzələrində yaradılmış maddi-mənəvi dəyərləri öz dünyagürüşləri ilə çox müvəffəqiyyətlə uyumlaşdıraraq eklektik, bütünləşdirici bir mədəniyyət tipi formalaşdırmışlar.
Azərbaycan cografiyası etno-kültürəl vahid kimi e. ə. IV əsrdən etibarən formalaşmaga başlamışdır. Bu dövrə qədər isə e. ə. IV minillikdən birinci minilliyin yarısına qədərki dövrdə Azərbaycan İkiçayarası, İran, Şərqi Anadolu, Ön Qafqaz bölgələrini bir-birinə baglayan etno- sosio-kültürəl körpü və cografiya olmuş, bu bölgədəki xalqlar və mədəniyyətlərlə vahid genezis birliyinə, etno-sosio- kültürəl bütövlüyə malik olmuşdur.
Orta Şərqin mərkəz bölgəsi olan Azərbaycan tarix boyu burda qurulmuş mədəniyyətlərin və imperatorluqların mirasçısı və böyük mədəniyyət hövzəsi olaraq tarixi bir agırlıga malikdir. Türküstan, Anadolu və Orta Şərq üçgəni arasında yerləşən Azərbaycan Türk kimliyi ilə Avrasiyanın cənub qurşagında Çindən Sibirə qədər olan böyük Turan cografiyasının bir parçası və tərkib hissəsi olmaqla türk dünyasına nüfuz edə bilir. Azərbaycan Şərq (Türküstan), Qərb (Anadolu) türklüyü arasında cografi, etnik, kültürəl körpü və bag kimi Türk dünyasının gələcəyini bəlirləyən statusa malikdir. Cografi mövqeyinə görə Xəzər- Bəsrə körfəzi arası ərazidə yerləşərək Orta Şərqin mərkəz bölgəsi olan Azərbaycan müsəlman ölkə kimi islam kimliyi ilə Asiya və Quzey Afrika islam ölkələri ilə, bütün ortadogu müsəlman toplumları ilə dini və kültürəl bütünlüyə malikdir və islam sivilizasiyasının bir parçası kimi islam dünyasının gələcəyinin quruluşlanmasında aktiv rol oynamaq patensialını qazandıran zəminə, tarixi islam mədəniyyətinə malikdir. Ön Qafqaz ölkəsi kimi Azərbaycan ərazisi və əhalisinin böyüklüyü baxımından Qafqazın ən güclü ölkəsidir və Qafqazda yaşayan xalqlar və kiçik etnik qruplarla cografi, tarixi, kültürəl, dini birliyə və Qafqaz kimliyinə malikdir. Bu baxımdan Azərbaycan bir Qafqaz ölkəsi kimi Qafqazın iqtisadi və kültür cografiyasının gələcəyini müəyyənləşdirən mərkəz ölkə olma potensialına malikdir. Şərq-Qərb sivilizasiyalarının qovşagında yerləşdiyi üçün mədəniyyətinin təməlində Şərq-Qərb mədəni dəyərlərinin sintezini yarada bilmiş Azərbaycan cografi mövqeyi və mədəniyyəti ilə həm Şərqə, həm Qərbə nüfuz edə bilən mərkəz ölkə kimi böyük avantajlara malikdir. Avropa modernizm dəyərlərini (Demokratiya, insan haqları, respublika, sientizm, sekulyarizm) mənimsəyərək islam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus heterodoks islam mədəniyyəti yarada bilən Azərbaycan Şərqə də Qərbə də açıq ölkə olmaqla Şərq-Qərb arasında dialoq, harmoniya, Əməkdalıq yarada bilmə imkanına sahibdir. Bu baxımdan Azərbaycan, kültür cografiyası kimi şəkillənən Şərqlə-Qərb arasındakı mədəni sərhədləri ayıran yox, bütünləşdirən xüsusiyyətə malikdir. Azərbaycan mədəniyyəti qapalı deyil açıq, ayırıcı deyil bütünləşdirici, uzlaşdırıcı mədəni-tarixi tipdir.
Şərq mədəniyyəti içərisində özünəməxsus mədəni–tarixi tip olan Azərbaycan mədəniyyəti daha cox Yaxın və Orta Şərq mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır. Asiya, avropa və afrika qitələrinin və mədəniyyətlərinin kəsişmə və bir-birinə bağlanma nöqtəsi olan orta şərq tarixin başlandiği bir bölgədir və indi XXI yüzildə mədəniyyətlərin və dinlərin dialoqu ideyalarinin tətbiq edilməsi zəruri olan bir bölgədir. Islam sivilizasiyasinin coğrafi və mədəni bölgəsi olan orta şərq, tarixən ipək yollarinin kəsişdiyi nöqtə, yəhudilik, xristianliq və islamin doğulduğu yer olmaq etibari ilə müqəddəs torpaqlar adlandirilmaqdadir. Dünya əhalisini 85%-nin yerləşdiyi bölgə kimi orta şərq həm də texnogen sivilizasiyanin inkişafi nəticəsində yaranmiş yeni bir inkişaf mərhələsinin, qloballaşmanin doğurduğu XXI yüzil paradiqmalarinin kəsişmə nöqtəsidir. Orta şərq dinlərin və mədəniyyətlərin qarşilaşdgi, sintez olundugu bir bölgədir.
Orta şərq Fasdan – İndoneziyaya qədər uzanan islam sivilizasiyasinin hakim oldugu cografiyani əhatə edir. Müasir dövrdə orta sərq; Misir, Yəmən, Ümman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistani, Iraq, Suriya, Livan, Izrail, Fələstin, Əfqanıstan,Türküstan, Türkiyə, Azərbaycan və Iranı içinə almaqla, cəmi 8. 012. 779 kilometrlik bir ərazini əhatə edən bölgə kimi tanınmaqdadir.
Orta şərq dinlərin və mədəniyyətlərin qarşilaşdıgı, sintez olundugu bir bölgədir, orta şərqin də yer aldiği Avrasiya qitəsinin mərkəzi ölkəsi Iran, Türkiyə və Azərbaycandir. Tarix boyu bu ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqədə inkişaf etmiş Azərbaycan XXI yüzildə orta şərqdə mədəniyyətlərin dialoqu layihələrində fəal iştirak etməklə bu bölgədəki proseslərdə və yenidən qurulma lahiyələrində öz milli mənafeləri baximindan yararlanma istiqamətində fəaliyyət göstərməlidir. Bütün bu faktorları nəzərə alaraq mən XXI yüzil Azərbaycanın geosiyasəti haqqında belə düşünürəm.
-Azərbaycan mərkəzli Qafqaz
-Azərbaycan Mərkəzli Orta Şərq
-Azərbaycan mərkəzli Turan
-Azərbaycan mərkəzli Avro-Asiya

Hesab edirem ki,Azərbaycan Xarici siyasəti, Strateji siyasəti bu aspektləri əsas alaraq inkişaf etməlidir.Azərbaycan Qara Dənizlə genişləyərək Qafqaz- Anadolu, Rusiya və Ukraynaya, Xəzər Dənizi vasitəsilə Türküstan və İrana, Rusiyanın Volqa-Ural türk bölgələrinə, Kəngər gölü vasitəsilə Hörmüz bogazı- Ümman Dənizinə çıxış əldə etməklə Hind Okeanına çıxa bilmə ilmkanına malikdir. Bu avantajdan istifadə etməklə Ərəb yarımadasına və Hindistan yarıımadasına nüfuz etmə imkanına malikdir. Bu geostrateji mövqeyindən irəli gələn avantajlarını yaxşı dəyərləndirmklə genişlənmə potensialını yaratmalıdır.

Sual. Kərkük bölgəsində gedən prosesləri necə qiymətləndirirsiniz
Cavab: Kərkük bölgəsində gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyadda həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Biz onu deyə bilərik ki, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır.
1.İmperatorluqların (Osmanlı,Qacar,Babur)dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən gedilməsi və ikinci qurup azınlıq halına salınması.Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması(Fars,Erməni,Kürd).
2.Türk Ulus Dövlətlərinin dagıdılması.
3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan,Suriya,İraq,İran,Çin,Rusiya).
Əsrin əvvəllərində erməni,fars, indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və ingiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir.(Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraq).
Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərinddə İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni,aysor(assurr),serb,ərəb,fars xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis Rus nüfuz dairələrinə uygun cızılmışdı. XXI əsrdə isə bu cografiya ABŞ –İzrail və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyassi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir. Orta Şərq siyasi və demoqrafik cografiyası əsrin əvvəllərində Fars, erməni, indi isə Kürd kartından istifadə edilməklə dəyişdirilməkdədir. Fars, Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə edilirdisə(bu məqsədə nail oldular da), Kürd kartı da yenə Türkiyə və Azərbaycan dövlətlərini, ərazilərini parçalamaq, zəiflətmək, türkləri bu bölgədən silmək məqsədilə istifadə edilir. Kürd siyasi kimliyinin şəkillənməsi və dinamik tutulması məqsədilə ABŞ,İngiltərə cütlüyü tərəfindən onlara milli missiya, hədəf verilmişdir. “Dogunu Türk zülmündən qurtarmaq !”. Bu, kürd ozanlarının, şairlərinin, siyasi kadrolarının kürd milləti qarşısında daim söylədikləri şüardır. Kürd siyasi kimliyi, kürd millət quruculugu bu missyonla formalaşdırılmaqdadır. İran dillər qrupuna məxsus kürd xalqının siyasi şkillənməsi Arya irqçiliyinin yeni formada, yeni keyfiyyətdə qabarmasıdır. Hind-Avropa dil ailəsinə məxsus qohum xalqlar, Farslar, Kürdlər, Ermənilər orta Doguda Türk cografiyasında İran, Ermənistan, Kürdüstan qurmaqla Türkləri bu cografiyadan silməyi hədəf alır və bu xalqlar siyasətin dərin qatlarında strateji müttəfiqdirlər. Məqsəd birliyi və etnik qohumluq ideyaları onları Strateji müttəfiqlərə çevirməkdədir.
Kürd təşkilatları olan PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “Pyam.nu” internet saytlarında yazılır: Bilin ki,İraqdakı Türkmanlara məxsus Mosul,Ərbil,Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstanı Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa,Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı”projesinin tərkib hissəsinə çevriləcəkdir.Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da,hamısını geri alacagıq.Güney Azərbaycan adlanan cografi ərazidə işgal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz.Buna gücünü yetməz.Azərbaycan dlanan bu torpaqlar əslində Kürdüstandır.Sizlər isə Səlcuq türkləri ilə birlikdə Orta Asiyadan gələrk bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.
ABŞ-İngiltərə-izrailin dəstəyilə qurulmuş “Quzey İraq Kürdüstan Milli Muxtariyyəti” hökümətinin başçısı, Kürdüstan Yurdsevərlər Partiyasının lideri Mustafa Bərzani (Yəhudi kürdüdür) KürdTV kanalında çıxışında deyir: “Bizim strateji hədəfimizin qarşısında sədd çəkərək durmuş Türkməneli(İraq Türkman vilayəti),Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlnan bölgələr köçərilərin işgalında əsrlərdən bəri inləyən torpaqların əsl sahibi olan kürdlərə qovuşmasına lap az qalıb. Kərkük, Urmu,Maraga,Təbriz kürd xalqının qəlbidir.Onları kimsəyə verməyəcəyik”. Kürdlərin “Puk-Media”İnformasiya Agentliyinin açıqlamasında deyilir: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng, Həmədan, Əsədabad və Məlayir şəhərlərinə böyük köç dalgaları başlamışdır”.Bu şəhərlər hamısı Güney azərbaycanın şəhərləridir. “Kürdüstana Qayıdış Hərəkatı” Kürdlərə müraciətində deyir: “Güney Azərbaycan, Kərkük,Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafər və Adanadan tutmuş, Naxçıvan da daxil olmaqla hər yer kürdüstandır”. Kürd təşkilatlarının strateji planı belədir . “Qarabag Erməni qardaşlarımızın torpaqlarından, Ərdahandan Türkiyə) tutmuş Qəzvinə(Güney Azərbaycan),Mosuldan (İraq türkmanları ərazisi),Naxçıvan və Kəlbəcərədək (Quzey Azərbaycan) bizim torpaqlardır”. Sazemane Defa Hüquqe Bəşər Dər Kordestan təşkilatının bəyanatında deyilir: “Sulduz bölgəsi Ələvi qızılbaşlarının qədim torpaqlarıdır və onlar etnik mənşə baxımından kürd olmuşlar.Sulduz, Urmu, Maku, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Görvə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”. Quzey İraq dakı Mustafa Bərzani höküməti strateji siyasətini belə açıqlayır. “Türkiyə və Güney Azərbaycan arasında kürdlər məskunlaşaraq bufer rolu oynamalıdırlar”. İran Parlamentində Millət vəkili Bəhaəddin Ədəb, Xədicə Mənsuri, Türkiyədə Sırrı Sürəyya Urmu şəhərinin kürdlərə məxsus oldugunu açıqlamışlar. Quzey İraq Kürd Hökümətinin buraxdıgı “dırav” adlanan kagız əskinaslarda isə “Kürdüstan” xəritəsi çəkilib. Xəritədə Güney Azərbaycanın və Türkiyənin bir çox əraziləri və Naxçıvan əks olunub. Beləliklə Kürd Problemi yaradılmış və Gələcəyimiz təhlükə altındadır.

Kürd kartındn aktiv istifadə edən dövlətlərsə ABŞ,Avropa Birliyi və İzraildir. “Türkiyə Kürdüstanı”, “İraq Kürdüstanı”, “İran Kürdüstanı”, “Azərbaycan Kürdüstanı”,.. “Vahid Kürdüstan” ,eləcə də Türkiyə Ermənistanı,Qafqaz Ermənistanı,İran Ermənistanı, Dənizdən-Dənizə Böyük Ermənistan projeləri qarşısında Türklərin alternativ projeləri və bu təhlükənin qarşısını ala biləcək Təhlükəsizlik konseptlri,hərbi gücü yoxdur.

İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd faktoru bizi, Türkiyə və Azərbaycanı yeni siyassi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur.
Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir.Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir.
İqlim və cografiyası etibarı ilə Anadolunun, dil və Kültür yapısı etibarilə Azərbaycanın davamı olan Bu günkü İraqın Bagdad, Samarra, Mosul, Sincar, Kərkük, Ərbil, Telafar, Köysancaq, Altınkörpü, Tuzhurmatu kimi bölgələri 1055-ci ildən günümüzə qədər Türk kültür və ənənələri ilə yogrulmuş bir türk mərkəzidir. Türk memarlıq və sənət abidələri ilə bəzənmiş bu bölgələr Türk –İslam sivilizasiyasının elm,mədəniyyət mərkəzləri olmuşdur.
İndiki İraqın Bagdad, Kerkük, Mosul, Süleymaniyyə, Ərbil, Sincar,Telafar, Altunkörpü, Köysancaq, Tuzhurmatu bölgələri qədimdən bəri Azərbaycanın siyasi cografiyasının tərkib hissəsi olmuş,tarix boyu Azərbaycan kültür arealına daxil olmuşdur. Kərkük türkmanlarının vətəni Bagdad, Kərkük, Ərbil ,Süleymaniyyə, Mosul qədimdən bəri Azərbaycan türklərinin vətənidir.Burda Urmiya bölgəsi də daxil olmaqla Tunc dövründən etibarən Subartu, Şumer, Mitanii, Aratta, Kutium dövlətləri qurulmuşdur. Tarixçı, dilçi ,Etnoqraf, Ədəbiyyat alimləri arxeoloji və linqvistik dəlillərlə coxdan sübut etmişlər ki, İraqda İkiçayarası mədəniyyətinin ilk qurucuları olan Subartular və Şumerlər türkdür və Azərbaycandan bu cografiyaya köçərək Dünya mədəniyyətinin əsaslarını yaratmışlar.Məsələni geniş şərh etmək istəsək onu deyə bilərik ki, bir çox tədqiqatçıların fikrincə Azərbaycan siyasi cografiyası e.ə.IV əsrdən etibarən formalaşmışdır. Bundan öncəki tarixlərdə isə İkiçayarası(İraq), İndiki İran cografiyası(Elam,Midiya),Qafqaz və Anadolu bölgələri e.ə.IV-II minilliklərdə iltisaqi dilli xalqların məskəni olmuş, burda vahid sosio- kültürəl və etno-linqvistik xüsusiyyətlərə malik sivilizasiya mövcud olmuşdur.Bu sivilizasiyanın təmsilçiləri Subartu, Şumer, Aratta, Mitanii, Kuti, Elam, Hetit, Urartu, Manna, Midiya, Etrusk,Troya və s.dövlətlər olmuşdur.Bu dövlətləri quran xalqlar sosio-kültürəl xüsusiyyətlərinə və dillərinə görə Turanlı adlandırılmışlar. E.ə.III minilliyin ikinci yarisindan etibarən II minillik boyu Sami kökənli xalqlar Ərəbistan yarımadasından köçərək İndiki İraq( İkiçayarası) və Aralıq dənizi sahillərində yerləşərək Akkad, Babil, Assuriya, Finikiya-Uqarit(Suriya və Livan) dövlətlərini və mədəniiyyətlərini qurmuşlar.Beləliklə qədim Ön Asiya bölgəsinin etno-demoqrafik yapısı dəyişmiş,Turanlı iltisaqi dilli xalqlarla sami kökənli xalqlar yanaşı yaşamaga başlamışlar. E.ə.I minilliyin başlarında (IX əsr) Hind Avropa dil qrupuna məxsus Hind-İran dilli xalqlar (Farslar) bu bölgəyə köçərək Elam dövlətinin Anşan bölgəsində yerləşmiş, sonradan Elamı işgal edən Midiya dövlətinin tabeliyində yaşayaraq əyalət bəyliyi qurmuşlar və Midiyada dövlət çevrilişi edərək Fars Əhəməni dövlətlərini qurmuşlar. Beləliklə də Yaxın Şərq və Orta Şərq bölgəsində etno-demoqrafik şəkillənmə Turanlı(Türk),Sami, Hind-Avropalı-Fars xalqlarının iştirakı ilə olmuşdur.Bütün bu dəyişikliklər Azərbaycan Kültür arealına daxil olan Bagdad, Kərkük, Mosul, Ərbil, Süleymaniyyə, Diyala bölgələrinin kültür yapısına təsir etmiş lakin onun qədim Turanlı(Subartu-Şumer-Aratta) köklərini dəyişdirə bilməmişdir və bu proses İsgəndərin işgallarından sonara bu bölgədə qurulmuş Selevki, Parfiya, Sasanlı dövründə də davam edərək , Ərəb İslam xəlifəliyi dövrünə qədər davam etmişdir. İndiki İraq cografiyasında qədim Azərbaycan – Turan mədəniyyətini İslam Xilafəti dövründə İraq torpaqlarında yerləşən türkmanlar dövr almışlar.
Türkmanların İraq torpaqlarında yerləşmələri hicri 54 –cü ildə Əmevi hökmdarlarından Übeydullah bin Ziyadın Bəsrəyə 2000 Türk gətirməsiylə gerçəkləşmişdir.1055-ci ildə böyük Səlcuqlu Xaqanı Sultan Togrulun İraqa girməsi və 15.12.1055-ci ildə Bagdadda İslam xəlifəsinin Sultan Togrul adına xütbə oxuması ilə ölkə Türk hakimiyyəti altına keçmiş, bu proses 1918-ci ilə qədər davam etmişdir.Beləliklə İraq 900 il Türk hakimiyyəti altında olmuşdur. Iraq Türklərinə “Türkmən” deyilməsi də Səlcuqlular zamanından başlamışdır.”Türkmən” deyimi Türkdən ayrı bir soyu bildirmir, İslamın türklər arasında ilk yayıldıgı dövrlərdə yaranmış,Hələ islamın bütün türklər arasında yayılmadıgı dönəmlərdə Türklər arasında Oguzların İslamı qəbul etmiş hissəsinə Türkmən deyilmişdir. Selcuqlu imperatorlugunun yıxılmasından sonra Erbildə Zeyneddin Kiçikogullar(1144-1233), Mosulda Atabeyler, Kərkükdə Qıpçaqogulları adlanan türk bəylikləri qurulmuşdur. Ərbil burda hökm sürən Müzəffərəddin Gökbörü zamanında 1190-cı ildən 1233-cü ilə qədər 43 il Türk –İslam mədəniyyətinin qızıl çagını yaşamışdır. Iraq türkmanları bölgəsində 1514-cü ilə qədər müxtəlif türk xanədanları hökmranlıq etmişdir.Osmanlı Sultanı Yavuz Sultan Selim 16.9.1514-cü il Təbriz səfərindən sonra 1515-ci ildə Quzey İraqı fəth edərək Osmanlı İmperatorluguna qatmışdır.Təxminən 19 il sonra 1534-cü ildə Qanuni Sultan Süleyman Bagdad şəhərinə girərək Səfəvi hakimiyyətinə son vermişdir.Beləcə bütün İraq ərazisi Osmanlı imperatorlugunun bir əyalətinə çevrilmişdir. 1732, 1734 –cü illərdə Nadir Şah Avşar Kərkükü Osmanlılardan alaraq yenidən Avşar xanədanlıgının rəhbərlik etdiyi Səfəvi imperatorluguna qatmışdır.Lakin Kerkük bölgəsi 1746-cı ildə Osmanlı-Nadir şah arasında baglanan razılaşmaya əsasən təkrar Osmanı imperatorluguna qaytarılmış və 1914-cü ildə başlayan Ibirinci dünya müharibəsinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır. İstər Səfəvi, istərsə Osmanlı imperatorluqlarının hakimiyyəti dövründə İraq türkmənlərinin mövqeyi etnik-demoqrafik-kültürəl baxımdan daha da güclənmişdir. 1917-ci il martın 12-də Bagdad İngilislər tərəfindən işgal olunmuş,İngilislərin dəstəyi ilə Məkkə Şərifi Hüseyin Osmanlılara üsyan etmiş ve bu üsyan nəticəsində İraqın orta və güney hissəsi İngiltərə, İraqın Mosul bölgəsi və Suriya torpaqları da Fransa müstəmləkəsinə çevrilmişdir.
30 oktyabr 1918-ci ildə imzalanmış Mondoros müqaviləsindən 3 gün sonra İngilis Genaralı Osmanlının 6-cı ordu komutanı Əli Ehsan paşadan bölgənin İngilislərə təslim edilməsini tələb etmiş,8 noyabrda Mosuldan İngilis bayragı asılmışdır. 10 0ktyabr 1922-ci ildə İngilis-İraq andlaşması ilə İraq- bu qədim türk torpagı İngiltətrənin himayəsi altına girərək əslində İngiltərə müstəmləkəsinə çevrilmiş, bu müstəmləkə aktı 1923-ci ildə Lozann müqaviləsi ilə bir daha təsdiq olunmuş,1926-cı ildə Ankarada, İngiltərə, İraq, Türkiyə arasında “Sərhəd və yaxşı qonşuluq Əlaqələri Müqaviləsi” imzalanmışdır. Hər iki müqavilədə İraq Türklərinin taleyi diqqətə alınmamış, İraq türklərinin hüquqi statusu müəyyənləşməmişdir.14.12.1927-ci ildə Kral Faysalın öndərliyi ilə İraq istiqlalını elan etmiş, İngiltərə bu istiqlalı tanımışdır.Kral Faysalın öndərliyi ilə kraliyyət dövrü 1958-ci ilə qədər davam etmiş, general Əbdülkərim Qasımın üsyanı ilə krallıq devrilmiş İraqda cümhuriyyət qurulmuşdur.1963-cü ildə Əbdülsəlam Məhəmməd Arif ilə qardaşı Əbdürrəhman M.Arifin beş il sürən iqtidarlarından sonra,1968-ci ildə Sosyalist Ərəb Baas Partiyası general Əhməd Həsən Əl-Bəkir rəhbərliyi ilə hakimiyyəti ələ keçirmiş, 1979-cu ildə Seddam Hüseyn hakimiyyəti ələ alaraq Əl-Bəkirin yerinə keçmişdir.1980-88-ci illərdə İran İraq savaşı zamanı Seddam Hüseyn İraq türkmanlarını müharibənin ön cəbhəsinə irəli verməklə türkman qırgınlarının əsasını qoymuşdur.Xatırladırıq ki,eyni siyasəti İran islam Cümhuriyyetinin baş komandanı Ayətullah Xomeyni də həyata keçirmiş Azərbaycan türklərindən ibarət “Aşura diviziyası” təşkil edərək onları müharibənin ön seflərinə ölümə göndərmişdir. İran- İraq müharibəsində şəhid olan 6 milyon İran vətəndaşının yarıdan coxu və İraq vətəndaşının yarıdan coxu türklər olmuş, beləcə Azərbaycan türklüyü onların tarixinə, mədəniyyətinə, vətəninə aid olmayan proseslərin qurbanına çevrilmişlər.İraq-iran müharibəsi 1988-ci ildə bitdikdən sonra Səddam Hüseyn 1990-cı ildə Küveyti işgal etməklə Körfəz Krizinin yaranmasına səbəb olmuş, 1991-ci ildə ABŞ və müttəfiqləri İraqa müharibə elan edərək, Küveyti İraqın əlindən almışdır. Bütün bu siyasi hadisələr iraq türkmanlarının siyasi, iqtisadi və demoqrafik həyatına mənfi təsir göstərmiş, bölgənin inkişafına mane olmuşdur. Necə ki, İranda türklərin statistik sayı Pəhləvi və İslam rejimi tərəfinən saxtalaşdırılaraq azlıq kimi göstərilir, eləcə də İraqda türkmanların sayı hökümətlər tərəfindən saxtalaşdırılmışdır.Bu günə qədər İraqda beş dəfə əhalinin siyahıya alınması keçirilmişdir.1947-ci il siyahıya alınmasında 286.005 (əhalinin 5.9 %), 1957-ci ildə 388.939 (əhaalinin 6%), 1965-ci ildə 473.626(əhalinin 5.8%), 1977-ci ildə 495.425(Əhalinin 4%), 1981-ci ildə 567.057(Əhalinin 4.15%), göstərilmişdir. 1981 -ci il siyahıa alınmasına əsasən Mosul- 1.227.215, Selahəddin-402.067, Kerkük-567.957, Diyala-637.778, Ərbil-632.252 kimi türkmən şəhəhərlərində əhalinin ümumi sayı 3.467.269 nəfər olmuşdur..İraqın ümumi əhalisi isə 13.669.689 nəfər olmuşdur. 1987-ci ildə isə əsas əhalinin 16 milyon oldugu göstərilmiş iraqda türklərin sayı ümumi əhalinin 2 % kimi göstərilmişdir.İraq iqtidarları Türk əhalinin sayını saxtalaşdırsa belə Kərkük,Ərbil, Mosul vilayətləri, Səlahəddin və Diyalanın rayon və kəndləri ilə Bagdadda yaşayan 300.000 Türkmən əhalinin ümumi sayı, İraq türklərinin 2 milyondan cox oldugu qənaətini dogurur.Bu iddianı statistik hesabla dogrulamaq mümkünddür.1957-ci ildə İraqda 500.000 türkmənin yaşadıgı bildirilmiş, 1959-cu ildə 567.000 oldugu göstərilmişdir.İraqda illik əhali artımının sürəti 3.296% göstərilir.1959-cu il hesablamasını əsas alsaq 1994-cü ildə iraq türklərinin sayı 1.764.029 olur.Bununla bərabər onu da deməyilik ki,iraqda Türklər yaşayan bölgələrdə ərəblərin və kürdlərin xeyrinə demoqrafik disbalans yaradılmış, bu bölgəyə köçürülən kürd ərəb miqrantları vasitəsilə bölgənin etnik tərkibi dəyişdirilmiş,türklər öz topaqlarında azınlıq durumuna düşmüşdür. Məsələn, 1960—cı ildə Kərkük əhalisinin 95% türk olmuşdur.Ərəbləşdirmə siyasəti ilə buraya on minlərlə ərəb və kürd ailələri köçürülmüş, 1980-ci ildə 95%-lik türk əhalisinin sayı 75% düşmüşdür. Tarix boyu İraqın şimal və mərkəzi bölgələri türk bölgələri olmuşdur.Türklər burda Azərbaycan və Anadoluya baglı böyük mədəniyyətin təməllərini atmışlar.Lakin,
Iraq türklərinin yerləşdiyi ərazilərdə rəsmi iraq hökümətləri tərəfindən yeridilən inzibati-ərazi siysəti türk torpaqlarının əllərindən alınmasına , türklərin demoqrafik balansının pozulmasına və assimilyasiya olunmasına zəmin hazırlamışdır. Məsələn Kərkükün ərazisi 1977-ci ildə 19.543 km olmuşdusa ,sonradan 9.426 km düşürülmüşdür. 1957-ci ildən etibarən türklərin yerləşdiyi vilayətlər-Mosul (Mosul vilyətinə 9 mahal,26 rayon,2153 kənd daxil idi), Ərbil (Ərbil vilayətinə 6 mahal,15 rayon,1151 kənd daxil idi), Kərkük (Kərkük vilayətinə 4 mahal,14 rayon,1274 kənd daxil idi), Diyala (Diiyala vilayətinə 5 mahal, 13 rayon və 718 kənd daxil idi) vilayətləri sistemli şəkildə türklərdən təmizlənməyə başlamış, ərəb , kürd köçkünləri bu ərazilərdə yerləşməyə başlamışlar. Bölgədə kürdləşdirmə elə sürətlə aparılmışdır ki, nəticədə kürd silahlı qruplaşmaları indi türk torpaqları üzərində kürd dövləti qurmaga çalışır.Sual olunur, Bu bölgə Türklərlə məskunlaşdıgı halda, türk torpagı oldugu halda niyə burda türk dövləti yox, kürd dövləti qurulur. Məsələ aydındır,çünki ABŞ və Qərb belə istəyir.Çünki son yüz ildir türk azınlıqlarını və bölgələrini qoruya biləcək türk dövləti və türk ordusu,türk siyasəti, türk maraqları yoxdur. Çünki türk dövlətləri Qərbin və Rusiyanın periferiyalarına çevrilmişlər və türk millətinin gələcəyi ilə baglı müstqil siyasi iradə qoya bilmirlər.Və beləliklə son yüzildə türklər Əfqanıstanda, İraqda, Qərbi Azərbaycanda(Ermənistanda), Suriyada, Çində, İranda, Rusiyada assimilyasiya, etnik təmizləmə və soyqırıma məruz qalmışlar. İraq türk bölgələri necə kürdləşib kürd dövlətinə çevrildisə, eyni ilə həmin ssenari XX əsrin əvvəllərində İrəvan xanlıgında , Qərbi Azərbaycanda həyata keçirildi. Qərb və Rusiya dövlətinin dəstəyi ilə bölgədə türk etnik təmizləmə və soyqırım siyasəti həyata keçirildi, bölgə erməniləşdirildi və nəticədə Ermənistan dövləti quruldu.
Bilindiyi kimi İraq, xüsusilə də Kərkük-Mosul bölgəsi böyük neft yataqlarına sahibdir.İraqın neft ehtiyatının ən çox oldugu bölgə şimalda Kərkük,cənubda Bəsrə və mərkəzdə Bagdat ətrafında türk bölgəsi olan Diyalanın Xanəkan rayonudur.
İraq iqtisadiyyatının dayandıgı ən önəmli qaynaqlardan biri neftdir.İraqın neftdən gələn gəlirləri ümumi gəlirlərinin 87%-ni təşkil etməkdədir.İraqın neft ehtiyatının bəzi qaynaqlarda 100 milyard, bəzilərində isə 200 milyard varil oldugu haqqında məlumatlar vardır. “The Middle East and North Afrika-1992” adlı illik hesabat bülleteninde İraqın 90-cı ildən bəri neft istehsal edən 36 dünya ölkəsi arasında 7-ci yeri tutdugu qeyd edilmişdir. Bu hesabata görə İraq dünyada istehsal edilən xam neftin 3.09 %-ni istehsal etməkdədir. İraq neftinin 75.50% kerkükdən, 22.74% Bəsrədən, 1.76% Mosuldan istehsal edillməkdədir ki,bu da İraqın ümumi istehsalının 77.26% təşkil etməkdədir. Bu türk bölgələrində təbii qaz yataqlarının oldugu,Kərkükdə böyük miqdarda kükürdün oldugu haqqında da məlumatlar vardır. İraqın bir neçə yerə parçalanması, türk bölgəsində Kürd Muxtariyyətinin qurulması, İŞİD təşkilatının hərbi savaşlarının əsl səbəbləri bu neft rezervlərinə sahiblənmək ugrunda savaşların təzahürləridir. Türkiyə kürd faktoru ilə zəiflədilərək bu neft bölgəsi ugrunda gedən gərgin qlobal mübarizələrdən təcrid edilmiş, bölgənin kürdləşdirilməsinə və Kürd dövlətinin qurulmasına nəzarət etmək imkanlarından məhrum edilmiş, Kərkük türklərini belə müdafiə etməkdən aciz qalmışdır. Kərkük türklərinin bölgədə yaşaması,türk muxtarlıgının qurulması bu neft rezervlərinə malik bölgənin Türkiyə və ya türk nəzarətinə keçməsi Türkiyənin güclənməsi demək olardı və bu Qərb ölkələri tərəfindən yolverilməzdir.
Nə etməli.
1. Lakin bütün bunlara baxmayaraq Türkiyə və Azərbaycan Kərkük türkləri ilə baglı birgə strateji siyasətə malik olmalı, vahid siyasi mövqe nümayiş etdirməlidirlər.
2. Türkiyə və Azərbaycan birləşmiş ordusu iraq Türkmən bölgəsinə girərək Türklərin təhlükəsizliyini,Ərazilərinin bülünməzliyini təmin etməlidir.
3. Eyni zamanda bu ölkələrin mediyası Türkmən bölgəsinin müdafiəsinə qalxmalıdır. Türk maraqlarının müdafiəsini təşkil edən informasiya siyasəti qurulmalıdır.Çox təəssüflər ki, mediya şirkətləri Türkiyə və Azərbaycanda milli maraqların müdafiəçisi yox, daha çox Qərb və ABŞ maraqlarının müdafiəçiləri oldugundan, daha çox Qerb merkəzlərinə baglı olduqlarından Kerkük türklərinin taleyinə biganəlik nümayiş etdirirlər. “ABŞ-Qərb-izrail nə edirsə deməli bu düzdür” təfəkkürü Qərb köləsi medyanı bu cografiyalarda yaşanan felaket və qətliamlara biganələşdirmişdir.
4. Türkmən gəncləri Universitetlərdə pulsuz təhsil almalıdır.
5. Türkmən partiyaları, Siyasi təşkilatları,qadın təşkilatları,QHT-ləri,İnsan Haqlarını Müdafiə təşkilatları,Millət vəkilləri,Aydınları,elmi və Kültür mərkəzləri ilə sıx iş birliyi qurulmalı,Türkmənlərlə Türkiyə və Azərbaycan sıx inteqrasiya olmalıdırlar.
6. İraqın bölünməsinə,Türkmən bölgəsində Kürd dövlətinin qurulmasına yol verilməməlidir
7. Türkmənlərin İraq ərazi bütünlüyü içərisində Muxtariyyət istəyi dətəklənməlidir.
8. Bütün bunların müqabilində əgər İraq siyaasi istiqlalını və bütünlüyünü qoruya bilməsə İraq türkmənlərinin torpaqları İraq türkmanlarının öz istəyi ilə Azərbaycanın qəyyumluguna keçməlidir və Azərbaycan bu yönümdə fəaliyyətin alt yapısını hazırlamalı, təbligat-təşviqat işləri həyata keçirilməlidir.
8.Türkiyə və Azərbaycan yaxın şərqdə,İraqda öz gələcək təhlükəsizliyi,strateji maraqları istiqamətində fəal siyasi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmiizləmə və soyqırıma ugradılmaqla bölgədən silinəcəksə bu kürdlərin İraqda güclənməsinə,Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına,türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır.Qeyd etməliyəm ki,Kürdlər təkcə Kərkük ərazilərinə deyil, Günüy Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər.Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında-Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bu Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir.İrəvan xanlıgı,Qarabag Ermənilər tərəfindən,Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək,özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması,Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal ugrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey azərbaycandan,Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır.Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi,etnik,Kültür baglarının qoparılması siyasətinə xidmət etməkdədir.

Sual: Qərbi Azərbaycan Probleminin həllini necə görürsünüz.
Cavab: Hələlik, Azərbaycan ictimai düşüncəsində Qərbi Azərbaycan “Problem” kimi dərk olunmur. Hətta Qərbi Azərbaycanın Ermənistan olması ilə sanki barışılmışdır, de fakto qəbul edilmişdir. Hətta qərbi azərbaycan yaşanılmış bir tarixi gerçəklik kimi sliinməkdədir artıq yadddaşlarda. Bunun əssas səbəbi Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın məglubiiyyəti və Qarabag və 7 rayonumuzun itirilməsindən sonra yaranmış özünə inamsızlıq kompleksidir.
Lakin bu kompleksdən artıq xilas olunmalıdır. Tarixdə çox ölklər,xalqlar olur ki, mühribədə torpagını , isttiqlaliiyyəttini itiir.Lakin müəyyən müddəttdən sonnra o ölkə, xalq güclənərək yenidən öz torpaqlrınnı geri qaytrır hətta dahada genişlənir.Düşmənlərini məglub edir.Mən daim İspanların Rekonkista hərakatını misal çəkirəm.İspanlar piriney yarımadasını tutaraq Kurtuba islam dövlətini qurmuş ərəblərə qarşı 800 il mübarizə apadılar sonunda ərəbləri yaımadadan qovdular.2 milyon ərəb buradan Afrikaya qaçdı.Burda önəmli olan mübarizənin uzun müddətt və ardıcıl aparılması cəmiyyətin bütün üzvlərinin bu mübarizəyə sarılması idi.Erməni-Azərbaycan müharibəsi 100 ildir aparıılır və Rusiya – Avropa-Xristian blokunun dəstəyi ilə Qərbi azərbaycanda Anadolu –İran-Azərbaycan türklərini və cograafiyasını bir-birinə baglayan torpaqlarda tampon xristian dövləti quruldu. Məqsəd Türk-islam cografiyasını bölmək, türk biirliyinin qarşısını almaq, türkləri bu bölgədən yox etməkdir. Eyni Siyasət Güney Azərbaycanın da Qərbi Azərbaycan bölgəsində Urmu vilayətində aparıldı. Anadolu və Güney Azərbaycanı bir-birinə baglayan Urmuda Erməni-Aysor-kürd federativ dövlətinin qurulması planlaşdırıldı və burda bu məqsədlə ingilis framason təşkilatlarının əlilə Cilovluq hərəkatı baş verdi.Cilovluq hərəkatında 300 min türk erməni-kürd-aysorlar tərəfindən öldürüldü. Bu hərəkatın qarşısı Türk sərkərdəsi Kazım Qarabəkir paşa tərəfindən alındı.Quzey azərbaycanda isə türk qırgınlarının qarşısını Qafqazislam ordusu komandanı Nuru paşa aldı.Bu adları çəkməklə onu demək istəyirəm ki, Yalnız Türkün öz ordusu Türk millətini və Türk torpaqlarını qoruya bilər, Nə NATO-nun sülhməramlıları,nə BMT, nə digər beynəlxalq təşkilatlar bizi qorumayacaq,əksinə bu təşkilat və bloklar türk torpaqları üzərində Qərb marqlarını,sömürgə sistemini həyata keçirməkdədirlər. Bütün beynəlxalq təşkilatlarda Qərb mərkəzli baxış hakimdir.Türk milləti yenidən Ənvər paşa ordusunu,Qafqaz İslam Ordusunu özləməkdədir.
1.Qərbi azərbaycana yenidən sahiblənmək üçün Siyasi-Hərbi doktrinaya sahib olmalıyıq. Bu doktrinanın əsasında 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqlarrı bu memorandumda əks olunmuşdur. Bu Tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu momerandumda əks olunmuş Torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edirdi. Memorandumda Qafqaz Azərbaycanın ərazisi Çar rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi.
1.Bakı quberniyası-Bakı şəhəri,Bakı,Cavad,Göyçay,Şamaxı,Quba,Lənkəran qəzaları:
2.Yelizeavetpol (Gəncə) quberniyası-Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları:
3.İrəvan quberniyası-Naxçıvan,Şərur-Dərələyəz,Sürməli qəzaları,Yeni Bəyazid, Eçmiədzin, İrəvan, Aleksandrapol qəzalarının bir hissəsi:
4.Tiflis quberniyasında –Tiflis,Borçalı və Signaq qəzalarının böyük hissəsi:
5.Zaqatala qəzası:
6.Dagıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi,Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Kaytaq-Tabasaran qəzzasının bir hissəsi:
7.İrəvan və tiflis quberniyalaarında və Zaqatala dairəsində bu momerandumda adı çəkillməyən bir sıra kiçik ərazilər də Azərbaycana ddaxildir.
Versal Sülh konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik.Qərbi Azərbaycan və Qarabag probleminin həllində bu Momerandum əsas götürülməlidir.
2.Qarabag müharibəsi ilə baglı beynəlxalq danışıqlarda Qərbi azərbaycan problemi əsas prioritet kimi götürülməli,Azərbaycanda Qarabag ermənilərinə verilən hər hansı hüquqi-siyasi statusun Ermənistanda Azərbaycan türklərinə də verilməsi tələb edilməlidir.Bu məqsədlə aparılan danışıqlarda Qərbi Azərbaycanlıların icması da təmsil olunmalı, tərəf kimi qəbul edilməlidir.
3.Elmi-kütləvi təbligat-təşviqaat iişləri həyata keçirilməlidir. Qərbi Azərbaycanın tarixiən türk torpagı olması dünyaya isbat edilməli,dünya səviyyəsində sistemli təbligat təşviqat işi həyata keçirilməli, kitablar, broşurlar yayılmalıdır. Qərbi Azərbaycanda demoqrafik vəziiyyət, mədəniyyət, arxeologiya, etnoqrafiya, toponim, hiidronim və s. sahələrlə baglı Beynəlxalq təşkilatlarda konfranslar disputlar təşkil edilməli, Dünya araşdırmaçı alimləri, yurnalistləri bu işə cəlb olunmalıdır. Qərbi Azərbaycanın ermniləşdirilməsi və erməni dövlətinə çevrilməsi prosesi bütüün təfərrüattı ilə izah olunmalıdır.
4.Çar Rusiyası dövründə Qərbi azərbaycanda yaşamış əhalinin siyahıya alınmaları və mlkiyyətləri haqdaa məlumatlar Rusiya arxivlərindən çııxarılmalıdır.
5.Qərbi Azərbaycanda erməni-rus birləşmələri tərəfindən heyata keçirilmiş,köçürülmələr, türk etnik təmizləməsi və soyqırım haqda bütün düünya ictimai rəyi məlumatlandırılmalııdır.
6.1988-ci ildə Qərbi azərbaycandan etnik təmizləmə siyasəttinin qurrbanı olan Qərbi Azərbaycanlıların siyahıya alınması və mülkiyətlərinin dəyəri hesablannmalıdır.
7.Qərbi Azərbaycanıların Qərbi Azərbaycana qayıtmaq mməqsədilə təşkilatları yaranmalı bu təşkilatlar tarixi torpaqlara qayıtmaq məqsədilə beynəllxalq tşkilatlar qarşısında məsələ qaldırmalı onlarla sıx iş birliyi qurmalıdırlar.
8.Yerli Azərrbaycan türkləri və gəlmə ermənilərdən ibarət xalqların iştirakı ilə Ermənistanın iki dilli iki millətli dövlətə çevrilməsi təbligatı aparllmalıdır.
9. Azərbaycanlıların öz torpaqlarına qayıdaraq Ermənistan dövlətinin idarə olunmasında, parlamentin işində pripritet əsaslarla iştirak etməsinin zəruriliyi irəli sürülməlidir və s.

Ermənistan- Azərbaycan arasındda gedən-Qarabag müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və Qərbi Azərbaycan probleminin həll olunmasının əsas şərti Güney azərbaycanın istiqlaliyyətinin əldə olunmasıdır. Əgər Güney Azərbaycan müstəqil dövlətə çevrilirsə Ermənistan Quzey-Güney Azəırbaycan arasında blokadaya düşür, Ermənistanın quru sərhədləri Türkiyə, Güney-Quzey Azərbaycan olur,Ermənistan xarici dünya ilə yalnız havadan əlaqə saxlamaq məcburiyyəti qarşısında qalır.Həmçinin Ermənistana Fars dəstəyi aradan qalxmış olur,bu gün Ermənistan üçün Nəfəslik rolu oynayan İran adlı dövlət mövcud olmur.Nəticədə Ermənistanın strateji müttəfiqlərindən biri tarixdən silinir.Ermənistanın digər müttəfiqi və hamisi Rusiya tək qalaraq İran kimi müttəfiqini itirir.Belə bir vəziyyətdə Ermənilər Təcavüzkar xalqdan türklərlə uyum saxlayan xalqa çevriləcəkdir.
Sual: Mənim bildiyimə görə gəncliyinizdə siz Bütöv Azərbaycan Hərəkatı adlı təşkilat yaratmışdınız. Məqsədiniz nə idi Yasəmən xanım.
Cavab. Xəzər-Qara dəniz-Kəngər(Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu(qərb türklüyü)arasında bir bag,körpü rolu oynayaraq Türk dünyasının etnik-cografik-kültürəl bütünlüyünu təmin edən Azərbycanın(1813-1828-ci illərdə Bütöv Azərbaycan sahəsi-410 000 kv.km 0lmuşdur.Parçalandıqdan sonra Güney Azərbayccan ərazisi-280 000 kv.km olmuşdur.Quzey Azərbaycan ərazisi-130 000 kv.km olmuşdur) cənub –qərb bölgəsi olan Mosul,Ərbil,Kərkük,Süleymaniyyə şəhərləri 1534-cü ildə Səfəvi və Osmanlı dövləti arasında gedən müharibədə Osmanlı İmperiyasının tərkibinə qatılmış, 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında baglanan 5 haziran müqaviləsi ilə Mosul,Kərkük,Süleymaniyyə elləri Ərəb İraq dövlətinin müstəmləkəsi olmuş, burda bir ərəb assimilyasiya siyasəti uygulanmış, İraq Amerika Birləşmiş Ştatları Dövləti tərəfində İşgal edildikdən sonra Azərbaycanın bu torpaqlarında Quzey İraq Kürd dövləti qurulmuşdur.
1736-cı ildə Borçalı Nadir Şah Avşar tərəfindən Gəncə bəylərbəyliyindən alınaraq Gürcü Kartli-Kaxeti çarlıgına bagışlanmış,1801-ci ildə Rusiya ilə Gürcüstan arasında baglanmış Georgiyevski aktı nəticəsində Gürcüstanla birlikdə Rusiya tərkibinə qatılmış,Sovetlər Birliyi dagıldıqdan sonra Gürcüstanın tərkibində qalmışdır.Hal –hazırda Azərbaycan türklərinin Borçalını tərk Etməsi və gürcü torpagına çevrilməsi siyasəti uygulanmaqdadır.
XIX əsrin birinci yarısında Türk Qacar imperatorlugu ilə-Rus imperiya arasında gedən savaşlar nəticəsində 1813(Gülüstan) ,1828 (Türkmənistan) illərdə baglanmış müqavilələr əsasında Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə -Güney və Quzey hissələrə Parçalanmışdır.
Quzey Azərbaycan Rus imperiyasının müstəmləkəsinə çevrilmiş,burada Ruslaşdırma xristianlaşdırma, soyqırım heyata keçirilmiş, sünni-şiyə ayrımçılıgı salınmış,milli inkişafın qarşısı bütün shələrdə alınmışdir.
1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv.km.olan Dərbənd,Altıparın, Axtı,Doqquz Parın,Qaytaq və digər ətraf rayonlar Dagıstan viləyətinə birləşdirildi.Hazırda Dagıstan Rusiya müstəmləkəsidir və burda ruslaşdırma siyasəti bütün gücü ilə həyata keçməkdədir.
1918-ci il mayın 29-da Anadolu ilə Azərbaycanı birləşdirən İrəvan xanlıgının torpaqları təxminən 9 min kv.km.olan ərazi Bolşevik Qızıl Rus İmperiyasının təzyiq və təhdidləri ilə ermənilərə verilmiş,nəticədə tarixi Türk torpaqları üzərində Ermənistan Dövləti yaranmış,Şərq(Türküstan),Qərb(Anadolu) türklüyü arasında tampon xristian erməni dövləti yaradılmaqla Türk dünyasını cografi,kültürəl bütünlüyü pozulmuşdur.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi 114 000 kv.km olmuşdur. Azərbaycan respublikasının ərazisi 1919-cu ildə Versal Sülh Müqaviləsinə təqdim olunan Momerandum çərçivəsində təsbit olunmuşdu. Lakin bu ərazilər SSRİ dövründə parça-parça edilmişdir.Bu Momerandumda əks olunmuş ərazilərin adlarını yuxarıda çəkdim.İndiki Ermənistan və Gürcüstan əslində bizim torpaqlar üzərində yaradılmışdır.Qoy oxucu yuxarıda sadaladdıgım, Momerandumda əks olunan ərazilərin necə bölüşdürülddüyünü müqayisə etsin.
Çar Rus İmperiyası dagıldıqdan sonra 1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildikdən sonra Rus Sovet imperiyasının 1 dekabr beyanatına əsasən ,Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus,Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi.
1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistana birləşdirildi.
1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana qatılıb.
1922-ci ildə Dərələyəz ərazisi ermənilərə verilib.
1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın qoparılıb. Hazırda Ermənilər və Kürdlər Naxçıvana sahiblənmək üçün mübarizə aparmaqdadırlar.
1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi.
1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir.
1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.kmlik ərazi ermənilərə verilib.
1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi.
1982-ci ildə Qazagın Kəmərli,Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb.
1988-ci ildə Quzey Azərbaycanın ərazisi 86,6 000 kv.km-dir.
1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını (Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Agdərə, Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan ) işgal etdi. Bu dövrdə İşgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir.
Parçalandıqdan sonra Türk Qacar İmperatorlugunun tərkibində qalan Güney Azərbaycan 1925-ci ildə Qacarların fars Rza Xan Pəhləvi tərəfindən devrilməsi və farsların hakimiyyətə gəlməsi ilə fars İran müstəmləkəsinə çevrilmişdir.Pəhləvi Rejimi Güney Azərbaycan Ərazilərini Parçalayaraq İranda yaşayan digər etnik qrupların ərazisinə qatmış, etnik cografiya və milli ərazi vahidi pozulmuşdur. Zəncan, Həmədan, Astara, Ərdəbil, Savə, Bicar əraziləri Azərbaycandan təcrid edilmiş, qalan torpaqlar Şərqi və Qərbi Azərbaycan adı ilə iki hissəyə bölünmüşdür.
1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.
Bu Parçalanmalardan sonra Bütöv Azərbaycan Hərəkatını yaratmaq bir zərurətdir.

Sual. Bu gün Cənubi Azərbaycanın vəziyyətini və gələcəyini necə görürsünüz.
Cavab: Cənubi Azərbaycanda İranlılıq paradiqması çökməkdə, Azərbaycanlılıq paradiqması yayılmaqdadır. İranda türk Qacarların devrilməsindən və Farsların hakimiyyətə gəlməsindən sonra formalaşmış İran Kommunist Partiyası,ondan qopmuş Tudeh, Fədai, İran Mücahidləri Xalq partiyası kimi təşkilatlar İranın cografi hüdudları daxilində öz müqəddəratını təyin etmək haqqının tanınması ideyasını irəli sürməklə əslində İranın bütövlüyü ugrunda mübarizə aparırdısa, indi qurulmuş bütün partiya və təşkilatların bir şüarı var. Azərbaycan İran deyil! Milyonlarla soydaşlarımızın Təbrizdə, Tehranda mitinqlərdə hayqırdıgı Bakı –Təbriz-Ankara, biz hara Farslar hara! Şüarı artıq İranlılıq paradiqmasının öldüyünün göstəricisidir. Azərbaycanlılaşma, Türkləşmə, Çagdaşlaşma Güney Azərbaycan Milli hərəkatının əsas ideyasıdır. Cənubi Azərbaycanın siyasi gələcəyinin təsbitində Quzey Azərbaycan respublikası bir model ,örnək rolu oynayır. Məhz bu baxımdan Quzey Azərbaycanda yeridilən rəsmi dil və milli kimlik, tarix şüuru, mədəniyyət, din kimi məsələlərdə, ideloji-humanitar siyasətdə hər zaman Güney Azərbaycanla birləşmə perspektivinə əsaslanan siyasət yeridilməlidir.Güney Azərbaycan artıq öz gələcəyini qurmaq məqsədilə təşkilatlanmaqdadır. Güney Azərbaycanda Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi, Gney Azərbaycan Milli Dirçəliş Partiyası,Azərbaycan Qurtuluş Təşkilatı, Azərbaycan İstiqlal Şurası, Azərbaycan demokratik Milli Birlik Şurası, Güney Azərbaycan Milli Azadlıq cəbhəsi və s. kimi onlarla siyasi təşkilatlar, Avropa ölkələrində yaşayan mühacir Güney Azərbaycan türklərinin dərnəkləri və kültür mərkəzləri fəaliyyət göstərir. Artıq bu dərnəklər Federasiya şəklində birləşərək əlaqələndirilmiş fəaliyyət göstərməyə başlamışlar. Bu partiya və dərnəklərin əsas tələbləri Güney Azərbaycanın istiqlalıdır. İstiqlala çatma yolunda bir mərhələ və taktik addım kimi İranın federallaşmasını, Federalizm xəttini də müdafiə edənlər vardır. Lakin bütün təşkilatları birləşdirən ortaq ideya Türkləşmək, Azərbaycanlılaşmaqdır.Güney Azərbaycan milli hərəkatı günü gündən inkişaf etməkdə genişlənməkdədir. Hələlik Güney Azərbaycan Milli Hərəkatı İran höküməti qarşısında Milli haqların tanınması ilə bagllı tələblər qoymaqdadır. 2006-cı ilin may hadisələrində irəli sürülən tələblər göstərir ki, bu tələblər 1979- cu il inqilabının əsas təşkilatçılarından və liderlərindən biri olan Şəriətmədarinin liderlik etdiyi Müsəlman xalqın Cümhuriyyət Partiyasının irəli sürdüyü tələblərin demək olar ki eynidir. Bu tələblər əsasən
28 may 2006-cı il (7 xordad 1385) tarixində İslam Şura Məclisinin qarşısında toplaşmış mitinq iştirakçılarının qoydugu tələblərdə əks olunmuşdur.
Əsas tələblər:
1. Türk dilinin  rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil;
2. Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;
3. Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi;
4. Son hadisələrdə baş vermiş xəsarəti düzəltmək, Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün 5 milyard tümənin (dolların) ayrılması;
5. Babək qalasına illik yürüşün rəsmən tanınması, ona olan məhdudiyyətin götürülməsi; Babəkin anadan olması gününün ölkənin rəsmi təqvimində “Azərbaycanın milli qəhrəmanı Babəkin təvəllüd günü” kimi rəsmiləşdirilməsi;
6. Son hadisələrdə qətl edilmiş insanların “şəhid” kimi rəsmiləşdirilməsi; onların ailələrinə maddi və mənəvi təzminatın verilməsi; bu qətllərin səbəbkarlarının cəzalandırılması; bütün Azərbaycan şəhərlərində Azərbaycan milli hərəkatının şəhidləri muzeyinin yaradılması; bu şəhidlərin adının küçələrə qoyulması; ölkənin rəsmi təqviminə bu günün “Azərbaycan şəhidləri günü” kimi daxil edilməsi;
7. Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi; mənhus Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi;
8. Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının   Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq;
9. İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi;
10. Son hadisələrdə həlak olmuş şəxslərin yas mərasimlərinin təşkilinə və burada insanların iştirakına icazənin verilməsi;
11. Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Azərbaycanda millətə atəş açanlar və nümayişçilərə qarşı zorakılıq etmiş şəxslərin tutulub cəzalandırılması;
12. Azərbaycandakı nəşriyyələrin çapının dayandırılması haqqında qərarın ləğv edilməsi;
13. İrşad və daxili işlər nazirlərinin son nümayişlərə münasibətinə görə sorğulanmaları; prezidentin [Mahmud Əhmədinejadın] İran mətbuat müəssisəsi müdirinin seçilməsinə birbaşa məsuliyyət daşıdığına, Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurduğuna görə Azərbaycan millətindən üzr istəməsi;
14. Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi;
15. Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteyidin tamamilə dayandırılması;
16. Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi;
17. Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması;
18. Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi;
19. Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması;
20. Fars dilində əskinaslarla yanaşı ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi;
21. Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması;
22.  Azərbaycanda turistik imkanların yaradılması;
23. Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması;
24. Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması;
25. Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması;
26. Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması;
27. Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması;
28. Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi;
29. Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə  İrandakı Türk millətlərinin rəsmən tanınması;
30. Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi;
31. Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması;
32. Milli Sərdar Səttar Xanın və  Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi;
33. Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi.
Dövlət 29-30 may 2006-cı il tarixlərinə, yəni Azərbaycan Milli Qurultayına qədər gərək qərar versin. Əks təqdirdə Azərbaycanın milli tələblərinin qəbul olunmamasının məsuliyyəti dövlətin və İslam Cümhuriyyətinin boynunda qalır.
Bu tələblər Güney Azərbaycanda qurulmuş Partiya və Dərnəklərin tələblərinin demək olar ki, ümumi məcmusudur.
Fikrimcə indi ən vacib məsələ Güney Azərbaycan təşkilatları və öndərlərinin birgə iştirakı ilə Mühacir Parlamentinin və hökümətinin yaradılmasına çalışmaqdır.
Təbii ki, bu tələblər yerinə yetmədikcə Fars jurnalistlərinin yazdıgı kimi, Azərbaycan Pişəvərinin seçdiyi yolu seçəcəkdir.

Sual. Rəhbəri oldugunuz “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” hansı strateji araşdırmaları aparır.
Cavab. Biz ilk növbədə Azərbaycanı öyrənirik.Azərbaycanın optimal inkişaf imkanlrını və xüsusiyyətlərini, Asiya-Avropa geoməkanına inteqrasiya olunma mexanizmlərini, Qloballaşma prosesinin zərərlərindən qorunma,ugurlarından yararlanma metodlarını, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq və əməkdaşlıqdakı rol və missiyasını ,perspektivini müəyyənləşdirməyi qarşımıza məqsəd qoymuşuq.

Sual.Bu günkü gündə Ziyalılarımızın mövqeyini necə görürsünüz.
Cavab. Mənim baxışıma görə Dünya qloballaşdıqca transnasional güclər və təşkilatlar siyasi elitalara və medyaya nəzarəti gücləndirir.Bir növ onların fəaliyyətini öz xeyirlərinə “Zərərsizləşdirir”, kosmopolitləşdirir. Məhz belə bir məqamda Milli dövlətçiliyin, milli maraqların,milli mədəniyyətin, milli kimliyin təmsilçisi ziyalılar olur. Demokratik cəmiyyətlərdə ziyalılar yaşadıqları ölkənin, toplumun sosial-siyasi həyatında aktiv iştirak etməklə cəmiyyətin inkişafına yön verməlidirlər.Fəal vətəndaşlıq mövqeyi qoymalıdırlar.Korrupsiyaya, Ədalətsizliyə, seçki saxtakarlıgına sipər olmalıdırlar. Ziyalılar bir növ partiyasız siyasətçilərdir. Yəni onlar hakimiyyət ugrunda bir başa siyasi mübarizə aparmır, lakin cəmiyyətin, ölkənin milli inkişaf strategiyasının müəyyənləşməsi yönümündə siyasi mübarizə aparırlar. Ziyalının qorumalı oldugu, iki əsas dəyər var. Millət, Dövlət. Ziyalılar bu iki dəyəri zədələmək istəyən bütün xarici, daxili güclərə, bəzən hətta siyasi iqtidarlara qarşı belə dirənməyi, mübarizə aparmagı bacarmalıdır. Ziyalılıq haqqında çoxsaylı fikirlər var.Mənim fikrimcə bütün həyatını mənsub oldugu toplumun, millətin, ölkənin, insanlıgın tərəqqisinə, qurtuluşuna həsr edən,onu tarixin böhranlı anlarında qoruyaraq aydınlıga, sülhə qovuşduran, Zülmün qarşısında divar kimi dikilən şəxs ziyalıdır. Fikir və ideyaları ilə Zamanını ötüb keçən, gələcəyin yaşam konseptini, paradiqmalarını yaradan şəxs ziyalıdır.Tarixin inkişafını humanizm və tərəqqiyə döndərən, dəyişə bilən şəxs ziyalıdır. Şeyx Cəmaləddin Əfqani, Əhməd Agaoglu, Əlibəy Hüseynzadə, M.Ə,Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan Bəy Topçubaşi, Cavad Heyət, M.T.Zehtabi mənim fikrimcə ziyalılıgın örnəkləridir.

(1473)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *