“Traxtur”un müsabiqəsinin yayılmasına icazə verilmədi

traxtorSANANEWS: Təbrizin “Traxtur” futbol takımının öz şəhərində keçirdiyi müsabiqəsi televiziyadan yayımlanmadı.

Dünən Tehranın “Peykan” komandası ilə keçirilən müsabiqədə   İran Teleradio şirkəti tərəfindən də çəkiliş aparılmayıb. Buna səbəb İran Futbol Liqası Təşkilatı həmin müsabiqənin televiziyada yayımlanmasına icazə verməməsidir.

İran Futbol Liqası Təşkilatının göstərişi əsasında stadiona Videokamera aparmaq mnümkün olmayıb.

Qeyd edək ki, keçən həftə cümə günü də “Traxtur”la Əhvazın “Karun” komandası arasında keçirilən müsabiqə Şərqi Azərbaycanda yayılan Səhənd Telekanalı tərəfindən yayımlanmadı. Nəzərə alsaq ki, “Traxtur” müsabiqələri azərbaycanlılar üçün sadəcə futbol olduğuna görə deyil, həmdə milli və mədəni hüquqlarının təmini uğrunda gedən mübarizədə xüsusi rol oynayır, bu kimi qadağalar barəsində ciddi duşunməyə dəyər.

(786)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *