Gürcistan Türklərinə dair “Türk-İslam” Konsepti – Rəhim Cavadbəyli

cavadbeyliGürcistan Türklərinə dair

“Türk-İslam” Konsepti

Bu çalışma 12 əsas və 2 alt bölümdən oluşur. Bunlar aşağıdakılardır:

1.özət
2.Dəyərli oxucu!
3.Konsept nə deməkdir?
4.Giriş
5.Gürcistan
6.Gürcistan Türklərində Milli Kimlik Sorunu
6.1.Məzhəb açıdan;
6.2.Milliyyətcə türk olmalarına baxmayaraq çeşitli ortamda və saxta etnik adlarda formalaşmaları;
7.Türkiyə Cumhuriyəti
8.İran İslam Cumhuriyəti
9.Rusya Federasiyonu
10.Azərbaycan adı ilk dəfə siyasi-coğrafi anlamda
11.Son Dəyərləndirmə
12.Qaynaqlar

 

1.Özət:
Bu çalışmada İran Türk dövlətləri özəlliklə Qacar Türk dövləti, Osmanlı Türk dövləti və Rusyanın Qafqaz üzərinə qarşılıqlı riqabətləri və siyasi-ideoloji çəkişmələri zəminində Qafqazdaki çoxunluq olan türklərin və digər azınlıqların sosyo-psikolojik durumları və formalaşmiş kimi görünən milli kimliklərindəki təsirini incələməyə çalışılmışdır. Bu son 200 yüz ildə Qafqazdakı Türklərə yönəlik tətbiq edilməsi istənən siyasi-dini-ideoloji konseptlər ələ alınmışdır. Təbriz mərkəzli türk dövlətçiliyi Rus işqalına uğramış quzey Azərbaycan ve ətraf bölgələrin, Rusyanın isarətindən qurtulması uğrunda ortaya qoymuş olduğu “Azərbaycan Məmləkəti Konsepti”, Osmanlı dövlətinin qurulmasını bir başa müdafiə etdiyi “Bütöv Qafqaz Konfederal Dövləti” və nəhayət Rusyanın Qacarların çökülüşündən və Təbrizin öz içindən isarətə alınmasından məharətlə istəfadə edərək Təbrizin Quzey Azerbaycanı Rus işqalından qurtarmaq için ortaya qoyduğu “Azərbaycan Məmləkəti” teorisini öz imperiyalist maraqlarına uyğun təhrif edərək Azerbaycançılığı türklük əleyhinə alternativ projə kimi suistimal etməyə başlamasını ələ alaraq incələməyə çalışılmışdır. Sonunda Azərbaycanda türklüyün hüquqi zəmində yenidən status qazanmasının qaçınılmazlığını və gürcistandakı türk və qeyri türk müsəlmanlarına dair yeganə çıxış yol kimi Türk-İslam Konseptini önərmiş və izahına çalışılmışdır.

Açar sözcüklər: Konsept, Gürcistan, Gürcistan türkləri, gürcistan türk-islam Konsepti, Azərbaycan, Azərbaycançılıq və uydurma Azəri kimliyi, məzhəb kimliyi, milli kimlik və türk kimliyi.
2.Dəyərli oxucu!
Gürcistan Türkləri haqda yazmaqdan əsas məqsədim özərimə düşən milli görəvi yerinə yetirməkdir. Siz Gürcistan yurddaşı olaraq bir Türk olduğunuz kimi məndə İran tabiyətli bir Azərbaycanlı Türkəm. Siz Gürcistanın Ahıska, Borçalı və ya başqa bir bölgəsində doğulan bir türk olduğunuz kimi mən də Təbrizdə doğulan bir türküm.
Biz türklər öz yetgin siyasi iradəmizdən o qədər də asılı olmayaraq çeşitli siyasi maraqların hesabına yaranmış çeşitli siyasi-inzibati coğrafiyalarda (ölkələrdə) yaşayırıq.
Bizlər çeşitli siyasi tabiyətə sahib ola bilərik. Amma bizi birləşdirən başda türklüyümüz olmaqla ortaq tarixi-milli-dini-mədəni dəyərlərimizdir. Məncə bizi birləşdirən amillərə sahib çıxmaq hər birimizin milli və insani görəvidir.

Bu konsept üzərində çalışma düşüncəsi 2011 ci ildə Gürcistana gəldiyim dövrə tasadüf edir.[ 2011 tarixində bu çalışma qısa şəkildə “Gürcistan Türklərində Milli Kimlik Sorunu” başlığı ilə Azərbaycan, Güney Azərbaycan, Gürcəstan və b. Medyalar Tərəfindən dəfələrlə yayınlanmışdır.
http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html
] Gürcistanda keçəri olsada siyasi mültəci kimi iki ilə yaxın qalıb yaşadım və bu dövr ərzində vətənini, millətini və türklüyünü sevən dəyərli dostlarla tanış oldum. Gürcistanda məni olduqca çox sevindirən məsələlərdən biri də Güney Azərbaycan bölgələri ilə bağlı “Savalan”, “Təbriz” və b. adların isim kimi istifadə edilməsi idi. Mən şəsxən Təbriz adında yaşlı və gənc dostlarla tanış oldum. digər tərəfdən Gürcistanda olduğum dönəmdə mənə ümum türklüyümüz üçün olduqca dəyərli olan bir çox gənc milli çalışqan aydınlarımızla tanışlıq və dərin dostluq münasibətləri nəsib oldu.
ümidim varkı bu dəyərli və bilikli gənc dostlarımızın yaxın gələcəkdə fəaliyətləri sayəsində Gürcistan türklüyünün yeni aktiv və parlaq dövünün şahidi olacayıq.
3.Konsept nə deməkdir?
Konsept “Concept” Fransızcadan alınma sözdür. Türkcə qarşılığı “Anlayış, Qavram, Məfhum, Nəzəriyə, Düşüncə, düzən” deməkdir. Konseptualizm (Conceptualism) isə anlayışçılıq və ya qavramçılıq deməkdir. Bir şeyin və ya bir düşüncənin zehində soyut (mücərrəd) və genəl (ümumi) olaraq tasarısının (layihə) formalaşdırılmasıdır. [ ‘Mantıkta Kavram ve Türleri’ yazar: Ahmet Yaşar Göldal / May 2014 Tarixində bu linkdən əldə edilmişdir: http://kelimelerkavramlar.blogspot.com.tr/2013/03/konsept-nedir.html
] Anlayışçılıq (Konseptualizm) itibarıyla düşüncənin hədəfə yönəlik əsas xəttini dəqiqləşdirərək teriminlə, sözlə ifadə edilməsidir. Qısaca bu çalışmada konsept termin olaraq bir düşüncənin layihələşdirilməsi anlamında işlədilmişdir.
4.Giriş:
Gürcistanda olduğum iki ildə (2011-2013) ölkənin çox yerində oldum. Insanları ilə yaxından uzaqdan tanış oldum. Borçalıda, Batumda və digər bir çox yerlərində oldum, bir çox kəndlərini gəzdim və yaşadım. Oradakı Türkləri özbəöz millətim kimi gördüm və sevdim. Borçalı türkləri dilləri ilə, dinləri ilə, mədəniyətləri ilə, bütün varlıqları ilə Güney Azərbaycanın Qaradağlısından, Muğanlısından, Sulduzlusundan, Qarapapaqlısından, Qaşqayından fərqləndirəcək bir şey görmədim. Çox doğma bir toplum gördüm.
Biz Güneylilərlə Borçalıları birləşdirən bir əsas amil də hakim qüvvə tərəfindən ədalətsizcəsinə azınlıq müamiləsinə tabe tutulmamızdır. “Dərdli dərdlinin dilini yaxşı bilər”[ Atalar sözü
] demişlər.
Son iki yüz ildə biz türklər öz iradəmizdən asılı olmayaraq xarici qüvvələrin siyasi və jeopolitik maraqlarının qurbanı kimi şaqqa-şaqqa parçalanmışıq.[ Yazarın başqa bir incələməsi ‘Azərbaycan Türklüyünün Məğlubiyət Səbəbləri’ bu lənklərdən əldə ediləbilər:
http://50000000.info/tr/?p=890
http://rahimjavadbayli.blogspot.com.tr/2012/04/azrbaycan-turkluyunun-mglubiyyt-sbblri.html
]
Bölgənin mütləq çoxunluğunu oluşduran millət olmağımıza baxmayaraq dış güclərin maraqları hesabına çeşitli siyasi-inzibati ərazilərə bölünməklə azınlıq durumuna düşürülməyimizə səy göstərilmişdir və buna nə yazıqlarkı nail olmuşlar.
Biz uzağa getmədən həmin yaşadığımız qafqaz bölgəsini nəzərdə tutalım. Istər Rus Çar İmparatorluğu dönəmində istər Sovet Sosialist Cumhuriyətləri Birliyi (SSRİ-SSCB) dönəmində Zaqafqaziya da yaşayan əhalinin mütləq çoxunluğunu Türk və müsəlmanlar oluşdurmuşdur. Ruslar Türkləri zəif düşürmək, iradələrini qırmaq məqsədi ilə bir tərəfdən milli müqavimətlərini fiziki açıdan məhv etmək, digər tərəfdən vahid milləti fərqli millətlərə parçalamaq məqsədi ilə çeşitli siyasi ideoloji nəzəriyələr işləmişdir. Bu nəzəriyələr vahid Türk-müsəlman toplumunu çeşitli, bəzəndə tam ziddiyətli xalqlar halına düşürmək məqsədini gütmüşdür. Buna görə də bu Zaqafqaziyada birinə Azərbaycanlı, birinə İrəvan xanlığına tabe müsəlmanlar, birinə idarəçiliyi Gürcilərə verilmiş Borçalılı və ya Borçalı azərbaycanlısı, birinə Ahıska türkü deyib yerli-dibli məhvə məhkum buraxaraq böyük çoxunluqla Orta Asiyaya sürgün etməsi, birinə Çeçenistanlı, birinə Dağıstanlı deyərək parçalamışdır. Bu ayır buyur siyasətini başarı ilə həyata keçirmək məqsədi ilə Qafqaziyada bulunan Gürcü və Erməni kimi yerli azınlıqları da ədavətə sürükləmiş və xalqlar arasında düşmənliyin yaranmasına çalışılmışdır.
Bu gün transqafqazyada üç bağımsız – Azərbaycan, Gürcistan, Ermənistan və Rusiya Federasiyasından asılı Quzey Qafqazyada yeddi – Adigey, Qaraçay-Çerkes, Kabardey-Balkar, Quzey Osetya, İnquşya, Çeçenistan ve Dağıstan’dır. Abxazya ve Güney Osetya 2008 hərbi müdaxiləsindən sonra bu bölgəyə daxil edilmişdir. 23 İyun 2000 tarixli yasayla Rusya Federasyonu yeddi bölgəyə ayrılmış və Quzey Qafqazya Federe bölgəsinin adı Güney Rusya Bölgəsi olarak deyişdirilmişdir. Böyləcə, ‘Quzey Qafkazya’ termini ortadan qaldırılıb, ‘Güney Rusya’ termini mənimsənərək bölgənin adı Ruslaşdırılmış və bölgənin coğrafi alanı Rusya Federasyonu’nun içinə doğru büyüdülərək Rus nüfusun yerəl xalqlara oranı artırılmışdır.[ ‘Kuzey Kafkasya Özerk Cumhuriyetler Bağlamında Rus dış Politikası – 3’ Yazar: Ahmet Arkın Bölükbaşı / May 2014 tarixində bu linkdən əldə edilmişdir: http://www.circassiancenter.com/cc-turkiye/arastirma/0521-kuzey-3.htm
]
Bununlada Dağıstan, Çeçenistan və b. Özərk cumhuriyətlər Rusiya Federasiyası içində azınlıq müamiləsinə tabe tutularaq bir çox milli və siyasi haqlarından məhrum edilmişdir. Üç bağımsız Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcistan arasında kiçicik bir müqayisə apardıqda Gürcistan türklərinin necə ədalətsiz bir biçimdə ziddiyətli azınlıq müamiləsinə tabe tutulduğunu görərik.
Azərbaycan Cümhuriyətinin İqtisadiyat dövriyəsi qafqaz iqtisadiyatının %90-ni təşkil edir.[ Rəşad Bağırov’un ‘İki Sahil’ Xəbər Agentliyində 23 Fevral 2013 tarixində yayınladığı məqalədən / Bu linkdən əldə edilmişdir:
http://www.ikisahil.com/index.php/analitika/item/2076-az%C9%99rbaycan-iqtisadiyyat%C4%B1-c%C9%99nubi-qafqaz-iqtisadiyyat%C4%B1n%C4%B1n-90-faizini-t%C9%99%C5%9Fkil-edir.html
] əhalisi isə Gürcistan türklərini nəzərə aldıqda Gürcistan və Ermənistan əhalisinin təqribən iki mislinə bərabərdir.
Gürcistanın batı qonşusu 80 milyonluq bir türk ölkəsi və digər tərəfdən qafqazın cənub qonşusu olan İranın, əhalisinin yarısını, yəni təqribən 40 milyonunu türklər oluşdurur.[ “İran Türklərini qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.”
]
Belə bir durumda azınlıq müamiləsinə tabe tutulmaq sizcə böyük ədalətsizlik deyilmi!?
İran əhalisinin yarısını təşkil edən Türklər “Güney Azərbaycanlılar” İranda ədalətsizcəsinə azınlıq müamiləsinə tabe tutulur həmdə Gürcistan türk-müsəlmanları Gürcistanda azınlıq müamiləsinə tabe tutulur. Bu ədalətsiz mövqe biz Güney Azərbaycanlılarla Borçalı ve Ahıska Türklərini birləşdirən digər əsas amillərdən biridir.
Bu ədalətsiz mövqe bizləri həmdərd edərək daha bir-birimizə yaxınlaşdırır. Bu dərdi biz qədər nə Azərbaycanlı yaşayır nədə bir türkiyəli. Bu dərdi Gürcistan Türkləri ilə biz güney Azərbaycanlılar dərindən yaşayırıq. Məhz buna görə də Güney Azərbaycan və Gürcistan türk faalları birgə əməkdaşlıqlar üzərində ciddi surətdə dayanmalıdırlar. Bizləri birləşdirən başqa bir amildə tarixdə vahid dövlətlərimiz olmuş Səfəvilərin, Afşarların və sonunda Qacarların dönəmində ölkə sınırlarını qorumaqda daim öndə gedən igid Qarapapaqlıların hər iki tərəfdə yaşamasıdır. Bu gün hər bir Borçalı türkü öz qohumunu İranın mərəndində, Urmusunda, Sulduzunda görməkdədir eləcədə Güney Azərbaycandakı Qara Papaqlılarda öz Qarapapaq qohumlarını Gürcistanın bütün yaylalarında şəhər və kəndlərində görməkdədir.
Təməl qonuya girməzdən öncə Azərbaycan haqda bir neçə söz deməm gərəkir. Gürcistanda yaşayan türklər özlərini yanlış olaraq etnik olaraq Azərbaycanlı adlandırır. Amma tarix elminə tam açıqcasına bəllidirki Azərbayan adında bir etnik olmamışdır. Azərbaycan Cumhuriyətində eləcə də Qafqazda 1939-ci il Stalinin türklərə qarşı törətdiyi sürgün etmə və qətlamlarına qədər Qafqzdakı Türklərə heç bir yerdə heç bir sənəd də “Azərbaycan dilli” vəya “Azəri” milləti deyə keçməmişdir. Bütün rəsmi və qeyri-rəsmi sənədlərdə millətin adı “Türk və Tatar”, dili isə “Türkcə” deyə qeyd edilmişdir. Bu bir faktdır, bu bir gerçəkdir. Hətta 1991-ci il Quzey Azərbaycanın bağımsızlığından sonra mərhum Əbulfəz Elçibəy dönəmində dil haqqında qəbul edilmiş qanunda dilin adı “türkcə” olduğu qeyd edilmiş və tam hüquqi qüvvə kəsb etmişdir. Azərbaycan cumhuriyətində dövlət dili haqqında 22 Dekabr 1992 tarixli qanunda belə deyilir: “Maddə 1. Azərbaycan Cumhuriyətinin (Respublikasının)Dövlət dili Türk dilidir.”[ Azərbaycan Cumhurbaşqanı Əbülfəz Elçibəy’in imzasıyla rəsmi qəzetədə yayınlanan Dil Haqqında dövlət qanununun mətni / bu linkdən əldə idilmişdir:
http://az.wikisource.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1nda_d%C3%B6vl%C9%99t_dili_haqq%C4%B1nda_Az%C9%99rbaycan_Respublikas%C4%B1n%C4%B1n_Qanunu_(22_dekabr_1992-ci_il)
‘Bütöv Azərbaycan Yolunda’ Yazar: Azərbaycan’ın əski cumhurbaşqanı Əbülfəz Elçibəy / düzənləyici və yayınlayanlar: Adalət Tahirzadə və Çingiz Göytürk/ Ankara Ecdad Yayınları 1998/ kitabın PDF sürümü bu linkdən əldə ediləbilir:
http://ebitik.azerblog.com/anbar/4420.pdf
]
Bilindiyi kimi Azərbaycanda Talış, Ləzgi, Tat, Erməni kimi çeşitli azınlıqlar yaşayır. Bunlar tabiyətcə Azərbaycanlı, etnik açıdan isə Talış “Talış” kimi, Ləzgi “Ləzgi”kimi, Tat “Tat” kimi və Erməni “Erməni” kimi qəbul edilir və hüquqi təsbitini tapmışdır. Indi Gürcistandaki Borçalı türkü Gürcistan vətəndaşlığını daşıyaraq etnik olaraq özünü Azərbaycanlı adlandırması əsassızdır. Çünki Azərbaycan adı tarixin heç bir zaman kəsimində millət adı, etnik adı olaraq qullanılmamışdır. Azərbaycan biz Türklərin yaşadığı ərazinin adıdır. Millətimiz isə sadəcə Türkdür və türklüyümüz harda yaşamağımızdan və hansı ölkənin vətəndaşı olmağımızdan asılı olmayaraq öz hüquqi təsbitini tapmalıdır. Və bu qonu sadəcə bir ad dəyişimi deyil, göründüyündən daha çox önəmlidir və bizim bir millət kimi var olmağımız üçün həyati əhəməyət daşıyır.
Bu çalışma Gürcistanda yaşayan etnik olaraq (yanlış alqı) özünü Azərbaycanlı və ya azərbaycanlı bilməyən Türklərə və qeyri-türk Müsəlmanlara yönəlik statistik verilərə dayalı bilimsəl bir araşdırma içərir.
Burada tarix, etnoqrafik və milli-siyasi mövzular ümum türklük zəminində ələ alınmışdır. Milli-siyasi və çağdaş tarix mövzuları mahiyət və məzmunca mümkün qədər qısa şəkildə incələnərək verilmişdir.
Bu araşdırma və çözümləmələri verməkdən təməl amacımız Gürcistanda yerli torpaqlarında yaşayan özbəöz bacı qardaşlarımızın gələcək də daha irəliçi və gəlişmiş demokratik Gürcistanda mədəni-siyasi-milli açıdan vahid hərəkətlərini təşkil edəcək konseptin (qavramın-Anlayışın) əldə edilməsinə bacardığımız qədər yardımda bulunmaq olmuşdur.
Gürcistanı gəlişmiş, abad və irəliçi demokratiyaya sahib bir parlaq ölkə kimi görmək diləyimizdir. Bu arzıladığımız Gürcistan Türk-Müsəlman bacı-qardaşlarımızın (Azərbaycanlıların) bu sürəcdə yüksək rol almaları, ölkənin bütün sahələrində o cümlədən təhsil, elm, siyasət, mədəniyyət və iqtisadiyatında özlərinə tam layiq yeri tutmaları əsas istəyimizdir.
Gün o gün olsunki vətən deyib, uğrunda ömür qoyduğunuz, çalışdığınız Gürcistanda, Sayca Gürcülərdən sonra ən böyük topluluq olan Türk-müsəlmanlar hər cəhətdən özlərinə layiq yeri tutsunlar. Və dilimiz Türkçənin Borçalıda bölgəsəl dil statusu alması ilə yanaşı Türkçənin ölkə çapında qullanılan ikinci dil olmasına nail olmaqdır. Bu mənim Gürcistanda var olan türklük için ən əsas arzumdur.
Bu xoş və insani arzuların gerçəkləşməsi için Borçalılar başda olmaqla digər türk-müsəlmanların vahid və bir bütöv şəkildə sistemli fəaliyyət göstərməkləri olduqca vacib və labüddür. Bu qavram-anlayış bizə görə Gürcistan Türk və qeyri-türk müsəlmanların vahid siyasi, milli və mədəni hərəkətini təşkil edəbiləcək yeganə konsept – Demokratik (Sosial və ya Liberal) dəyərlərə əsaslanan “Gürcistan Türk-islam anlayışı”dir.
Bu çalışmanın dəyərli gənc araşdırmaçı və milli çalışqanlarımızın yoluna ışıq tutacaq “birgə fəaliyyət proqramının” əldə edilməsindəki fəaliyyətlərin də yararlı olmasını diləyirəm.
5.Gürcistan:
Gürcistan Qaradəniz’in doğu qıyısında, Güney Qafqaz’da yer alan bir ölkədir. Tam adı Gürcistan Cumhuriyeti’dir. Əski Sovet cumhuriyətlərindən biri olan Gürcistan’ın Quzeyində Rusya, doğusunda Azərbaycan, güneyində Ermənistan və güneybatısında Türkiyə yer alır. Ölkənin batı sınırını Qaradəniz bəlirlər.
Gürcülər özlərini Kartvelebi , ölkələrini Sakartvelo , dillərini Kartuli olarak adlandırır. Əfsanəyə görə Kartvellərin atası, Kitabı Müqqəddəs’dəki Yafət’in torunlarından Kartlos’dur. Strabon, Herodot,Plutarkhos, Homeros kimi Əski Yunanlı, Titus, Livius, Cornelius Tacitus kimi Romalı yazarlar ölkənin doğusundakıları İberlər (Bəzi Əski Yunan Qaynaqlarında İberoi), batısındakılarını da Qolhlar olarak adlandırmışdılar.
Dünya özlərini Kartvelebi, ölkələrini Sakartvelo adlandıran toplum və ölkəni türklərin tarixən ‘Gürcü’ deyə adlandırdığı kimi tanıyır və adlandırırlar.
 31 Mart 1991 tarixində Gürcistan düzəyində referanduma gedilərək bağımsızlıq səlahiyəti alınmış, 28 Aprel 1991’də, Gürcistan Parlamentosu Gürcistan’ın bağımsızlığını ilan etmişdir.
Gürcistan, sekular, unitar və başqanlı cumhuriyət olan bir təmsili demokrasidir. Gürcistan indi Birleşmiş Millətlər, Avrupa Şurası, Dünya Ticarət Təşkilatı, Qaradəniz Ekonomik İşbirliyi və GUAM Demokrasi ve Ekonomik İnkişaf Təşkilatının üzvüdür. NATO üyəliyi və irəlidə Avrupa Birliyi’nə üyə olmaq üçün çalışır.
Gürcistan nüfusu, etnik və dil çeşitlilik göstərməsiylə diqqət çəkir. Göstərilən rəsmi rəqəmlərə görə 4.483.200 (1 Yanvar 2013) nəfərdən oluşan ölkə nüfusun yaxlaşıq % 83,8’ini Gürcülər, Acarlar, Lazlar,Meqrellər, Svanlar oluşturur. Digər böyük etnik qruplar Azərbaycan Türkləri (% 6,5), Ermənilər (% 5,7), Ruslar (% 1,5), Abxazlar və Osetlərdir. Ölkədə, Asurilər,Çeçenlər, Çinlilər,Gürcistan Yəhudiləri, Yunanlar, Kabardeylər, Kürtlər, Tatarlar, Türklər, Zazalar və Ukraynalılar kimi daha kiçik gruplar yaşar. Gürcistan Yəhudi camaatı, yerüzündəki ən eski Yəhudi camaatlarından biridir.[ Gürcistan haqqında genəl bilgilər: bu linkdən əldə edilmişdir: http://tr.wikipedia.org/wiki/G%C3%BCrcistan
]
Göründüyü kimi türklərin sayımı Azəri, tatar, türk ve b. deyə ayrı ayrılıqda geçər, amma bu sadəcə rəqəmlərlə deyil, türk toplumunun içində var olan dərin bir kimlik sorunudur. Biz də bunu ələ alıb, incələməyə və bilimsəl verilərə dayanaraq konseptimiz açısından çözümləməyə çalışacağız.

6.Gürcistan Türklərində Milli Kimlik Sorunu
Gürcistan da yaşayan türk-müsəlman topluluğu olduqca dərin milli kimlik sorunu yaşayır. Əsasən Borçalı, Ahıska, Acar və Avarlardan oluşan türk-müsəlman topluluğu istər ölkə çapında, istər bölgə də, istərsə də bölgələrarası münasibətlər də bir bütöv-vahid toplum kimi özünüifadə etməkdə olduqca dərin sorunlar yaşamaqdadır.
1989-cu ilin rəsmi statistik sayına görə Borçalı Türkləri 308000 nəfər, ölkə nüfusunun %5.7 ni, o dövrdə qeyri-rəsmi saylara görə 640-650 min nəfər olaraq ölkə nüfusunun %12 oluşdurmuşdur. 2002-ci ilin statistik sayına görə 284761 nəfər qeyd edilmişdir. Gürcistanın Ankara böyük elçisi və Azərbaycanın Tiflis Böyük elçisi basın toplantısında Gürcistan türklərinin ümumi sayını 500 000 nəfər qeyd etmişdilər. Bu rəqəm araşdırmacı və adlım yazarların söylədikləri ilə üst üstə düşür. [ Karadeniz Araştırmaları 1. ‘Gürcistan Türklerinin Mevcut Durumu, Siyasi ve Ekonomik sorunları’ Sayfa: 90/
Yazar: Kamil Ağacan/ PDF sürümü bu linkdən əldə ediləbilir:
http://www.karam.org.tr/Makaleler/527059082_agacan.pdf
]
Gürcistanın Kaxetiya bölgəsində yaşayan yerli müsəlman köken türk Avarların sayı türklərlə bərabər təxminən 15 min nəfər təşkil edir. Kaxetiya Azərbaycanla Dağıstan sınırlarına yaxın dağlıq bölgədir.[ Tr.wikiden May 2014 tarixində alınmışdır. Link: http://tr.wikipedia.org/wiki/Kafkasya_Avarlar%C4%B1
]
Muxtar Vilayət statusuna sahib Acaristan bölgəsi Türkiyə sınırına bitişik bölgədir. İdari mərkəzi Gürcüstanın ən önəmli Turizm mərkəzi olan Qaradənizin sahilində yerləşən Batum (Batumi) şəhəridir. Acaristan muxtar vilayətinin əhalisinin sayı 2002-ci ilin statistik sayına görə təxminən 400 min nəfər təşkil etmişdir. Acarlar Sovet İmperaturluğunun qurulduğu dövrə qədər mütləq çoxunluqla müsəlman olmuşlar və türklərlə dini, mədəni, milli və siyasi açıdan vəhdətdə yaşamışlar. Məhz buna görə də Sovet qurulduğunda ona qarşı kütləvi ayaqlanmalar olmuşdur. Bu ayaqlanmalar Sovet Rusiyası tərəfindən vəhşicəsinə yatırıldıqdan sonra onların böyük bir hissəsi Türkiyənin bu günki Qaradəniz bölgəsinə köç etmək zorunda qalmışlar, qalan böyük bir hissəsi isə dinini dəyişmək məcburiyətinə tabe tutulmuşlar. Bununla da əhalinin bir hissəsi tədricən xristiyanlaşmışdır. Hal-hazırda Acarların təxminən %70 ni, yəni yaxlaşıq 250000 nərəfini müsəlman əhali təşkil edir. Amma islami təbliğatın təhsildə və ictimai faaliyətlərdə yasaqlanması digər tərəfdən xristiyanlığın rəsmi şəkildə tədris edilməsi və toplumun şeçitli imtiyazlı yollarla xristiyanlığa dəvət edilməsi, xristiyanlığın gün bə gün artmasına və müsəlmanların sayının azalmasına səbəb olmaqdadır.[ http://tr.wikipedia.org/wiki/Ah%C4%B1ska_T%C3%BCrkleri

]
Mən 2011-2013 tarixləri arasında bu xristiyanlaştırma faaliyətlərin canlı şahidi olmuşam. Dini misyonerlər inadkarcasına müsəlman kitləni xristiyanlaşdırmq için gerçəkdən dəridən-qabıqdan çıxırlar.
Islami dəyərlərin türklərlə qeyri türk azınlıqlar arasında mədəni və dini vəhdəti təşkil edən əsas amil olduğunu nəzərə aldıqda bu din dəyişdirilmələrin nə qədər təhlükəli və ziyanlı olduğunu anlamış olarıq. Eyni halda gerçək milli şüurdan yoxsun türk kütləsində də əsas milli bağlılıq din üzərindən var olduğu için müsəlmanlığı bir kənara buraxıb xristiyan olan hər bir türkün ikinci nəsli labüd Gürcüləşir və türk milləti ilə bağları istər-istəməz tamamən qopmuş olur.
Ahıska türkərinə gəldikdə qeyd etmək lazımdır kı, Gürcistanın Türk-Müsəlman həyatında ən ağır zillət və zülmə qatlaşan Ahıska Türkləri olmuşdur. Bunun ən əsas səbəblərindən biri Onların yerləşdiyi Samsxe-Çavaxetia və ya həmin Mesxeti bölgəsinin Gürcistan Türk-Müsəlman toplumunun – Acarlarla Borçalı Türklərinin yaşadığı torpaqların coğrafi olaraq tam ortasında yerləşməsi olmuşdur.

 

J. Stalin Mesxeti Türklərinin qətlam edilməsinə və tümünün, yəni hardasa 120 mindən çoxunun Sibirə sürgün edilməsinə dair fərman vermişdir və bunu yuxarıda göstərdiyimiz amillə, yəni Acarlarla Borçalı türklərinin torpaq bitişikliyini kəsməklə əsaslandırmışdır. Hal-hazırda Gürcistan da yaşayan Ahıska türklərinin sayı olduqca azdır, hardasa 6-7 min cıvarında olduğu bildirilir, ancaq xaricdə yaşayan Ahıska türklərinin sayı 629000 nəfər olduğu bildirilir.[ ‘Gürcistan’da Türk Varlığı: Borçalı (Karapapak) Türkleri ve Onların Geleceği’ makalesi / Yazar: Serdar Oğuzhan Çaycıoğlu /28 Ekim 2013 tarixində ‘Sahibkıran Stratejik Araştırmalar Merkezi (SASAM)’ın rəsmi sitəsindən alınmıştır. Link:
http://sahipkiran.org/2013/10/28/gurcistanda-turk-varligi-borcali-karapapak-turkleri-ve-onlarin-gelecegi/
]
Indi Gürcistanda yaşayan türklərin sayı rəsmi rəqəmlərə görə yaxlaşıq 300 000 nəfər təşkil edir. Və türklərlə bərabər qeyri tük müsəlmanların birgə sayı 423000 nəfər olaraq ölkənən %9.9 təşkil edir.[ Yene orada
]
Qeyri rəsmi rəqəmlərə görə türklərin sayı 500 000 nəfər, Türk və Müsəlmanların birgə sayı 750 000 nəfər təşkil edir.[ Yene orada
]
Xaricdəki Ahıska və Borçalı türklərinin ümumi sayını bu rəqəmlərə artırdıqda Gürcistanlı Türk və müsəlmanların sayı yaxlaşıq 1500000 nəfər təşkil etdiyini görürük.
Gürcistanın son statistik rəqəmlərinə görə toplam əhalinin sayı yaxlaşıq 4500 000 nəfər təşkil etmişdir. Türk-Müsəlman topluluğu ilə yanaşı Gürcistanda yaşayan Abxaz, Asetin və Erməni kökənli etnik qrupları gözdən keçirdikdə görürük kı, Gürcistan əhalisinin böyük bir hissəsini milli azlıqlar təşkil edir.
Abxaz və Asetinlər 7 Avqust 2008-ci il tarixindən öncə Muxtar Vilayət statusuna sahib olaraq aktiv toplum kimi ölkənin bütün sürəclərində iştirak edirdilər. Qeyd edilən tarixdən etibarən Rusiya Federasiyonunun bir başa hərbi müdaxiləsi ilə faktiki şəkildə Gürcistanın nəzarətindən çıxmış və Rusyadan başqa heç bir dövlət tərəfindən legitimliklərinin tanınmamasına baxmayaraq bağımsızlıqlarını elan etmişlər.

Başqa etnik qrup olan və sayları 260 000 nəfər olan Ermənilər də ölkənin ictimai-siyasi-iqtisadi həyatında aktiv çıxış edirlər. Amma ölkənin ən böyük azınlığı olan, başqa deyimlə desək Gürcü xalqından sonra sayca ikinci toplum olan Türklərin tam geri qalmış pasiv həyatının şahidiyik!.
Nə üçün belə olmuş deyə sormamız gərəkdir?
Bizcə bunun ən təməl nədəni dış faktorlarla yanaşı toplumdakı milli kimlik bilirsizliyidir, başqa deyimlə milli kimlik sorunudur. Biz aşağıda milli kimlik sorununu incələyərkən dış faktorlara da deyinəcəyik.
Milli kimlik zəminin də özünüifadə problemi kimi qeyd etdiyimiz sorun əsasən iki çarpaz istiqamətdə özünü göstərməkdədir.
a.Məzhəb açıdan;
b. Milliyyətcə türk olmalarına baxmayaraq çeşitli ortamda və saxta etnik adlarda formalaşmaları.

6.1. Birinci:
Gürcistan da yaşayan dincə müsəlman olan topluluq əsasən Şiə və Sünni cəmiyyətlərinə bölünür. Şiə məzhəblər indiki durumda Gürcistan türklüyünü oluşduran əsas topluluq olaraq Azərbaycan sınırlarına bitişik Borçalı türkləridir. Sünni məzhəblər isə Avarlar, Ahıska türkləri və Türkiyə sınırlarına yaxın bölgədə, özərk hüquqlara sahib Acarlardır. Bu iki cəmiyyətlə yanaşı digər bir qısım da soyca gürcü olan müsəlmanlardır.

6.2. -Ikinci:
Gürcistan da yaşayan milliyyətcə türk olanların çeşitli adlarla – Ahıska türkləri, Qarapapaqlar, Borçalı türkləri, Gürcüstan Azərbaycanlıları kimi anılmalarının vəya məzhəb üzərindən şiyə-sünni deyə fərqli ideolojilərə yataqlıq edən çeşitli atmosferdə formalaşmalarından qaynaqlanır.
Gürcistandakı türk-müsəlman topluluğunun bu cür fərqli formalaşmasının olduqca dərin tarixi, ictimai, dini və siyasi nədənləri olmuş və bu fərqlilik hala davam etməkdədir. bu bütöv-vahid toplumun çeşitli cəmiyyətlərə bölünməsi və fərqli adlarla adlanmalarının arxasında fərqli bəzən isə tam ziddiyyətli ideolojilərin dayanması böyük problemdir.
Fərqli maraqlardan doğan çeşitli bəzən ziddiyətli ideolojilər üzündən bu türk-müsəlman topluluğu bir bütöv toplum kimi Gürcistanın siyasi-ictimai-iqtisadi həyatında açıq özünüifadə edib, gərəkli rol üstələnməkdən aciz və yoxsun qalmışdır.
Gürcistan türklərinin bü cür didik-didik didilməsinin arxasında dayanan əsas dış faktor, onların yaşadığı bölgənin tarixən üç dövlətin – 1. Osmanlının, 2. Məmalek ol Məhrusə(İran)-nin və 3. xristiyan Çar Rusiyasının siyasi-hərbi maraqlarının çəkişdiyi, bəzən isə savaşdığı alan olmasıdır. İndinin indisi də bu ziddiyyətlər Batı ölkələri də daxil fərqli formatlarda davam etməkdədir.
Bu üç dövlətin Gürcistana yönəlik tarixsəl siyasətlərini qısa və net olaraq ələ almağa çalışacayıq.
Osmanlı və onun hüquqi varisi Türkiyə Cumhuriyəti;
Doğma Qacar Türk Dövlətinin və onun hüquqi varisliyini qəsb etmiş Farsçılığa əsaslanan İran;
Xristiyan Çar Rusiyası, Sovet Rusiyası və onların hüquqi varisi olan Rusya Federativ Cumhuriyəti.
Bu çalışmada əsas məqsəd Gürcistandakı türk və müsəlmanlar olduğu üçün Türkiyə, İran və Rusyanın Türklərə yönəlik siyasətləri ələ alınacaqdır. Avrupa və ümumən batının Gürcistana yönəlik siyasəti burada ələ alınmayacaqdır.
7.Türkiyə Cumhuriyəti
Osmanlı İmperaturluğunun siyasi maraqları daim bu bölgədə Məmalek ol Məhrusə – İran özəlliklə Çar Rusiyası ilə çarpışmışdır. Bu siyasi bəzən isə hərbi girişimlərə baxmayaraq Osmanlılar axıra qədər bu bölgədə Çar Rusiyasına qarşı öz təsir imkanlarını zəyifdə olsa saxlamağı bacarmışdılar.
Osmanlının hüquqi varisi kimi çıxış eləyən yeni Türkiyə dövləti Çar Rusiyasının hüquqi varisi kimi çıxış eləyən Sovet Sosialist Cumhuriyətləri Birliyi qarşısında (SSRİ) müəyyən geri çəkilimlərə uğrasa da Rusyadan tam bağımsız bir şəkildə iddialı dövlət kimi öz mövqeində qalmağa çalışmışdır.
TBMM (Türkiyə Böyük Millət Məclisi) 16 Mart 1921 tarixində SSCB ilə imzaladığı Moskova Antlaşması və digər tərəfdən 13 Ekim 1921 tarixində Azərbaycan, Ermənistan, Gürcistan və SSCB tərəfindən imzalanan Qars anlaşması ilə həm doğu sınırlarını təsbit etdi həm Azərbaycanın Naxçıvan bölgəsində həmdə Gürcistanın Türkiyə sınırlarına yaxın Acarəstana özərklik haqının tanınması ilə müəyyən nüfuz haqqını əldə saxlamaqla öz ictimai-siyasi təsirini qoruyub saxlamağı bacarmışdır.[ Mətn Sitə adına yayınlanmışdır, May 2014 tarixində bu linklərdən əldə edilmişdir:
http://www.tarihtendersler.com/nbk.asp?mk_id=264&id=25
http://www.ataturk.net/mmuc/kars.html
http://www.kurtulussavasi.gen.tr/moskova-antlasmasi.html

“Acaralıların Siyasi Özerklik Hakkının Süjesi Haline Gelmeleri ve Türkiyenin Bu Sürece Etkisi” Yazar: Doç. Dr. Fahrettin Murtazaoğlu/ May 2014 Tarixində bu linkdən əldə edilmişdir: www.yesevi.edu.tr/bilig/biligTur/pdf/29/3_29.pdf‎

]
Sovet Rusiyasının qəddar canisi J. Stalin Türkiyənin bu iç təsir imkanlarını rəhbəri olduğu İmperaturluq ərazisində aradan qaldırmaq məqsədi ilə kütləvi qırqınlar törətmək, müsəlman Acarları zorla Xristianlaşdırmaq, Ahıska Türklərini ölkəni tərk etməyə zorlamaq, Sibirə kütləvi sürgünetmək kimi olduqca vəhşı, insanlıqdışı profilaktik-önləyici tədbirlərə əl atmış və bu vəhşiliyin ağır acısını zorla xristianlaşdırılmış Acarlar və çeşitli yerlərə kütləvi sürgün edilmiş Ahıska Türkləri hala yaşamaqdadırlar.

NATO-nun tam hüquqlu üzvü olan Türkiyə ilə Sovet Rusyası arasında bu qarşılıqlı gərgin ilişkilər Sovet-in dağılmasına qədər sürmüşdür. 1991-ci il tarixində SSRİ-nin dağılması qarşılıqlı münasibətlərin yumuşalmasına səbəb oldu. yeni qurulmuş bağımsız dövlətlərlə o cümlədən incələnmə qonusu olan bölgəni içində bulunduran Gürcistan dövləti ilə Türkiyə qarşılıqlı səmimi diplomatik münasibətlər qurmağı bacarmaqla öz ictimai-siyasi təsir imkanlarını yenidən bölgədə bərpa etmək yönündə irəliyə doğru möhkəm addımlar atmışdır.
Bu dəyərli diplomatik addımları Türkiənin Xarici İşlər Naziri Prof. Dr. Əhməd Davudoğlu “Stratejik Derinlik- Türkiyənin Uluslararası Konumu” adlı əsərində haqlı olaraq belə dəyərləndirir: “ bu gün biz Türkiyə olaraq iç güvənliyimizi Sovet dövründə olduğu kimi Anadolu da deyil, Qafqazlar da – Gürcistan da qurumağı bacarmışıq” (anlamca. Yazardan.).
Türkiyə dövləti bağımsız Gürcistanla 1991-ci ildən etibarən dostluq münasibətləri qurmuşdur. Dostluq ilişkilərilə yanaşı Rusya Federasiyasının 7 Avqust 2008-ci il hərbi müdaxiləsi dövründə və ondan sonrakı sürəclərdə Gürcistandan tam yana olaraq sərgilədiyi bir mənalı və düzgün mövqeyə görə Gürcistanın istər rəsmi dairələrində istərsə də çeşitli ictimai qatlarında əsaslana biləcəyi ictimai dayaq qazanmışdır.
Türkiyə qurabildiyi bu etkili münasibətlərə görə Gürcistan toplumu və rəsmi dairələri üçün daha bir təhdid deyil bir dost, bir müttəfiq halına gəlmişdir. Son 20 ildə özəlliklə son 4 ildə (2012) Türkiyə Gürcüstanın çeşitli yerlərində özəlliklə Tiflis və öz sınırına bitişik Acarıstanın idari mərkəzi olan və eyn-halda Gürcüstanın ən böyük Turizm şəhəri Batum da böyük yatırımlar yatırmaqla öz nüfuz dairəsini artırmış və artırmaqda davam etməkdədir.
Bu iqtisadi yatırımlarla yanaşı iki ölkə yurddaşları arasında gediş-gəliş vizasının aradan qaldırılması, vaxtı ilə Türkiyəyə köç etmiş Müsəlman Gürcü və Acarların Gürcüstandakı soydaşları ilə din və kültürəl münasibətlərin günü-gündən gəlişdirilməsi, kifayət qədər təhsil vizaların verilməsi, dolayısı ilə islam və türk kültürünün yayqınlaşması və Türkçənin qeyd edilən bölgədə azda olsa qonuşulan dil halına gəlməsinə səbəb olmuşdur.
Siyasi iqtisadiyyatda əskidən dartışma qonusu olan bir fikir vardırki, dil və kültür qoyulmuş yatırımların qoruyucusudur yoxsa yapılmış yatırımlar Dil və kültürün mühafizidir?. Bu iki elementin bir-birinə üstünlüyü konkretləşməsə də, netləşən bir şey var oda bundan ibarətdirki, yapılmış yatırımın nüfuzunun sürəkli davam etməsi, toplumda onu mühafizə edən dil və kültürün varoluşudur. Yazarca məhz buna görədir ki, Əhməd Davudoğlu düzgün siyasi təsbitdə bulunaraq açıq-aşkar bildirirki Türkiyə iç güvənliyini daha Anadoluda deyil, əksinə Qafqazlarda təmin etməyi bacarmışdır.[ “Stratejik Derinlik- Türkiyənin Uluslararası Konumu” Dış işləri Bakanı Prof. Dr. Ahmet Davutoğlu
]
8.İran İslam Cumhuriyəti
İran 19-ci yüz illiyin başlarına kimi Türk dövləti olaraq yüz illiklər boyu öz nüfüzunu Qafqazlarda sürdürmüşdür. 16-ci yüz illiyin başlarından Şiə məzhəbini rəsmi dövlət dini elan edən Səfəvi Türk dövləti Qafqazlarda öz nüfuzunu qorumaq məqsədi ilə məzhəb ayrımcılığına dayanmışdır. Şiyə sadəcə bir məzhəb kimi deyil ideolojik olaraq siyasi-məzhəbi bir oluşum olmuşdur və bu tərz-təfəkkür Səfəvi türk dövlətindən bəri bütün İran türk dövlətlərinin əsaslandığı ideolojiya olmuşdur.[ Artıq bilgi üçün “Devlet Dergisi”nin 452 Sayılı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməmə baş vurulsun. Bu linkdən əldə ediləbilir: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html
]
Səfəvilərdən başlanan bu siyasi ənənə iki istiqamətdə Türklüyə böyük zərbə vurmuşdur. Birincisi Islam ümməti arasındakı Şiyə-Sünni davasının dövlət düzəyinə daşınmasına, ikincisi Türk dünyasının yerləşim açısından (coğrafi yerləşiminə görə) mərkəzi torpaqlarında yerləşən İranda Şiyə məzhəbli türk dövlətinin qurulması, Orta Asya ilə Anadolu türklərinin arasındakı fiziki bağların böyük oranda qopmasına səbəb olmuşdur. Həmin bu qopmalardan biri də elə incələnmə qonusu olan Gürcistandakı Türk və müsəlmanların arasındakı məzhəbdən yana baş verən qopmalardı.
İranın qafqazlardakı faktiki nüfuzu 1813/1828-ci illərdə Qacar Türk Dövləti ilə Çar Rusiyası arasında imzalanmış Gülüstan və Türkmənçay adlı yenilgə anlaşmaları ilə bitmişdir.[ ‘Gülüstan’ ve ‘Türkmənçay’ andlaşmalarının Azərbaycan türkcəsindəki mətnləri May 2014 tarixində bu linkdən əldə edilmişdir:
http://az.wikibooks.org/wiki/G%C3%BCl%C3%BCstan_m%C3%BCqavil%C9%99si
http://az.wikisource.org/wiki/T%C3%BCrkm%C9%99n%C3%A7ay_m%C3%BCqavil%C9%99si
http://rasulguliyev.wordpress.com/2013/04/19/gulustan-muqavil%C9%99si-az%C9%99rbaycan-xalqinin-faci%C9%99l%C9%99rl%C9%99-dolu-200-illik-g%C9%99l%C9%99c%C9%99k-tarixinin-baslangici-oldu/
]
Qacar türk dövləti qeyd edilən yenilgə anlaşmalarından sonra bir daha faktiki olaraq Qafqaza qayıda bilmədi. Və eyn-halda bu yenilgi ilə heç vaxt razılaşa balməmişdir. Məhz buna görə də Qacarlar həmin yenilgə anlaşmalarından sonra bölgə də şiyə məzhəbinə dayalı öz mədəni təsir imkanlarını qoruyub saxlamağa çalışmışdır. Bunun üçün Qafqazlarda işğalçı Rus əskərlərinə qarşı Grila savaşların davam etdirilməsinə və siyasi-ideoloji mübarizənin sürdürülməsinə çalışmışdır. Bu siyasi-deoloji mübarizə də Qacar türk dövləti tərəfindən atılan önəmli addımlardan biri 1850-ci illərdən etibarən ilk dəfə siyasi və coğrafi anlamda güney və quzey Azərbaycanı vahid bir məmləkət hesab edən konseptin gündəmə gətirilməsi olmuşdur. Bunun üçündə “Azərbaycan” adında bir neçə qəzet və gündəliklərin Təbrizdə çap və bölgələrdə yayımlanması təşkil edildi. Bu siyasi mübarizənin əsas məqsədi quzey azərbaycanla ətraf bölgələrdəki Şiyə-Türk Müsəlmanların Çar Rusyasından xilas olmasına və ümmülqəra (Ana Şəhər) sayılan Təbrizə birləşdirilməsinə hesablanmış ideoloji-dini addım idi. Bu siyasi-ideoloji mübarizə Nasirəddin Şahın Mirza Kirmaninin əliylə Şahəbdüləzim də terror edildiyi dövrə qədər davam etmişdir.[ ‘İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalışdığım hala yayımlanmamış kitabımdan.”
Və “Devlet Dergisi”nin 452 Saylı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməm.
]

(şəkildə zəncirli şəxs, Nasirəddin Şahı terror edən Mirza Kirmanidir. o dönəm İranda asla məmul olmayan bir demokratik tərzlə şahın canişini Müzəffərddin şah qatili özü cəzalandırmadan gərəyinin yapılması için məhkəməyə təslim etmişdir. Bu şəkildə maraqlı olan digər bir məsələdə Zincirli Kirmaninin yaninda dayanan məmurun kimliyidir. Bu Əmniyə-Polis məmuru Pəhləvi şahlıq sülaləsinin banisi Riza Mirpənc “Riza Pəhləvi”-nin atasıdır. Bu Riza Pəhləvi ailəsi alət olaraq tam ömrünün sonunadək türk millətinin əleyhinə qullanılmışdır. Amma bütün türk düşmənliyinə rağmən bilinməsi maraqlı olarkı özüdə əslən Borçalı Türkü olmuşdur. Vaxtıyla Qafqazlarda Qacarların məğlubiyətindən sonra Borçalı mahalından İrana köçən ailələrdən biri olmuşdur. )
Qacar türk dövlətinin Qafqazlarda öz mədəni təsir imkanlarını qorumaq məqsədi ilə atdığı bu addımlar Çar Rusyasının anti türk və anti islam siyasətinin başarılı olmasına qarşı Azərbaycanda, qərbi Azərbaycanda – bügünki Ermənistanda və Borçalı bölgəsində müəyyən problemlər yarada bilirdi, Ancaq buna qarşılıq Çar Rusyasının ən önəmli rəqibi olan Osmanlıların qafqazdakı Türk müsəlmanlardan yararlanmasına da şiyə-sünni problemi əngəl törətməkdə idi.
Nasirəddin şah terror edildikdən və Müzəffərəddin şah hakimiyyətə gəldikdən sonra Qacar Türk dövləti çöküşə doğru sürüklənmişdir. xarici siyasətindəki uzağa hesablanmış stratejisi o cümlədən quzey Azərbaycanın və ətraf bölgənin ümmülqəraya-Anaşəhərə-yəni Təbrizə birləşməsi uğrunda 50 ildən çox bir zamanda sürdürülmüş siyasi-ideoloji mübarizə tam iflasa uğradı. Digər tərəfdən 1907-ci il tarixində gizlicə Çar Rusiyası ilə İngilis Krallığı arasında İranı iki nüfuz bölgəsinə bölən anlaşmanın imzalanması Qacar türk dövlətinin iç müstəqilliyini də böyük təhdidlərlə qarşı qarşıya qoydu. Beləliklə də Qacarların qafqaz siyasəti tam anlamı ilə məğlub oldu.[ Yene orada
]
Çar Rusiyası isə öz növbəsində qafqazlarda şiyə-sünni ixtilaflarından yararlanaraq həm Osmanlıların bölgədəki nüfuzunu zəyiflətdilər həm də qafqazlarda Türk-müsəlmanların mütləq çoxunluq təşkil etməsinə baxmayaraq qeyri-müsəlmanların xeyrinə siyasi-inzibati yapılandırma apardılar. Bu siyasi-inzibati yapılandırmaların sonucunda Türk əhalisini və torpaqlarını içərən Ermənistan və Gürcistan əyalətləri quruldu. Bu qurulan inzibati əyalatlərdə türklər bir çox sahələrdən uzaqlaşdırılaraq, azınlıq müamiləsinə tabe tutuldular. Bu aşağılandırma siyasətlərin sonucunda türk və müsəlmanlar olduqları bölgələri tədricən boşaltmaq zorunda qaldılar. Qalan kəsim isə olduqca çox böyük ədalətsizliklərə və zülmə tabe tutuldular.[ Azərbaycan, Gürcistan, Türkiyə və Güney Azərbaycan medyasında bir neçə dəfə yayınlanmış “Gürcistan Türklərində Milli Kimlik Sorunu”başlıqlı məqaləmə baş vurulsun
http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html
]
1907-ci il Rus-İngilis anlaşması Qacar türk dövlətindən gizli imzalanmasına baxmayaraq zatən İranı iki nüfuz bölgəsinə bölmuşdur. Bu nüfuz bölgüsü anlaşması İranın batı şəhəri Qəsri-şirindən başlayaraq İsfahanın quzey batı bölgəsindən keçib, Xorasanın sərəxsinə və bu günkü Əfqanistanın Xaf dağlarına qədər uzanan böyük bir ərazini qapsamına alırdı. Təxminən iki milyon kv. km ərazini əhatə eləyən bu anlaşmaya görə güney topraqlar İngilislərin, quzey topraqlar isə Rusların nəzarətinə verilirdi. Bu sümürgəçilik anlaşması 13 il gizli saxlandıqdan sonra 1920-ci ildə Qacarların son şahı Əhməd şaha İngilis və Rus diplomatları tərəfindən dövlət adına rəsmən imzalanması və qəbul edilməsi üçün sonuldu. Qacar türk dövlətinin bəqası və davam etməsi üçün bu anlaşmanın dövlət adına rəsmən imzalanması tələb olunurdu. Ancaq Əhməd şah qarşı çıxaraq demişdir: “bu sümürgəçilik anlaşması ulu nəslim Qacara şərəf gətirməz! Mən bunu imzalayıb İranın şahı olmaqdansa paris küçələrində ləbləbi-çuğundur satmağı tərcih edərəm”.[ atrıq bilgi üçün:
http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html
]
Bununlada Qacar Türk dövləti devrildi. Beləliklə də Qacar Türk dövləti İranın bağımsız son türk dövləti olaraq tarix səhifələrində düzgün dəyərləndirilməsini gözləyən ən önəmli türk dövlətlərindən biridir.
Imperiya daxilində böhran keçirən Rusyanın razılığı və İngilislərin bir başa müdaxiləsi ilə İranda 3 isfənd 1299/21 fevral 1921-ci il tarixində dövlət çevrilişi həyata keçirildi. Bu çevrilişdən 6 gün sonra üzərində durduğumuz İranı nüfuz bölgəsinə bölən andlaşma, 27 Fevral 1921 tarixində Moskovada İran dövlət adına imzalalan andlaşmayla hüquqi geçerlilik qazandı.Bu çüvrilişlə İranda Rusla İngilisin tam sümürgəçiliyində geriçi bir hakimiyyət qurulmuşdur. Bu “Pəhləvi” sülaləsi adlanan dövlət azınlıq olan Farsların böyük çoxunluq olan Türklər üzərində ağalığını qurmağa hesablanmış bir xain dövlət yapılanmasıydı.[ Geniş bilgi için yenə orada
]
Pəhləvi sülaləsi hakimiyyətə gətirildikdən sonra İranda türk dili və mədəniyyəti qəti qəddarlıqla yasaqlandı. Türk bölgələri tam ögey münasibətə məruz qaldılar. Türklər vəhşicəsinə ayrı-seçkilik siyasətinə tabe tutuldular. Türkçənin məktəblərdə oxunması yasaqlandı. Mərkəzdən Türklərə qarşı elan edilməmiş savaş başladıldı. Tarixdən Ümmülqəra-Anaşəhər ləqəbi alan Təbriz şəhərinə qarşı mərkəzdən təzyiqlər artmağa başladı. İranın ən gəlişmiş, ən böyük və ən abad şəhəri olan Təbriz az bir zamanda İranın geri qalmış şəhərləri sırasına düşdü. Işsizlikdən, Türkə qarşı nifrət siyasətindən dolayı aclıq və səfalət Türk bölgələrində günü-gündən artmağa başladı və bu vəhşi siyasət yanısıra türk bölgələrindən mərkəzi bölgələrə kütləvi küçlərin başlamasına səbəb oldu.[ “Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd Stratejisi”adlı kitabımdan. Link: http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html
]
İranda Fars azınlığını təmsil edən pəhləvi sülaləsinin 54 illik (1925\1979-ci illər) hakimiyyəti dövründə İranın xarici siyasəti əsasən qeyd edilən nüfuz bölgəsi anlaşmasının gərəyincə həyata keçirilirdi. Bu müddətdə İranın Qafqaz bölgəsindəki siyasəti Sovet Rusiyası və onun tərkibində olan qeyri türklərin xeyrinə, Ərəbistan Yarımadasında isə Ərəblərin əleyhinə İngiltərə başda olmaqla Avrupanın xeyrinə hesablanmışdır. Bir sözlə bağımız bir dövlət olmadığına görə asılı, boyunduruqlu və geriçi bir dövlət olaraq asılı olduqları Rus və İngilisin maraqları icabınca çıxış etməli olmuşdular.[ Artıq bilgi üçün: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html
]
1979-cu il devrimindən sonra da mahiyyətcə konkret bir şey dəyişilmədi. Devrim iç faktor olaraq qeyri Farsların özəlliklə Türklərin Pəhləvi hakimiyyətinə qarşı olan həddsiz nifrətindən qaynaqlanan etirazlara dayanırdı, başqa bir sözlə desək İslam devriminin ictimai dayağı və lokomotivi qeyri-Fars özəlliklə narazı Türk toplumu idi. ancaq xarici maraqlı tərəflər – başda İngilslə Sovet Rusiyası olmaqla və vasitəçi rolunda çıxış eləyən Fransa İranda Federal, hüquqi, dünyəvi və pluralist bir demokratik sistemin qurulmasına dair geçirilən görüşlərdə ortaq məxrəcə gələ bilmədiklərinə görə ölkədə dini dispotizmin qurulmasına əlverişli şərait yaratmış oldular.[ Yene orada
]
Bu dini dispotizm bir sıra Türklərə yönəlik sərt qadağaları aradan qaldırsa da milli zəmində konkret bir şey dəyişilmədi. Türk dilinin tədrisi yenə yasaqlı olaraq qaldı, türk bölgələrinə ögey münasibət Pəhləvi dövründəki kimi vəhşicəsinə olmasa da yenə başqa bir formatlarda davam etdirildi. Bu Türkə qarşı olmaq anlayışı istər istəməz İranın xarici siyasətinə də yansımış olurdu.
1991-ci ilə qədər İranın Qafqazlardakı gerçək təsirindən danışmaq sadəcə boş söz olardı. 1991-ci ilə qədər nəinki İran Qafqazlara yönəlik təsir imkanlarına sahib deyildi, əksinə qafqazları yönəldən Sovet Rusyası faktiki şəkildə İranın quzey bölgəsi üzrə nəzarət hüquqna sahib idi.[ Yene orada
]
Sovet Sosialist Cumhuriyətləri Birliyi dağıldıqdan sonra İran da Türkiyə kimi bölgəyə giriş imkanları qazandı. Ancaq İran Türkiyənin tərsinə Rusyadan yana olduğuna görə Türkiyə kimi bağımsızlığını yeni qazanmış dövlələrə yönəlik müsbət rol üstələnməkdən aciz qaldı. İran Rusyadan ayrılmış bağımsız yeni dövlətlərə yönəlik təsir və nüfuz siyasətini Rusyanın imperialist maraqları istiqamətində qurmağı tərcih etdi. İranın bu siyasəti bölgə millətlərinin gəlişməsinə, demokratikləşməsinə, xalqların azad seçiminə və Rusyanın təsirindən çıxmağa yönəlik göstərdikləri cəhdlərin məğlub olmasına səbəb oldu.
Bu haqda İranın Rusiyadakı səfiri Məhmudreza Səccadı vaxtıyla Moskvada keçirdiyi mətbuat konferansında İranın bu siyasətini belə izah etmişdir: “İran Rusyanın cənub bölgəsində Rusyanın bütün nüfuzunun keşişçisi kimi çıxış edibdir. İranın Rusyaya yönəlik bu səmimi və qardaşlıq münasibəti olmasaydı Rusyadan ayrılmış yeni bağımsız dövlətlər bu gün batının müttəfiqləri olmuşlar. Biz daim onları Rusya ilə sıx münasibətlərdə qalmağa sövq etmişik və Rusyadan qopmalarına razı olmamışıq…,[ İran Büyük elçisi Saccadi’nin Rusya Medyasına verdiyi mğsahibə / May 2014 Tarixində bu linkdən əldə edilmişdir:
http://sajjadi.livejournal.com/
] (anlamca. Yazardan).”
İranın Mərhum Elçibəyin rəhbərlik etdiyi AXCP-nin (Azərbaycan Xalq Cəbhəsi Partiyası) Azərbaycanda qurduğu bağımsız demokratik hakimiyyətinə qarşı sərgilədiyi münasibət səfirin bu sözlərinə tam açıq bir nümunədir. Azərbaycanın Rus İmperaturluğunun siyasi təsirindən çıxmaq cəhdlərinin məğlub olmasında İran böyük rol oynamışdır. Tam bunun tərsinə Gürcistanda Mixail Sakaşvilinin Rusiyanın təsir dairəsindən çıxmaq uğrundakı mübarizəsinin qələbəsində İran kimi bir qonşunun olmaması, əksinə Türkiyə kimi demokratik islahatları özəlliklə Rusyanın İmperialist maraqlarına boyun əyməməyə göstərilən cəhdləri batı ilə bərabər dəstəkləyən bir qonşunun olması önəmli rol oynamışdır.
İran bağımsızlığını elan edən Gürcistanla siyasi münasibətlərini qeyd etdiyimiz kimi Rusyanın çıxarlarına zidd olmayacaq bir şəkildə qurmuşdur. Bu münasibətlər 7 avqust 2008-ci il müharibəsində də özünü açıq göstərdi. O dövrdə İranın Xarici İşlər Naziri Vilayəti – Rusynın bir başa hərbi müdaxiləsi sonucunda Gürcistandan ayrılmış Abxaziya və Asetiyanın bağımsızlığını taniya biləcəklərini dilə gətirməkdən belə çəkinməmişdir.
İranın Gürcistana yönəlik siyasəti çörəklə dəyənək siyasəti olmuşdur. Bir tərəfdən Gürcistanın çeşitli sahələrində böyük yatırımlar yatırmaqda və ya İran-Ermənistan-Gürcistan neft boru kəməri kimi böyük iqtisadi-siyasi-stratejik layihələrin həyata keçirlməsin də maraqlı tərəf kimi çıxış edir, digər tərəfdən Abxaziyada, Asetiyada iqtisadi yatırımlar yatırmaq və ölkə də Borçalı Türklərinin məzhəbsəl-şiyə inanclarından istifadə edərək Əhl-e-Beyt kimi olduqca radikal dini icmalar qurub Gürcü dövlətinə yönəlik təzyiq vasitəsi kimi əldə saxlayır.
İranın Gürcistanda yürüddüyü məzhəbi siyasət Türk və Müsəlmanların vahid-Bütöv bir toplum kimi formalaşmasına və ölkənin ictimai-siyasi-iqtisadi həyaında özlərinə layiq yer tutmalarına mane olur. yenə Şiyə-Sünni ixtilafları baş qaldırır. Buda Gürcistanda bütöv-vahid Türk-Müsəlman tərz-təfəkkürünə olduqca zərərlidir.

9.Rusya Federasiyası
Ruslara gəldikdə istər Çar Rusiyası, istər Sovet Rusiyası, istərsə də indiki Rusiya Federasiyonu daim İmperaturluq həvəsindən çıxış edərək Qafqazlarda öz ağalıq nüfuzunu nəyin bahasına olursa olsun qoruyub saxlamaq istəmişdir. Və bir çox zamanlar Ruslar qafqazlardakı nüfuzlarını törətdikləri cinayətlərin hesabına qoruyub saxlaya bilmişlər.
Birinci dünya savaşının sonunda Qafqaz xalqları tərəfindən yaranmış Zaqafqaziya Məclisinin baş tutmamasının arxasında türk istənməzliyi dayanırdı. İngiltərə, Fransa, hətta Osmanlı dövlətinin müttəfiqi olan Almanya mütləq çoxunluğunu Türk və Müsəlmanların təşkil etdiyi Qafqaz xalqlarının vahid Konfederal Dövlətin tərkibində çıxış etməklərini istemədilər və onun əleyhinə çıxaraq kiçik dövlətlərin qorulmasında maraqlı oldular. həmin bu Türk istənməzliyi siyasəti – Türkləri zorunlu köçə məcbur edərək torpaqlarını digər azınlıqlara vermək, alçaldılmaq və saxta “Azəri” kimliyi ilə öz kimliklərindən uzaqlaşdırılmaq siyasəti, sonralar Qafqazlarda Rusya tərəfindən, İranda isə Pəhləvi hakimiyəti tərəfindən davam etdirildi.
Ruslar Qafqazlarda tarixən əsas iki dövlətlə çəkişməkdə idilər. Bunların biri şiyəliyə əsaslanan Türk İran o birisi isə əhl-i sünnətə əsaslanan Osmanlı Türk dövlətləri idi. Çar Rusiyasını əvəzləyən Sovet Rusiyası Qafqazları öz tərkibində saxlaya bilməsinə dolayı təminat verən iki anlaşma imzalmışdır. Bunların biri İranı iki nüfuz bölgəsinə bölən andlaşmaya hüquqi geşerlilik sağlayan 27 Fevral 1921-ci il Moskova andlaşmasıdır, digəri isə Türkiyə ilə sınırlarını və siyasi durumunu bəlirləyən Moskova (Mart 1921) və Qars (Oktyabr 1921) anlaşmalarıdır.
İranı iki nüfuz bölgəsinə bölən andlaşma nə tənha İranın Qafqaza olan iddialarını yerli dibli yox elədi, həm də İranın özünü belə Rusya ilə İngiltərə tərəfindən sümürülən və onların etkisi altında yönədilən ölkə halına düşürdü.[ Yene orada
]
Sovet Rusyası, Abbas Mirzə dövründən Quzey Azərbaycan və ətraf bölgələrin Rusyanın işğalından azad olması uğrunda başlanmış olan siyasi-ideoloji mübarizənin məğlubiyyətindən, İranda Türklərin vəhşicəsinə ayrı-seçkilik siyasətinə tabe tutulmasından və Anaşəhər sayılan Təbrizin yeni qurulmuş pəhləvi Fars hakimiyyəti tərəfindən xarabalığa çevirmək siyasətindən məharətlə su istifadə etməyi də unutmamışdır.
Rusya Fevral 1921-ci il andlaşmasından sonra ölkədə əldə etdiyi öz nüfuz dairəsini qorumaq məqsədi ilə İrandakı türklərin ayrı-seçkiliyə məruz qaldığını bəhanə edərək Türkləri uydurma “Azəri-Azərbaycanlı” adı altında ictimai dayaq kimi su istimal etməyi alternativ bir projə kimi əldə saxlamağı və zamanı gəldikdə yararlanmağı qarşısına məqsəd qoymuşdur.
Rusya bu İmperialist siyasətini Türk kimliyi ilə deyil, millətin gerçək milli kimliyini mahiyyətcə boş Azərbaycanlılıqla (Azərbaycançılıq və ya Azərbaycanın Azəri xalqı) təhrif edərək türk kimliyinin tədrici məhvinə hesablanmış adlar altında həyata keçirdi. Bu yöndə İran solçuları o cümlədən İran Türk sol düşünürləri bilər-bilməz böyük rol oynadılar və mənsub olduqları türklüyə mədəni və siyasi açıdan sarsıdıcı zərbələr vurdular.
İran Türklərini təhqir edən, onlara yönəlik ayri-seçkilik siyasəti tətbiq edən azınlıq hakimiyyəti olan Pəhləvi sülaləsi, onları “Azərbaycanın Azəri Xalqı“ olduqları üçün deyil, İranda qurulan bütün əski türk dövlətlərinin hüquqi varisi olduğuna və azınlıq fars adına qurulmuş Pəhləvi dövlətçiliyinə qarşı güclü alternativ olduqlarına görə əzərək etkisiz hala gətirmək hədəfini güdürdü.
Qars və Moskova andlaşmasına gəldikdə demək yerinə düşərki, bu anlaşmaya görə həm Naxçıvan həm də Acarlar Sovet Rusiyası kimi qəddar bir sistemdə Müxtar Vilayət statusu qazandılar. Bu Türkiyənin qeyd edilən bölgə əhalisinə ərməğanı olmuşdur. Məhz buna görə də Sovet rəhbəri J. Stalin əhali arasında Türkiyəyə olan sevgini aradan qaldırmaq və Gürcistandakı Türk və müsəlmanları didik-didik etmək, zəiflətmək, azınlıq halına düşürmək üçün olduqca vəhşi və insanlığa sığmayan addımlar atdı. Acarlar zorunlu biçimdə Xristianlaşdırıldı, Mesxeti Türkləri-Ahıska Türkləri qətlam edilərək toplu şəkildə Sibirə sürgün edildi, belə ki Acar Bölgəsi ilə Borçalı Bölgəsi arasında yerləşən Ahıska Türklərini tam köçürdükdən sonra başqa etnikləri o bölgəyə yerləşdirməklə faktiki şəkildə Acarlarla Borçalıların torpaq birliyini aradan qaldırdı.

Digər tərəfdən Sovetin Materialist sistem olduğuna baxmayaraq Şiə-Sünni təriqətləri arasında ixtilafları qullanmaq, Şiyə məzhəbinə süni biçimdə üstünlük tanımaqla Osmanlıların və onların varisi olan Türkiyənin mədəni təsirini daim zəiflətmək məqsədini güdmüşdür.
Bunun da olduqca aydın səbəbi vardır:
1. Qacar Türk dövləti çökmüşdür. Onun hüquqi varisi kimi çıxış eləyən Türk düşməni Pəhləvi Farsçı sistem oyunçaqdan başqa bir şey deyildir.
2. Qacar Türk dövlətinin çökülüşündən və türklərin İranda isarətə alındığından sonra “Azərbaycançılıq” Rusya üçün daha siyasi anlamda təhlükə kəsb etmirdi, əksinə tarix boyu döyüşdüyü Türk millətinə qarşı bir siyasi alət kimi istifadə vasitəsinə çevrilmişdir.
Məhz buna görə Rusiya Gürcistandakı Sünni Ahıska Türklərini toplu şəkildə sürgün etməyə və dolayısı ilə məhv etməyə, Türkiyə ilə kültür birliyində olan Acarları zorunlu şəkildə Xristianlaşdırmağa əl atdığı bir zaman da Şiə Borçalı türkləri arasında Sovet sisteminə boyun əyməyənləri, Türklükdən arınmış mahiyyətcə boş Azərbaycanlılıq mahiyyətini qəbul etməyənləri aradan qaldırmaqla kifayətlənmişdir. Başqa sözlə desək Borçalı Türkləri Acar və ya Ahıska Türkləri kimi kütləvi qırqına və ya toplu sürgünə məruz tutulmamışdılar. Bunun da sadəcə bir səbəbi var idi: Ahıska Türkləri ilə Acar Müsəlmanlarının dini-siyasi-milli ideoloji dayağı olan Osmanlının Türklüyə dayalı gerçək hüquqi varisi olan bir Türkiyənin iddialı bir biçimdə varoluşu, əksinə Borçalı Türklərinin qeyd edilən ideoloji dayağı olan Təbriz Türklüyünün tam məğlubiyəti və olduğu İran ölkəsində özünün tam isarətə alınması idi.[ “İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.”
]
Borçalı türklərinə “Gürcistan Azərbaycanlıları” kimi uyduruq ismin işlədilməsi üzərinə diqqət çəkərək burada Azərbaycan isminə keçəri olaraq toxunmamızda yarar var deyə düşünürəm.
10.Azərbaycan adı ilk dəfə siyasi-coğrafi anlamda
Burada əski zamanlardan – Milad öncəsi birinci min illiyin ortalarından yer adı olaraq “Atorpadegan”, “Adorbaygan”, “Aderbaygan” və ya “Azərbaygan” kimi yazılmış və istifadə edilmiş Azərbaycan termininin etimolojik çözümləməsi söz qonusu olmadığına görə bu sahəyə toxunmayacağıq. Burada söz qonusu olan çağdaş siyasi tariximizdə Azərbaycan termininin ilk kəz siyasi-coğrafi anlamda nə zaman, kimlər tərəfdən və hansı hədəflə gündəmə daşınması söz qonusudur.[ Geniş bilgi üçün Prof. Dr. M.T. Kirişçinin-Zehtabinin iki Cilddən ibarət “İran Türklərinin Əski Tarixi”nə baş vurulsun
]
Azərbaycan yer adı olaraq coğrafi anlamda qullanılmışdır. Islam sonrası bir çox Ərəbcə yazmış bilginlərin o cümlədən Əlbəldani, Yəqubi, Mostofi və b. əsərlərində “Azərbaycan” yer və ərazi adı olaraq keçir. Qeyd etmək lazımdırkı ərəbcədə “G” hərfi olmadığına görə “C”hərfi ilə, yəni Azərbaygan-Azərbaycan olaraq qeyd edilmişdir. Indi bizdə Azərbaygan ismini Ərəb dilli tarixdə qeyd edildiyi kimi həm tələffüz edirik həmdə yazırıq.
Bu əsərlərin göstərdiyinə görə Azərbaycan torpaqları Quzeydən Dağıstan-Dərbənd, Borçalı bölgəsini içərərək Batıdan Anadolu və İraq kərkük bölgəsini, Güneydən Loristanın Sultan Çəmən, şirvan vilayətlərini, Kirmanşahın Sunqur bölgəsini, Bəxtiyari bölgəsinin quzey hissəsini, İsfahanın quzey-batı bölgəsini, Qumu və Doğudan bu günki Tehran və Gilanı qapsayaraq xəzər dənizinə bitişən əraziyə deyilmişdir.
Azərbaycan yer adı olaraq çeşitli sultan və hakimlərin yazmış olduqları məkrtublarda da keçər. O cümlədən Səfəvi Sultanlarının, Afşarların, Kərim xan Zəndin və Qacar Sultanlarının qarşılıqlı məktublaşmalarında da görünməkdədir.
Amma qeyd edilməsi gərəkən buki bütün tarixi əsərlər də və Sultanların idari və özəl məktublaşmalarında qeyd edilən “Azərbaycan” millət anlamında deyil, sadəcə yer-ərazi adı olaraq keçmişdir.
Ilk kəz “Azərbaycan” termininin yer-ərazi adından artıq siyasi-coğrafi anlamda gündəmə gəlməsi və işlək hal alması Qacar türk dövlətinin Qafqazlarda Rus İmperiyasına yenilməsindən və Qafqaz torpaqlarını itirməsindən sonrakı 20 ilə yəni 1840-ci illərə təsadüf edir.
Məğlubiyət sonucunda Dağıstan, Dərbənd, Borçalı, Bakı, İrəvan, Gəncə, Tiflis (Tbilisi), Ağdam, Qarabağ və başqa Xanlıqlardan Anaşəhər Təbrizə sığınmış din xadimləri, Xanlar, Bəylər, Aydın və ziyalılar eləcə də Qacar türk dövlətində yüksək mövqeyi olan Xanlıqlara mənsub şəxsiyətlərin, Təbriz Türk mədəniyətinin yetirmiş olduğu və Təbriz mərkəzli dövlətçiliyi təmsil edənlərdən sayılan Əmir Kəbirin və digər Qacar türk dövlət adamlarının Xaqan ləqəbi ilə adlanan Fətəli Şahın və qardaşoğlusu Ordu başçısı Böyük Abbas Mirzənin ətrafında aparılan müzakirələrin sonucunda “Azərbaycan Məmləkəti” kimi siyasi-coğrafi anlamda gündəmə gətirilmiş oldu.[ “İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.”
]
Bu Siyasi-coğrafi anlamda gündəmə gətirilmiş “Azərbaycan” termini siyasi, dini və milli təfəkkürə malik olmuşdur.
1. siyasi cəhətfən “Qaqazlarda” Quzey Azərbaycan və ətraf bölgələrində Xiristiyan Rus İmperiyasının işğalına son qoymaq və torpaqların azad edilmsinə nail olmaq;
2. Dini cəhətdən toplum üzərində Rus İmperiyasına bağlı Keşişlərin Xiristiyanlaşdırma fəaliyətlərini etkisizləşdirmək məqsədi ilə nəyin bəhasına hətta uşaqları yeni bilim dallarını (Elmi-Fünuni cədidəni) öyrədən məktəblərə göndərməyi dini fətva ilə haram ilan etmək, Şiyə İslamçılığına dayalı toplumun dini inancını və bağlılığını yüksək tutmaq məqsədi ilə dini-təbliğatçılar göndərmək;
3. Milli cəhətdən bu xəttin ideoloji təməlləri tam Türklüyə dayanmışdır. Sürəc türklərlə bağlı olmuş və türklər tərəfindən də yönədilmişdir.[ Yene orada
]
Bu sürəcin tərkibində Rus-Qacar savaşlarından sonra Qacar türk dövlətinə sadiq qalmış Erməni və Gürci gruplarına, aydın və böyüklərinə də gərəkli diqqət göstərilmişdir.[ Yene orada
]
Son 90 ilin tam tərsinə o dönəmdə Dövlət-Millət davası DİL üzərindən egəmənlik kəsb etmədiyindən,Türk milləti yönədici olaraq özbəöz türkçəsi ilə yanaşı Fars dilini də bərabər şəkildə bəzən daha artıq istifadə edirdilər.
1850-ci illərin başlarından siyasi-ideoloji təməllərini şərh elədiyimiz siyasi-coğrafi karakter kəsb eləmiş “Azərbaycan”-la bağlı çeşitli fəaliyətlərə başlanmışdır. Bunlardan biri bəlkə də ən başlıcası işin təbliğat tərəfi idi. Ümum Azərbaycanda istər işğal olunmuş Quzey Azərbaycan (Qafqaz) toplumunu istərsə də məğlubiyət sonrası Anaşəhər Təbrizdə cəmləşmiş Quzeyli mücahidlərini və yerli Türk toplumunu bu müqəddəs savaşa cəlb etmək, daim müqavimət və dini-milli özgürlük ruhunu ayaqda tutmaq, Qafqazdaki Grila savaşlarını davamlı qılmaq məqsədi ilə bir sıra əsaslı işlər görülmüşdür. Görülən işlərdən biri Təbrizdə qurulan yayınlanan çeşitli “Gündəlik və hərdənbir” qəzetlər idi. bunlardan “Millət-e-Azərbaycan”(Azərbaycan Milləti), və “Məmləkət-e-Məhrusey-e-Azərbaycan” (Qorunmuş Azərbaycan Məmləkəti), gündəliklərini saymaq olar. Bunlar tam dövlət hesabına yayınlanır və tam ölkə boyunda özəlliklə Darülsəltəne-ye- Azərbaycanın bütün bölgələrində və İşğal olunmuş Quzey (Qafqaz) hissəsində yayınlanırdı.[ Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd Stratejisi”adlı kitabımdan. http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html
]
Bu sürəcin axarında Qacar Türk Sultanı Nasirəddin şah dönəmində ölkədə aparılan ilk inzibati-siyasi ərazi bölgüsündə Azərbaycanın siyasi-inzibati ərazisi İslam sonrası tarixi əsərlərin göstərdiyinə uyğun biçimdə tənzimlənmişdir və ərazisi indiki Kürdistanı, Kirmanşahı, Loristan və Bəxtiyari bölgəsini, İsfahanın quzey-batı bölgəsini, Gilanı faktiki içərməklə yanaşı nəzəri olaraq İşğal olunmuş Qafqazın Türklərdən ibarət olan bölgələrini, yəni quzey Azərbaycanı da içinə alırdı.
Bu Qafqaz və ümum Azərbaycan uğrunda Rus İmperaturluğunun işğalçı siyasətinə qarşı müqavimət siyasəti Nasirəddin Şahın terror edildiyi müddətə qədər davam etmişdir.
Nasirəddin Şahın 1 May 1896 tarixində şəhid düşməsi, ölkə daxilində baş qaldıran haqlı-haqsız üsyanlar o cümlədən Məşrutə hərəkəti və digər tərəfdən ölkəni iki nüfuz bölgəsinə bölən Rusya ilə İngilisin 1907-ci il andlaşması ümum məmləkəti və Qacar Türk dövlətini çıxmaza soxdu. Bu dönəmdən etibarən bu türklüyə dayanan siyasi-coğrafi anlam kəsb edən “Azərbaycan” və Qafqazın Rus işğalından azad edilməsi uğrunda mübarizə ideyası faaliyət ortamında faktiki şəkildə aradan qalxmış oldu ve tamamen iflasa uğradı.

Nasirəddin şah 16 İyul 1831 Təbriz- 1 May 1896 Tehran, Səltənət dönəmi 17 Sentyabr 1848 dən şəhid düşdüyü tarixə qədər dəvam etmişdir. Şəhid şah ləqəbi almışdır. İran’da gerçək və qapsayıcı yeniləşmə tarixi Nasirəddin şah’la başlar. Yeniləşmə sürəcində ən etkin şəxsiyətlərdən olmuşdur desək asla yanılmarıq.
Çar Rusyası və 1917-ci ildən onun hüquqi varisi kimi çıxış eləyən Sovet hakimiyəti (SSRİ-SSCB-Şurəvi) vaxtı ilə Qafqazın-Quzey Azərbaycanın Rus işğalından azad edilməsinə hesablanmış “Azərbaycan Məmləkəti” konseptini öz imperialist maraqlarına uyğun biçimdə qullanmağa başladı. Sovet hakimiyəti “Azərbaycan”-ın siyasi-ideoloji təməllərində çıxarlarına uyğun şəkildə etdiyi əsas dəyişiklikləri belə karakterizə etmək olar:
1. siyasi zəmində Qafqazda yerləşən türkləri və yaşadıqları torpaqları fərqli siyasi-inzibati (Ermənistan, Gürcistan, Dağıstan və Azərbaycan) bölgələrə parçalamaq, türkləri digər azınlıqlara tabe etdirmək, digər tərəfdən mahiyətcə boş Azərbaycançılığı İrana yönəlik xarici siyasətində İngiltərə ilə imzaladığı Nüfuz bölgəsi anlaşmasının qüvvədə qalmasına dair təzyiq vasitəsi kimi əldə saxlamaq;
2. Dini cəhətdən Şiyə islamçılığını rədd edərək yerində Leninizm, Stalinizm və opotik (xəyali) olarak Kommonizmi yayqınlaşdırmaq;
3. Milli cəhətdən Farsların bir qolu kimi təfsir edilən Azərbaycanlı və ya Azərbaycanın Azəri xalqı kimi saxta və qondarma adlarla toplumu öz türklüyündən, gerçək kimliyindən uzaqlaşdırmaq və assimilasiyon siyasətinə tabe tutmaq idi.
Vaxtı ilə Stalin öz əsərində də bu haqda geniş yazmışdır. Rusların Qafqazdakı bu türk düşmənliyi siyasəti İngiltərənin İrandakı Türk düşmənliyi siyasəti ilə məzmun etibarı ilə tam eyniyət təşkil edir. İranda Türklərə siz türk deyil Farsların bir qolu olan Azərisiniz deyə ortaya qoyduqları konsept bu Türk istənməzliyinin tərkib hissəsidir. Rusya ilə İngiltərənin İranda azınlıq olan Farsları hakimiyətə gətirdikdən sonra Qafqaz və İran türklüyünə yönəlik kültürəl açıdan düşmənlik içərən eyni mədəni məhvetmə siyasətləri hakim olmuşdur.[ Artıq bilgi üçün: http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html
]
Beləliklə 1840-cı illərin sonlarında siyasi açıdan Türk-Şiyə İslam düşüncəsinə dayanan, Təbrizdə əsası qoyulan, siyasi-coğrafi məzmun kəsb edən “Azərbaycan Məmləkəti” anlayışı, Quzey Azərbaycanın Rus işğalından azad olunmasına hesablanmış ikən, Qacar Türk Dövlətinin çökülüşündən sonra Sovet Rusyası mahiyyətcə boş Azərbaycançılığı qullanaraq cənubi Azərbaycan Türklərini Sovet Rusyasının İrandakı maraqları uğrunda top ətinə çevirdi.
Borçalı Türkləri arasında “mahiyyətcə boş Azərbaycanlılıq” milli kimlik kimi nisbətən hakim olduqdan sonra bu toplum müəyyən mənada milli kimlik bilirsizliyinə uğramışdır. Toplumun kültürəl açıdan mum kimi əyilgən xasiyətə sahib olmasına cəhd göstərilmişdir və müəyyən mənada bacarılmışdır. istənilən sol və gerici güclərin alətinə çevrilməyə açıq toplum halına gətirilməsinə çalışılmışdır.
Sovetlər Borçalı Türklərinə Gürcistan Azərbaycanlıları kimi bilirsiz və mənasız bir mahiyyət verməklə Gürcistanda çoxunluq olan Gürcilərə yönəlik özləri üçün ictimai dayaq yaratmağa çalışmışlar. Sovet dövründə Gürcistan Azərbaycanlıları kimi formalaşan kəsim Gürcistanda Gürcü xalqı ilə riqabətdə olmuş və bu riqabətdən doğan bütün məsələlərin Moskvada həll edilməsinə şərait yaradan lokomotiv olmuşlar. Buda Gürcistan da vahid Gürcüstanlı kimliyinin yaranmasına mane olmuşdur. Necə ki bu rolu Azərbaycan Sovet Cumuriyətində Ermənilərlə digər azınlıqlar oynamışlar. Bu Sovet Rus İmperaturluğunun vahid siyasi xətti olmuşdur və bütün cumhuriyətlərdə icra edilmişdir.
Bu gün Gürcistan da Rus dili və ədəbiyyatı daha çox özlərini Gürcistan Azərbaycanlısı hesab edən aydınlar tərəfindən müdafiə edilir. Gürcilər ölkələrində Rus İmperaturluğunun ağalığını xatırladan bütün şeyləri aradan qaldırmağa çalışdıqları bir dövrdə nə yazıqlar kı, bizimkilər Rusyanın İmperialist maraqları üçün çalışmağı öz çıxarlarına hesab edirlər. Harda Gürcistan Azərbaycanlıları yaşayır orada Rus müstəmləkəçilik əhval-ruhiyyəsi hiss olunur.
Bəllidirki bu gün Azərbaycanı idarə edən kəsim mahiyyətcə boş Azərbaycanlılıq məfkurəsinə dayanır. Bu məfkurənin müəllifləri elə Rus İmperaturluğunun qorunub saxlanmasında əsas rol oynayan stratejistlər olmuşlar. Bu hakimiyyət Rusyadan asılı bir vəziyyətdədr. Xarici siyasətini o cümlədən Gürcistana yönəlik siyasətini Rusyanın İmperialist maraqlarına uyğun qurur.
Məhz buna görə də bu gün (2012)Gürcistan Azərbaycanlılarının bir çox aktiv siyasiləri Gürcistanın Batı tərəfindən dəstəklənən nisbətən demokratik hakimiyyətinin əleyhinə Rus Bluku ilə birləşir. Bu geriçi tutumları ilə həm türk toplumunun Gürcistanın ictimai-siyasi-iqtisadi həyatına inteqrasiyanı əngəlləyirlər, həm “Gürcistan Azərbayanlıları” kimi mahiyyətcə boş və bilirsiz bir kimliklə Gürcistandakı Türk və Müsəlman topluluğunun vahid-bütöv toplum kimi çıxış etməsinə mane olurlar.
Sonunda qeyd etməm gərəkdirki, son 100 ildə Faşist Fars düzəni və onu savunan güçlər İranda biz türklərə zorla dayatmaq istədikləri türklüyə alternativ olarak ürətilən ‘Azərilik’ kimliyini, 1993 ilində Elçibəydən hukuməti devr almış yeni quzey Azərbaycan yönətimi üzərindən dayatmaq-təhmiletmək istəyir. Başqa bir sözlə Əhməd Kəsrəvi[ Əhməd Kəsrəvi 29 Sentyabr 1890 Təbriz – 11 Mart 1946 Tehran. Kökən türk olmasına baxmayaraq Türk və İslam müxalifətçisi bir aydın rolunu oynamışdır. İslamçı Fədayilər tərəfindən öz işyerində öldürülmüşdür. İran türklüyünün gerçək kimliyini inkar edərək Azərilik konseptini rəsmi düzəydə irəli sürən ilk şəxs bu olmuşdur. Bu inkarçı konseptini 1925 tarixində ‘Azəri ya zəbane Bastane Azərbaycan – Azəri vəya Azərbaycan Əski Dili’ adlı kitabla gündəmə daşımışdır. Bu inkarçı uydurma konsepti Əhməd kəsrəvi’yə ünlü bilgin siması bağışlamaqla bərabər ‘İngiltərə’nin Asya Kraliyət Fondu’ və ABD’nin ‘Amerikan Bilimlər Fondu’na üyə olmasını sağlamıştır. Ə. Kəsrəvi’nin bu teorisini onaylayan və qəbul görən bilginlərdən (bilgin olmaqdan ziyadə siyasilərdən) biridə Rusya kökənli, İngiltərə Universitə ustadı, Doğu tarixçisi, Kürd və Fars dilləri üzərinə çalışan Vladimir Fedoroviç Minorskidir (6 Fevral 1877 – 25 Mart 1966).
May 2014 tarixində bu linkdən əldə edilmişdir:
http://fa.wikipedia.org/wiki/%D9%88%D9%84%D8%A7%D8%AF%D9%85%DB%8C%D8%B1_%D9%85%DB%8C%D9%86%D9%88%D8%B1%D8%B3%DA%A9%DB%8C
http://fa.wikipedia.org/wiki/%D8%A2%D8%B0%D8%B1%DB%8C_%DB%8C%D8%A7_%D8%B2%D8%A8%D8%A7%D9%86_%D8%A8%D8%A7%D8%B3%D8%AA%D8%A7%D9%86_%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86#.D8.AF.D8.B1.D8.A8.D8.A7.D8.B1.D9.87.D9.94_.DA.A9.D8.AA.D8.A7.D8.A8

 

 

] kimi satılmış bilginlərlə biz türklərə dayatılmasi istənən Azərilik kimliyini indi Azərbaycan hukumətinin vasitəsiylə də təhmiletmək istəyirlər. Amma qururla vurğulamalıyamkı May 2006 olaylarında milyonlarca Güney Azerbaycan türkü Təbriz başta olmaqla digər türk şəhərlərində küçələrə çıxıb, ‘Haray Haray mən Türkəm’ bağıraraq Türklüyə alternativ olaraq ürətilən uydurma Azərilik konseptini təhmiletmək istəyən Faşist fars düzəninə dəfol cavabını vermiş oldular. Türklük güney Azərbaycanda qorunduğu kimi quzey Azərbaycanda da rəsmən hüquqi geçərlilik qazanması gərəkdir. Bu bütöv Azərbaycan türklüyü üçün olmazsa olmazdır.
Bizim Quzey Azərbaycan yurddaşlarından, yönətimindən özeliklə cumhurbaşkanımız İlham Əliyevdən ve digər iqtidar və muxalifət yönlü yurdsevərlərdən ən vacib saydığımız istək, türk millətinin danışdığı türk dilinə Anayasa düzəyində hüquqi statüsün yenidən qazandırılmasıdır. Kimlik bizim üçün həyati önəm daşıyır. Biz İranda Azəri olduğumuz üçün mücadilə etmirik, biz 40 milyon Türk olduğumuz üçün mücadilə edirik, çünki İranda Azəri olaraq heç bir sorun yaşamırıq, əksinə Türk olduğumuz üçün hər türlü sorun və fəlakət yaşıyırıq. Bu qədər açıqdır.
11.Son Dəyərləndirmə
Gürcistan Türklərinin milli kimlik sorununun həllinə yönəlik
Bizim gəldiyimiz son qənaətə görə Gürcistanın parçalanmasını bu dönəmdə Rusyadan başqa heç bir güc istəməz və istəndiyi təqdirdə də başarılı olmaz, başarılı olsa da heç bir toplum üçün xeyirli olmaz.
Azərbaycanın mövcud hakimiyyəti Gürcistan Azərbaycanlıları kimi mahiyyətcə boş kimliyi burada-Gürcistanda tərcih etməsi Azərbaycan Türk millətinin əsla xeyrinə deyil.
Bizcə Gürcistanda yerli torpaqlarında yaşayan türk və müsəlmanlar gerçək milli (Türklük) və dini (İslamiyət – Şiyə-Sünni ixtilaflarına əsla yol vermədən) kimlik ətrafında birləşməyi bacarmalıdır.
Gürcilər qədər bu vətən onlar üçün də əziz olmalıdır. Bütün sahələrdə Gürcilərlə tam bərabər hüquqlara sahib olmalıdırlar. Və bu haqlara sahib olmaq üçün də tam demokratik və mədəni mübarizə aparmalıdırlar və bunun üçün ictimai həyatda aktiv omalıdırlar.
Gürcüstandaki Türk və Müsəmanlar vahid bir toplum oluşdurmalıdırlar. Bunun üçün birinci şərt Gürcistan Azərbaycanlıları kimi bilirsiz və mənasız siyasi deyimə son qoyulmalıdır. Azərbaycan Cumhuryətində Ləzgi və Talış kimi qeyri Türklərdə yaşayır. Onlar bu gün kəsin şoxunluğunu türklərin oluşdurduğu Azərbaycanın yurddaşları olduqları üçün Türk milli kimliyinə sahiblənməlidirlər. Gürcistandakı Türk və Müsəlmanlar da Gürcistanda yaşadıqları və buranın yurddaşları olduqları üçün ikinci kimlik kimi Gürcistan milli kimliyinə sahib olmaları perspektivdə-gələcəkdə türk-islam üçün olduqca böyük ərmağanlar qazandırar. Amma o milli kimliyi öz türk və müsəlman milli kimliyi ilə bərabər yaşatmalıdırlar. Başqa sözlə, Gürcistanda yaşayan türk və Müsəlmanlar Gürcistanlı kimi Gürcistan kimliyini həmdə Türk-islam üçün öyrənib mənimsəməlidirlər. Gürcütan Gürcülərlə yanaşı orada yaşayan bütün millətlərin vətənidir. Buna görə də Gürcüstanın milli kimliyində türk-müsəlman dəyərləri də özünə layiq yeri tutmalıdlr. Başqa bir sözlə Gürcüstan Milli kimliyi Gürcüstanda yaşayan bütün toplumların milli-dini dəyərlərinin sentezi rolunda çıxış etməlidir və bizim Türk-müsəlmanlar da bu istiqamətdə fəal çıxış etməlidirlər.
Bu gün var olan“Ahıska – Borçalı Türk Topluluqları”, “Acar və Avar Müslüman Topluluqları” və Gürcistanı qapsayan digər demokratik dəyərlərə əsaslanan vahid Islami Topluluqlar qeyd etdiyimiz konsept ətrafında ortaq qərara gəlmiş olsalar, gələcəkdə türk və qeyri türk müsəlmanların “bütöv Gürcüstan Türk və müsəlmanlar hərəkəti” ideyasının hədəflərini gerçəkləşdirəbilərlər, əks təqdirdə bu müqəddəs vəzifəni türklük və İslamiyət dəyərləriylə formalaşmış gənclik üzərinə götürməli olacaqdır.
Gürcistanda mədəni və demokratik mübarizə üçün olduqca əlverişli hüquqi şərait vardır. Gürcistan dövləti milli və dini azlıqların hüquqları ilə bağlı bir çox bölgəsəl və uluslararası anlaşmalara qoşulmuşdur. Gürcü dövləti tərəfindən azınlıqlarla bağlı kodifikasiya edilmiş uluslararası andlaşmaların icraata keçməsi ilə bağlı konkret öhdəliklər götürmüşdür.
Bu uluslararası öhdəliklərin ölkədə düzgün biçimdə həyata keçirilməsinə yönəlik Türk-İslam faalları tərəfindən vahid mədəni və demokratik mübarizə metodları işlənməlidir. Türk-İslam ittifaqının vahid mübarizə mikanizmi mövcud olursa az bir zaman içində bir çox sahədə başarılar əldə etmək mümkündür. O cümlədən Ahıska Türklərinin öz torpaqlarında yerləşməsinə, Türk dilinin ilk öncə Borçalıda bölgəsəl dil statusu almasına, Din və məzhəbsəl narazılıqlara səbəb olan çatışmamazlıqların hüquqsal olaraq aradan qalxmasına və tətbiq edilən çeşitli iqtisadi ayrı seçkiliklərə yönəlik böyük nailiyətlər əldə etmək mümkündür.
Gürcistandaki Türklərin azınlıq kimi ölkədə sahib olduqları əlverişli şəraitlər:
1.Gürcistandakı Türk-Müsəlman toplumunun sayca ən böyük milli azlıq olduğu faktoru;
2.Gürcistanın iki Türk dövləti Azərbaycan və Türkiyə ilə qonşu olması;
3.Türkiyə-Azərbaycan-Gürcistan arasında möhkəm işbirliyi faktoru;
4. Gürcistan-Azərbaycan-Türkiyə arasında bir sıra uluslararası stratejik önəmə sahib iqtisadi-siyasi layihələrin mövcudluğu;
Bu faktorların zaman içində öz etkisini göstərməsi böyük ihtimaldır. Yetərki Gürcistanda bulunan Türk-İslam təşkilatlarının vahid mikanizm ətrafında fəaliyyət göstərməkləri mümkün olsun.
Toplum tərəfindən ortaya qoyulacaq iradənin və edilən faaliyətlərin iç faktor olaraq etkin olduğu təqdirdə Gürcistanda Türklərin toplu şəkildə yaşadığı Borçalı mahalında türk dilinin bölgəsəl dil olma statusunun verilməsi qaçınılmaz olacaqdır. Və dolayısı ilə Gürcistanla Türkiyənin sıx ilişkiləri günü-gündən gəlişdikcə, irəlilədikcə Gürcü milli kimliyi ilə yanaşı türk-islam kimliyi Gürcistan həyatında özünə layiq yeri tutmasına şübhə etmirəm. Yetərki qeyd edilən istiqamətdə düzgün və səmərəli addımlar və ardıcıl sistemli fəaliyətlər Türk və müsəlman toplumu özəlliklə Borçalı türk aydınarı tərəfindən atılmış olsun

Rəhim Cavadbəyli

12. Qaynaqlar:

  2011 tarixində bu çalışma qısa şəkildə “Gürcistan Türklərində Milli Kimlik Sorunu” başlığı ilə Azərbaycan, Güney Azərbaycan, Gürcəstan və b. Medyalar Tərəfindən dəfələrlə yayınlanmışdır. 

http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html

 

 ‘Mantıkta Kavram ve Türleri’ yazar: Ahmet Yaşar Göldal / May 2014 Tarixində bu linkdən əldə edilmişdir: http://kelimelerkavramlar.blogspot.com.tr/2013/03/konsept-nedir.html 

 

 Atalar sözü

 

  Yazarın başqa bir incələməsi ‘Azərbaycan Türklüyünün Məğlubiyət Səbəbləri’ bu lənklərdən əldə ediləbilər:

 http://50000000.info/tr/?p=890    

 http://rahimjavadbayli.blogspot.com.tr/2012/04/azrbaycan-turkluyunun-mglubiyyt-sbblri.html  

 

 ‘Kuzey Kafkasya Özerk Cumhuriyetler Bağlamında Rus dış Politikası – 3’  Yazar: Ahmet Arkın Bölükbaşı / May 2014 tarixində bu linkdən əldə edilmişdir:  http://www.circassiancenter.com/cc-turkiye/arastirma/0521-kuzey-3.htm

 

  Rəşad Bağırov’un ‘İki Sahil’ Xəbər Agentliyində 23 Fevral 2013 tarixində yayınladığı məqalədən / Bu linkdən əldə edilmişdir: 

http://www.ikisahil.com/index.php/analitika/item/2076-az%C9%99rbaycan-iqtisadiyyat%C4%B1-c%C9%99nubi-qafqaz-iqtisadiyyat%C4%B1n%C4%B1n-90-faizini-t%C9%99%C5%9Fkil-edir.html

 

 “İran Türklərini qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala  yayımlanmamış kitabımdan.”

 

   Azərbaycan Cumhurbaşqanı Əbülfəz Elçibəy’in imzasıyla rəsmi qəzetədə yayınlanan Dil Haqqında dövlət qanununun mətni / bu linkdən əldə idilmişdir: 

http://az.wikisource.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1nda_d%C3%B6vl%C9%99t_dili_haqq%C4%B1nda_Az%C9%99rbaycan_Respublikas%C4%B1n%C4%B1n_Qanunu_(22_dekabr_1992-ci_il)  

‘Bütöv Azərbaycan Yolunda’ Yazar: Azərbaycan’ın əski cumhurbaşqanı Əbülfəz Elçibəy / düzənləyici və yayınlayanlar: Adalət Tahirzadə və Çingiz Göytürk/ Ankara Ecdad Yayınları 1998/  kitabın PDF sürümü bu linkdən əldə ediləbilir:
 http://ebitik.azerblog.com/anbar/4420.pdf

 

  Gürcistan haqqında genəl bilgilər: bu linkdən əldə edilmişdir: http://tr.wikipedia.org/wiki/G%C3%BCrcistan

 

  Karadeniz Araştırmaları 1. ‘Gürcistan Türklerinin Mevcut Durumu, Siyasi ve Ekonomik sorunları’ Sayfa: 90/ 

Yazar: Kamil Ağacan/ PDF sürümü bu linkdən əldə ediləbilir: 
 http://www.karam.org.tr/Makaleler/527059082_agacan.pdf

 

   Tr.wikiden May 2014 tarixində alınmışdır. Link:  http://tr.wikipedia.org/wiki/Kafkasya_Avarlar%C4%B1 

 

  http://tr.wikipedia.org/wiki/Ah%C4%B1ska_T%C3%BCrkleri

 

 

   ‘Gürcistan’da Türk Varlığı: Borçalı (Karapapak) Türkleri ve Onların Geleceği’ makalesi / Yazar: Serdar Oğuzhan Çaycıoğlu /28 Ekim 2013  tarixində ‘Sahibkıran Stratejik Araştırmalar Merkezi (SASAM)’ın rəsmi sitəsindən alınmıştır. Link: 
http://sahipkiran.org/2013/10/28/gurcistanda-turk-varligi-borcali-karapapak-turkleri-ve-onlarin-gelecegi/ 

 

 Yene orada 

 

  Yene orada

 

   Mətn Sitə adına yayınlanmışdır, May 2014 tarixində bu linklərdən əldə edilmişdir: 

 http://www.tarihtendersler.com/nbk.asp?mk_id=264&id=25  

 http://www.ataturk.net/mmuc/kars.html 

http://www.kurtulussavasi.gen.tr/moskova-antlasmasi.html

“Acaralıların Siyasi Özerklik Hakkının Süjesi Haline Gelmeleri ve Türkiyenin Bu Sürece Etkisi” Yazar: Doç. Dr.  Fahrettin Murtazaoğlu/ May 2014 Tarixində bu linkdən əldə edilmişdir: www.yesevi.edu.tr/bilig/biligTur/pdf/29/3_29.pdf‎

  

 

 “Stratejik Derinlik- Türkiyənin Uluslararası Konumu” Dış işləri Bakanı  Prof. Dr. Ahmet Davutoğlu

 

   Artıq bilgi üçün “Devlet Dergisi”nin 452 Sayılı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməmə baş vurulsun. Bu linkdən əldə ediləbilir: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html 

 

  ‘Gülüstan’ ve ‘Türkmənçay’ andlaşmalarının Azərbaycan türkcəsindəki mətnləri May 2014 tarixində bu linkdən əldə edilmişdir: 
http://az.wikibooks.org/wiki/G%C3%BCl%C3%BCstan_m%C3%BCqavil%C9%99si

http://az.wikisource.org/wiki/T%C3%BCrkm%C9%99n%C3%A7ay_m%C3%BCqavil%C9%99si

http://rasulguliyev.wordpress.com/2013/04/19/gulustan-muqavil%C9%99si-az%C9%99rbaycan-xalqinin-faci%C9%99l%C9%99rl%C9%99-dolu-200-illik-g%C9%99l%C9%99c%C9%99k-tarixinin-baslangici-oldu/ 

 

 ‘İran Türklərini Qapsayan Təbriz Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalışdığım hala  yayımlanmamış kitabımdan.”

  Və “Devlet Dergisi”nin 452 Saylı Mart-Aprel 2014 tarixində yayınlanmış İran üzərinə incələməm. 

  Yene orada

  Azərbaycan, Gürcistan, Türkiyə və Güney Azərbaycan medyasında bir neçə dəfə yayınlanmış “Gürcistan Türklərində Milli Kimlik Sorunu”başlıqlı məqaləmə baş vurulsun

http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html

 

  atrıq bilgi üçün:

http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html

 

 Geniş bilgi için yenə orada

 

 “Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd  Stratejisi”adlı kitabımdan. Link: http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html 

 

  Artıq bilgi üçün: http://devletdergisi.com.tr/makaleler/yazi/20/DUNDEN_BUGUNE_GERCEK_IRAN_VE_GUNEY_AZERBAYCAN_MILLI_HAREKETI_.html

 

 Yene orada

 

 Yene orada

 

 İran Büyük elçisi Saccadi’nin Rusya Medyasına verdiyi mğsahibə / May 2014 Tarixində bu linkdən əldə edilmişdir: 
http://sajjadi.livejournal.com/

 

 Yene orada

 

 “İran Türklərini Qapsayan Təbriz  Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala yayımlanmamış kitabımdan.”

 

 Geniş bilgi üçün Prof. Dr. M.T. Kirişçinin-Zehtabinin iki Cilddən ibarət “İran Türklərinin Əski Tarixi”nə baş vurulsun

 

 “İran Türklərini Qapsayan Təbriz  Mərkəzli Türk Düşüncə Sistemi” üzərinə çalıştığım hala  yayımlanmamış kitabımdan.”

 

 Yene orada

 

 Yene orada

 

 Çağdaş Tariximiz və Millî Hərəkətimizin Mübarizə və Məqsəd  Stratejisi”adlı kitabımdan. http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html

 

 Artıq bilgi üçün: http://rahimjavadbayli.blogspot.com.tr/2012/02/gurcustan-turklrind-milli-kimlik-sorunu.html

 

  Əhməd Kəsrəvi 29 Sentyabr 1890 Təbriz – 11 Mart 1946  Tehran.  Kökən  türk olmasına baxmayaraq Türk və İslam müxalifətçisi bir aydın rolunu  oynamışdır.  İslamçı Fədayilər tərəfindən öz işyerində öldürülmüşdür. İran türklüyünün gerçək kimliyini inkar edərək Azərilik konseptini rəsmi düzəydə irəli sürən  ilk şəxs bu olmuşdur. Bu inkarçı konseptini 1925 tarixində  ‘Azəri ya zəbane Bastane Azərbaycan – Azəri vəya Azərbaycan Əski Dili’ adlı kitabla gündəmə daşımışdır. Bu inkarçı uydurma konsepti Əhməd kəsrəvi’yə  ünlü bilgin siması bağışlamaqla bərabər ‘İngiltərə’nin Asya Kraliyət Fondu’ və ABD’nin ‘Amerikan Bilimlər Fondu’na  üyə olmasını sağlamıştır. Ə. Kəsrəvi’nin bu teorisini onaylayan və qəbul görən bilginlərdən (bilgin olmaqdan ziyadə siyasilərdən) biridə Rusya kökənli, İngiltərə Universitə ustadı,  Doğu tarixçisi, Kürd və Fars  dilləri üzərinə çalışan Vladimir Fedoroviç Minorskidir (6 Fevral 1877 – 25 Mart 1966). 

May  2014 tarixində bu linkdən əldə edilmişdir:  
http://fa.wikipedia.org/wiki/%D9%88%D9%84%D8%A7%D8%AF%D9%85%DB%8C%D8%B1_%D9%85%DB%8C%D9%86%D9%88%D8%B1%D8%B3%DA%A9%DB%8C

http://fa.wikipedia.org/wiki/%D8%A2%D8%B0%D8%B1%DB%8C_%DB%8C%D8%A7_%D8%B2%D8%A8%D8%A7%D9%86_%D8%A8%D8%A7%D8%B3%D8%AA%D8%A7%D9%86_%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86#.D8.AF.D8.B1.D8.A8.D8.A7.D8.B1.D9.87.D9.94_.DA.A9.D8.AA.D8.A7.D8.A8

(938)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *