“İslam inqilabı xalqa fəlakət və səfalətdən başqa bir şey vermədi”

aqri-300x287Ağrı Qaradağlı: “İnsanların dini inancın belə əllərindən aldılar, yalançı islamçılıqla insanları dindən bezdirdilər”

İran islam inqilabının növbəti ildömünü yaxınlaşır. İslam inqilabı xalqa nə verdi? Sayı 35 milyonu ötən Güney Azərbaycan türklərinin milli kimlik və qurtuluş savaşı  hansı mərhələdədir? Suallarımızı Güney Azərbaycan Milli Oyanış Hərəkatının Türkiyə təmsilçisi Ağrı Qaradağlı cavablandırır.

-Güney Azərbaycan Milli Hərəkatı hansı mərhələdədir?

-Fars şovinizminin illər boyuyaratdığı yalançı təbliğatın puça çıxması milli hərəkatımıza böyük güc qazandırmışdır. Azərbaycanın bütün şəhərlərində,may qiyamlarıbaş verən dirçəlişoldu,aydınca göstərdi ki, bu hərəkət öz haqlarının son damcısına qədər almayınca yerində oturmayacaq. Bunu hiss edən panfarsistlər yeni tədbirlərə başladılar. Bu tədbirlərdən biridə həmişə olduğu kimi öz içimizdən bəzilərini aldadaraq, azərbaycançılıq mərkəziyətindən yayındırmaq, milli təşkilatlarımıza satılmış insanlar yerləşdirməkolmuşdur.Baxmayaraq ki, İran faşist rejimi tərəfindən Güney Azərbaycan milli hərəkatına qarşı təzyiq və təqiblər hər zaman olduğundan daha artıb, amma milli hərəkatın durumu və fəaliyyəti davam edir. Artiq milli hərəkat millətləşməyə doğru getməkdədir, amma bu sürəcin uğurlu olması və nəticə verməsi üçün bütün təşkilatlar şəxsi mənfəətləri kənara buraxıb birlik olmaları gərəkir. Hazırda milli hərəkatın durğunluğu bu anlamda deyil ki, milli fəallar yerlərində sakitcə oturublar, ya da gizli olaraq fəaliyyətləri davam edir və bu fırtına öncəsi səssizlik ola bilər.

-Urmu gölünün qurudulmasına qarşı mübarizədə hansı nəticələr əldə olundu? Hazırda İran hökuməti gölün qurumasının qarşısını almaq üçün hansısa tədbirlər görürmü?

-Urmu gölünün qurudulmasına qarşı mübarizədə birinci nəticə hakimiyyəti bu məsələyə uyarmaq və yönləndirmək oldu və bu qurumanın qarşısının alınması oldu, bu mübarizənin kütləviləşməsi səbəb oldu ki, millətimiz çevrəsində nələr olub-bitdiyinin öyrənmiş oldu. Bundan əlavə hakimiyyət daxilində olan bəzi məsullarında bu məsələyə qatılması mübarizənin nəticələrindən oldu. İran hökuməti sözdə olaraq Urmu gölünün qurumasının qarşısını almaq istədiyini desə də əməl olaraq heç bir iş və projə həyata keçırmək istəmir. Dövlət qurumları tərəfindən bir çox qərarlar alınsa da, heç biri yerinə yetirliməyib. Bu barədə dövlet bilgisi daxilində bir çox konfranslar və simpoziumlar keçirilib, amma heç bir nəticə alınmayıb və ya nəticə verilməsini istəməyiblər. Xatırladım ki, Urmu gölü ilə ilgili bir çox milli hərəkatçımız rejim tərəfindən yaxalanaraq həbsə məhkum edilmişlər.

- GAMOH lideri Mahmudəli bəy Çöhrəqanlının Türkiyəyə və Azərbaycana səfəri planlaşdırılırmı?

-Əslində doktor Mahmudəli Çöhrəqanlı bölgəmizdə o cümlədən Quzey Azərbaycan və Türkiyədə olmasını hər zaman istəyir, bunu istəyən sadəcə, Çöhrəqanlı deyil. Milli hərəkat fəallarının çoxunluğu bunu istəyirlər, çünkü Çöhrəqanlının bölgədə olması güneydə baş verən milli hərəkatada böyük dəstək və ruhiyyə olar. Baxmayaraq ki, sayın Çöhrəqanlı hər iki ölkədən 2 dəfə deport edilib, amma yenə də bu ölkələrə səfər etməyi planlaşdırır və bunun üçün dəfələrcə qanuni yollardan baş vursa da müsbət cavab əldə edilməyib, təəssüf ki, hələ gəlişi üçün viza verilmir.

-GAMOH güneyli məhbusların hüquqlarının müdafiəsi ilə bağlı hansı addımları atır?

-GAMOH-un əsas hədəflərindən biri məhbuslarımızın müdafiəsi və onların hüquqlarının yerinə yetirilməsidir. Hər zaman çalışmışıq ki, milli məhbuslarımızı beynəlxalq səviyyədə tanıtdaraq və onların siyahısını beynəlxalq hüquq təşkilatlarına verək. Təşkilat olaraq dəfələrcə İran rejiminin səfirlikləri və konsulluqları önündə pikət keçirib və öz etirazimizi bildirmişik, UNPO-da milli məhbuslarımızı gündəmə gətirmişik. Bundan sonra daha artıq məhbuslarımızın müdafiəsi ilə məşğul olacağıq.

-Qarşıdan İran islam inqilabının növbəti ildönümü gəlir. Bu 36 illik dönəm İran xalqına nə verdi?

-İran islam inqilabı bu illər ərzində xalqa fəlakət və səfalətdən başqa heç bir şey vermədi, insanlarin dini inancın belə əllərindən aldılar, yalançı islamçılıqla insanları dindən bezdirdilər. Bir sözlə, xalq üçün heç bir xeyirli iş görülmədi, İran islam rejimi islam adı ilə xalqın başına hər oyun açdılar. İran bir islam rejimi deyil belkə islamiyyətə olan bir qara ləkədir.

-İslam inqilabının ildönümü ilə bağlı aksiyalar olacaqmı?

-Biz tərəfdən hələlik bir aksiya olmayacaq və milli hərəkat tərəfindən də aksiya olacağını hesab etmirəm! Amma təbii ki, İran rejimi güc gösterisi olaraq könüllü qüvvələri və dvlət məmurlarını zorla küçələrə çıxarıb və dünyaya göstərmək istəyəcək.

-GAMOH-un dış qolları il ərzində hansı tədbirləri planlaşdırıb?

-GAMOH olaraq bu il ərzində bir çox tədbir və proqramlar planlaşdırmak istəyirik, bir neçə həftə sonra qurultay keçirmək istəyirik, bütün plan və proqramları orada dartışacağıq və qərar alacayıq. UNPO-nun da baş proqramı olacaq bir qrup bu proqrama qatılıb və güney məsələsini orada müzakirə edib və dünyaya çatdıracaqlar.

-İran hakimiyyətinin bölgədə yeritdiyi siyasəti-Əsəd rejiminin dsətəklənməsi, işğalçı Ermənistana edilən yardımlar- necə qiymətləndirisiniz?

-GAMOH olaraq heç bir zaman İranın bu dəstəyini qəbul etməmişik və etməyəcəyik. GAMOH olaraq hər zaman bu dəstəyə görə İran rejimini tənqid etmişik. İran rejimi bölgədə sülhə təhlükədir. Molla hakimiyyəti öz siyasətinə müsəlman amilini də qurban verməkdədir. İran terrorçu Əsədi dəstəkləməklə müsəlman dünyasına zərbə vurur, işğalçı xristian erməniləri dəstəkləməklə şiəylik və ümumilikdə islam faktorunun onun üçün o qədər də önəm kəsb etmədiyini sübut edir. İran rejimi üçün əsas öz maraqlarıdır.

Elman

Qısa URL: http://avrasiya.net/?p=91614

http://baymedia.az/news.php?id=49912

http://bao.az/ww/product_subcategories_Guney-azerbaycan-siyaset/product_7491413287

(947)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *