Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)’un Anadili Günü Haqqında Bildirisi

teskilt logoBaşı uca Güney Azərbaycan Türk Ulusu;

21 Fevral, Birləşmiş Millətlər Eğitim, Bilim və Kültür Örgütü (UNESCO) üyəsi ölkələrin Amerika, Afriqa və Asya’daki millətlərin qarşılaşdığı zorluqlar və dillərinin qorunması qapsamında “Dünya Anadili Günü”olaraq elan edilmişdir.
Anadil, adı üzərində olduğu kimi başlanqıçda anadan duyulan ilətişim dili; sonra yaxın çevrədən daha sonra da sosyal çevrəden öğrənilən, insanın düşüncə sisteminə çevrilən və bireyin bir toplumla ən güclü bağlarını qurduğu dildir. Hər kəs öyrəndiği anadildə düşünür, alqılar, yorumlar. Sonradan öyrənilən ikinci, üçüncü dillər o dillərlə ilətişim qurmayı sağlar. Hər bir toplumun anadilinin əngəllənməsi, o toplumda demokrasiyanın əngəllənməsi deməkdir.
Sözsüz ki 35 miliyon Güney Azərbaycan Türk toplumunun tüm alanlarından, maddi, mənəvi əritmə siyasəti ulu millətimizə qarşı sürdürülən ən çirkin eyləmdir.

Bu gün Dünya Anadili Günü; milyonlarca soydaşımızın anadilini qullana (istifadə) bilmədiyi, anadilində eğitim görəmədiği için haqq səsimizi dünyaya çatdırmalıyıq. Bilimsəl, demokratik eğitimdən uzaq tutmaq və asimilasiyon senaryoları çağdaş dönəmdə insanlığa qarşı ən iyrenc siyasət və kültürəl soyqırım sayılmaqdadır.
Rasist Fars rejimi çox gözəl bilir ki Azərbaycanımızın bağımsızlığı anadilimizin toplumun tüm alanlarında hakim olmsından asılıdır. Bu yüzdən illərdir Güney Azərbaycanda yürütülməkdə olan bağımsızlıq hərəkatı ilk öncə Fars mərkəzli düşüncə və ideolojiyanı və eğitimi rədd etməkdə və ulu babalarımızdan bizə miras qalan Milli varlığımızın təməllərini oluşduran anadilimizi qorumaq və Türkçülüğümüzə sarılmaq olmuşdur.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq “Dünya Ana Dili Günü”nün əhəmiyyətini yaxşı başa düşürük. Biz milli, mədəni və siyasi fəallarımızı bu mübarizədə daha güclü olmaya çağırırıq. Bütün ziyalı, öyrənci və öyrətmənlərimizi azadlığımızı məhdudlaşdıranlara qarşı qəhrəmancasına mübarizə aparmağa çağırırıq. Biz həməşə olduğu kimi bu il də qəhrəmancasına özümüzü sübut etməliyik. Bütün dünyaya İran rejiminin 35 milyondan çox olan millətimizin ana dilində danışmasını qadağan etdiyini bildirməliyik. GAMOH həməşə milli məsələlərdə və məhbuslarımızın müdafiəsində millətimizin yanında olub, bundan sonra da olacaq
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

(1035)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *