Mahmudəli Çöhrəqanlı: Jurnalistin məhkəməyə verilməsi həmin ölkədə azad sözün olmamasının bariz nümunəsidir

dr-chSANANEWS: Bu sözləri Xalqxeber.Az-a açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının(GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı deyib. Onun sözlərinə görə, gərçək demokratik bir ölkədə özgür və şəffaf seçkilər olmalıdır. İlk öncə özgür seçimlər yoxdursa o ölkə bir bəlli qurup tərəfindən yönətilir deməkdir.

Bu halda isə çoxlu anti-demokratik əməllər doğal qarşılanmalıdır çünkü demokrasiyanı mənimsəyən hakimiyyətlər ayaqda qalmaq üçün hər yol və yöntəmə əl atarlar.

Hər bir demokratik ölkədə bir şəxs və ya qurumu haqsız və yalan yanlış bilgilərə dayanmadan tənqid etmək ən ilkin haqlardan olmalıdır. Ona görə demokrasi qarşıtı rejimlər əlbət ki bu özgür danışıq və düşüncə özgürlüyü prinsiplərinə mənfi yanaşarlar. Tənqid olmadan demokratiya olmaz.

Stalinist və avtoritar rejimlər gizli polis yoluyla sözdə dövlət çıxarları üçün düşüncə özgürlüyü prinsipindən faydalanmaya çabalayan yurddaşları incidər, tutuqlar, və işgəncə edərlər. Bu mənada belə rejimlər diktatoriyanın bir parçasıdırlar.

Əgər bir ölkədə mətbuata icra hakimiyyəti səviyyəsində basqı varsa deməkki həmin məmləkətdə azad sözdən söhbət gedə bilməz. Mən arzu edərdim ki, mətbuata hədə və basqılar dayandırılardı, siz jurnalistlərdə peşə fəaliyyətiniz öhdəsindən layiqincə gələrdiniz.

 

 

Xalqxeber.Az 

(610)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *