Güney Azərbaycanın bu şəhəri Ərzurumla qardaşlaşdı

bushehSANANEWS: Güney azərbaycanın Urmiyə şəhəri ilə Türkiyənin Ərzurum şəhərləri qardaş şəhərlər elan olundu.

Hər iki şəhərin Bələdiyyə başqanı tərəfindən imzalanan sənədə əsasən, bundan sonra Urmiyə və Ərzurum  arasında mədəni və digər sahələrdə əlaqələr inkişaf edəcək.

Sənədin imzalanması üçün düzənlənən törənə M.Həzrətpur sədrlik etdiyi nümayəndə heyəti ilə qatılıb.

Ərzurum Bələdiyyə başqanı Məhmət Səkmən iki ölkənin qardaş olduğunu və bir-birinə lazım olduğunu bildirib: “Biz bir-birimizə arxalanırıq. Biz Urmiyəni çağırsaq o səs verər, Urmiyə də bizi çağırarsa Ərzurum səs verər. Biz bu birliyə, bu qardaşlığa çox önəm veririk.”

M.Həzrətpur isə Ərzurumda olduqlarından məmnun olduğunu dilə gətirib və bu iki şəhərin qədim tarixindəmn danışıb.

Coğrafi olaraq yaxın olan şəhərlərin əməkdaşlığına və bunun yararlı olmasına ümid etdiyini bildirən Həzrətpur yaxın zamanda Ərzurum Bələdiyyə başqanını Urmiyədə ağırlayacağını bildirib.

(564)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *