Səməd Behrənginin “Balaca Qara Balıq” kitabı Britaniyada nəşr olunub

behrengiSANANEWS: Güney Azırbaycanlı məşhur mütəfəkkiri Səməd Behrənginin “Balaca Qara Balıq” kitabı Britaniyada tərcümə edildikdən sonra nəşr olunub.

S.Behrənginin müəllifliyi və Fərşid Misqalinin rəsmləri ilə qələmə alınan kitab İran coğrafiyasında uşaqlar üçün yazılmış ən məşhur əsərdir. Uşaq və yeniyetmə ədəbiyyatı mövzusunda yazılan kitab Britaniyada xüsusi rəğbətlə qarşılanıb.

Bir müddət öncə isə “Guardian” qəzeti uşaq ədəbiyyatı mövzusunda 10 kitab nəşr edib və mərhum S.Behrənginin sözü gedən əsəri nəşr edilən kitabların birinci sırasında olub.

Qeyd edək ki, “Balaca Qara balıq” əsəri uşaq ədəbiyyatı mövzusunda 1347-ci (hicri-şəmsi tarixi ilə) ilin seçilmiş əsəri olub. Dünyanın bir çox dilinə tərcümə edilən kitab çoxsaylı yazıçı üçün ilham mənbəyi sayılır.

behrengi

(655)

facebooktwitter

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *